Cümə Axşamı, 18/Apr/2024, 06:43
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  May 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
1234567
891011121314
15161718192021
22232425262728
293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » May » 6 » “Xəzər Lənkəran”a və Azərbaycan futboluna zərbə
16:47
“Xəzər Lənkəran”a və Azərbaycan futboluna zərbə


            Azərbaycan Kubokunun ½ final mərhələsinin "Bakı” ilə "Xəzər Lənkəran” arasında keçirilən cavab görüşündə nələrin olduğunu hamı gördü. Bu haqda həmin andan indiyə qədər mətbuat yazılarını davam etdirir. Bundan əvvəl də, bu oyunda da həm çempionat və həm də kubok oyunlarında o qədər haqsızlıqlarla üzləşmişdik ki, sayı hesabını belə itirmişik. 

            Nə qədər yazılır, nə qədər danışılırsa da düzəlmir ki, düzəlmir. Mətbuatdan tanış olduğumuz Hüseyn Cəbrayıloğlunun bu haqda olan yazısında müəllifin, "Xəzər” sevərlərə:- "Daha mənə zəng etməyin!”, "Daha mənə şikayət etməyin!”, "özünüz lazımi instansiyalara müraciət edin!” kimi ifadələr işlətməsi sanki, jurnalistikanın da bu eybəcərliklərin aradan qaldırılmasına gücünün yetmədiyinə işarə etmişdi. Demək olar bütün informasiya vasitələri bu mövsümün haqsızlıqları ilə bağlı münasibətini ortaya qoydu. Amma turdan-tura, mərhələdən-mərhələyə nəinki düzəliş, hətta bir az da futbolumuzu eybəcərləşdirdilər. Sonra da deyirlər ki, azarkeşlər niyə stadionlara gəlmir. Azarkeş gəlib stadionda hansı hoqqaların çıxarılmasına tamaşa etməlidir, yoxsa o, futbola baxmağa gəlir? Burada çıxarılan ucuz ( kimlər üçünsə, bəlkə də çox baha) hoqqalardan bezmiş azarkeş əlbətdə stadiona gəlməyəcək. Belə ehtirası olsa, gedib yəqin sirkə bilet alıb tamaşa edər və bu onun üçün daha maraqlı olar.Orada klounlar, müxtəlif maraqlı görüntülər yaradan, əhilləşdirilmiş heyvanlar var. Amma stadionlarda belə vəziyyətləri yaradanları media da əhilləşdirə bilmədi. "Fillər mənim dostumdur” adlı bir hind filmində bir qadının "Ramu” adlı filə yox, ona qanqal verən bir insana bu fikirdən çıldıraraq öz-özünə bərkdən qışqırıb,- "Vəhşi vəhşiliyində qalar!” kəlməsini bir neçə dəfə hayqırması ətrafındakıları necə təəccübləndirdiyi səhnə yada düşür.

            Bu gün bəhs etdiyimiz oyunun baş hakimi Rövşən Əhmədovun mətbuata verdiyi açıqlama da bir çox mətləblərdən xəbər verdi. Əvvəla onu da deyək ki, biz bir fanklub olaraq Azərbaycan futbolundakı indiki vəziyyətə baxmayaraq Rövşən bəyin idarəçiliyindən az-çox razı qalmışdıq.Onun "Xəzər Lənkəran”ın bir çox oyunlarında baş hakim kimi heç də pis təsir bağışlamamasını əsas götürərək azərbaycan hakimliyində həvəsləndirici bir kompaniya keçirməyi belə düşünürdük. Baxmayaraq ki, onun idarə etdiyi oynlarda "Xəzər Lənkəran” xal itirib və hətta məğlub belə olmuşdu. Bunların heç birində onun günahkar olduğu barədə iddia ilə çıxış etməmişdik. "AZAL”la qarşılaşmada məğlub olsaq belə, bu oyunla əlaqədar çıxış etdiyimiz yazıda Rövşən bəyin ünvanına xoş sözlər söyləmişdik: "Biz burada hakim Rövşən Əhmədovun idarəçiliyindən heç də narazı deyilik və hesab edirik ki, komandamız bu mövsüm ən uğursuz oyununu keçirdi”-kimi yanaşma tərzi nümayiş etdirmişdik. Biz həmişə obyektiv olmağa çalışırıq. Məsələn, Rövşən Əhmədovun idarə etdiyi daha bir oyunda, "Qarabağ”ın qapısına vurulan yeganə qolu çoxlarımız xatırlamamış deyilik. Konstantin Arbanasın vurduğu yeganə qələbə qolu, onun güclü zərbəsindən sonra tirə dəyərək, üzü aşağı qapı xəttindən azca içəri düşmüşdü. Yəni topun tamamı xətdən içəridə yerə toxunmuşdu. Rövşən Əhmədov da yan xətt hakimi ilə ani anlaşma əsasında haqlı olaraq qolu qeydə almışdı. Əgər Rövşən Əhmədov o oyunda da bizə qarşı qərəzli olsaydı, qolu yəqin ki, qeydə almazdı və Qazinin Mollaya dediyi kimi "sən işində ol, mən kitabdan-kitaba salıb səni haqlı çıxararam.”

 Düzü bu mövsüm belə "kitabdan-kitaba salıb” saysız epizodların haqlı çıxarılmasının az şahidi olmamışıq. Amma Rövşən Əhmədov obyektiv qərar qəbul etməklə, heç də qərəzli olmamasını sübut edə bilmişdi. Məhz elə bu göstəricilərinə görə biz yuxarıda qeyd etdiyimiz həvəsləndirici kompaniya həyata keçirmək qərarına gəlmişdik. Yəqin ki, futbolsevərlər CAR-da keçirilən futbol üzrə son dünya çempionatını xatırlamamış deyillər. Bu çempionatda daha yaddaqalan başqa bir məqam da var idi. Belə ki, maraq doğuran bu məqam özbəkistanlı hakim Rövşən İrmatovun gözəl idarəçiliyi və bununla əlaqədar bu çempionatda ən çox oyun idarə edən (5 oyun) hakimlərdən olması ilə yadda qalmasıdır. Bizim kimi Sovet köynəyindən çıxmış bir ölkə hakiminin belə uğurlu çıxışı doğrudan da sevindirici idi. Ən azından bunun mümkünlüyünü Rövşən İrmatov sübut  edə bilmişdi. Elə bu səbəbdən də biz, "Rövşən İrmatov yoxsa Rövşən Əhmədov?” kimi həvəsləndirici bir layihə irəli sürmək fikrində idik.

Amma nə oldu? Kubokun ½ final mərhələsinin "Bakı” və "Xəzər Lənkəran” arasında keçirilən cavab qarşılaşması fikrimizin üstündən xətt çəkdi? Yuxarıda Rövşən Əhmədovun yaxşı mənada idarəçiliyindən söz açmışdıq. Bu şəxs bir günə belə dəyişdi? Xeyr bu bir daha sübut etdi ki, oyunlarımızı kifayət qədər düzgün idarə edə biləcək hakimlərimiz var! Lakin hansısa qüvvə müəyyən anda meydana atılıb onları başqa istiqamətdə döndərə bilir. Suç, Rövşən bəydə yox, ona təsir edə biləcək daha güclü qüvvədədir. Bunlar əvvəlcədən hazırlanır. Əksər KİV-lərdə bəhs etdiyimiz oyunun "oyundan sonrakı olayları”ndan söz açılır. Amma bu oyundansonrakı olayların mayası oyundan əvvəl qoyulur. Həmin gün stadionda əsasən "Xəzər Lənkəran” azarkeşlərinə 2-3-4-cü sektorlarda yer verilmişdi. Ev sahibi komandanın azarkeşləri isə 16-cı sektorda bundan xeyli az sayda məskunlaşmışdı. Bütün sektorlar boyu təxminən 50-metrdən bir dairəvi və sektorların yan kənarlarında isə 3-4 oyuracaqdan bir təhlükəsizlik qüvvələri yerləşdirilmişdi. Bu görüntü bütün stadion boyu belə "təqdim olundu”. Lakin oyunun başlamasından 3-4 dəqiqə sonra heç bir narahatlıq olmadığına baxmayaraq, "Xəzər Lənkəran” azarkeşləri yerləşən sektorların önünə əlavə olaraq xeyli sayda polis qüvvələri gətirildi. Bundan sonra da bir neçə dəqiqə keçməmiş bu polis qüvvəsindən ibarət 20-25 nəfər azarkeşlərin içərisinə üzüyuxarı yeriməyə başladı. Bununla qəribə və narahat bir səhnə yaşandı. Sanki futbol yaddan çıxdı və hamı bu mənzərəyə tamaşa etməyə başladı. Azarkeşlərdən kimsə rəsmi fanklubun üzvlərinin "Xəzər Lənkəran”ın bayraqlarını yelləməsi ilə bağlı görüntüyə mane olmalarına etiraz edərək: "Bayraqları aşağı salın qoy oyuna tamaşa edək” deməsi və əksər üzvlərin "bura fankluba verilmiş yerdir! Görə bilmirsənsə, başqa yerdə otur!” demələri səbəb olmuşdu. Biz asayiş qoruyan qüvvələrin işlərini həmişə lazımınca qiymətləndirmiş və hətta lazım olan anda özümüz də asayişin qorunması üçün  köməklik göstərmişik. İndi gəlin görək belə bir adi anlaşılmazlıq üçün 20-25 polis işçisinin azarkeşlərin içərisinə yeriyərək xof yaranmasına dəyərdimi? Bu oyunun gedişində bir neçə dəfə də təkrar olundu. Daha sonra hakim haqsızlığı, buna etiraz edən azarkeşlərin, komanda rəsmilərinin və hətta futbolçularımızın təzyiqə məruz qalması bizi narahat etməyə bilməz.

Sonuncu, "Qarabağ”la Suraxanı qəsəbəsində keçirilən oyunda 3000 azarkeş olması və xeyli sayda az asayiş keşikçilərinin olmasına baxmayaraq, hər hansı bir narahatçılığın olmaması, azarkeşlərimizin kifayət qədər özlərini normal, mədəni və səviyyəli apara bilməsinin nümunəsi deyilmi? Belə oyunların sayı isə kifayət qədərdir.

Bugünki açıqlamasında oyunun dördüncü hakimi Elçin Məmmədov "Rednik Azərbaycan xalqına qarşı nalayiq ifadələr işlədib” deməsi isə başqa mətləblərdən xəbər verir. Həm də bu onu göstərir ki, nəinki Rövşən Əhmədovu, bütün hakimlər briqadasını komandamıza qarşı kökləyiblər. "Xəzər Lənkəran”a gətirdiyi Avropa tipli oyun tərzi yəqin kimləri isə narahat edir. Onun komandamızla gözlənilən əsasən Avropa uğurları və bundan sonra da çempionatımızda onun qarşısına çıxacaq bir futbol komandasının olmaması bir çoxlarını narahat edir və nə qədər tezikən onu bezikdirib burdan uzaqlaşdırmaq istəyənlərin olduğunu düşünməyə əsas verir. Azərbaycan futbolunun inkişaf etməsini istəməyənlərin hələ də futbolumuza təsir imkanlarının olduğunun, futbolumuzu uçuruma aparması isə hamını narahat etməlidir. 

Rednikin özünün də dediyi kimi "belə hallarla məni bezikdirərək vətənimə dönməyə sövq edirlər. Halbuki, mən bura işləməyə və futbolun inkişafına xidmət etməyə gətirilmişəm”. Biz də cənab Rednikə onu demək istəyirik ki, siz bizim "Xəzər lənkəran”a Avropa klubu olmaq yolunda çox yeniliklər gətirdiniz. Biz Rednikli "Xəzər Lənkəran”ı daha çox sevdik, Avropa arenasında sizdən böyük uğurlar gözləyirik. Belə olan halda siz hara gedə bilərsiniz? Əgər gedirsinizsə, onda "Xəzər Lənkəran”ı sizdən ayrı təsəvvür etmirik, komandanı da özünüzlə aparın. Əgər aparırsınızsa, biz də özümüzü "Xəzər Lənkəran”sız təsəvvür etmirik. Onda minlərlə "Xəzər Lənkəran”lını da özünüzlə aparın. Apara bilirsinizsə aparın. Əks halda burada qalıb bizimlə birlikdə "Xəzər Lənkəran”ımızı uğurlara daşıyaq. Biz sizi gözəl başa düşürük və sizə inanırıq cənab, Mirça Rednik!            

Views: 534 | Added by: CSGA | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz