Bəzi
informasiyalara görə dünən "Xəzər Lənkəran” komandasının bütün heyətini, Təl-Əviv
aeroportunda müxtəlif bəhanələrlə saxlayaraq onları xeyli vaxt ərzində yubatmış
olublar. Hətta gecə saat 3-də Təl-Əviv aeroportuna enən komandamızın
futbolçuları, səhər sasat 7-yə qədər burada boşuna vaxt itirmişlər. Dünya
praktikasında belə oxşar hallara rast gəlinsə də, bu hal heç də ürəkaçan deyil.
Adətən bu, məsul oyun öncəsi rəqib komandaya mənfi psixoloji təsir etməsi üçün
nəzərdə tutulur. Lakin komandamızın azarkeş və başqa rəsmi üzvlərinin də geri
qaytarılması bir yana, hətta futbolçularımıza belə əngəl yaratmaları sual
doğurur.
Bir
müddət əvvəl "Xəzər Lənkəran” klubunun Avstriyadakı təlim-məşq toplantısı
zamanı Kosova klubu olan "Trepça” ilə yoldaşlıq oyununun baş tutmaması səbəbini
yəqin ki, hamı xatırlayır. Belə ki, Arərbaycan Respublikasının Xarici İşlər
Nazirliyi ölkənin xarici siyasətinə uyğun olmadığı üçün, yəni Azərbaycan Respublikasının
belə bir ölkəni müstəqil olaraq tanımadığı üçün komandamızın həmin ölkə təmsilçisi
ilə oyun keçirməsini məqbul saymamışdı. Düzü belə operativ və diqqətli işə görə
XİN-nin fəaliyyətini alqışlamağa dəyər. Ölkənin uğurlu xarici siyasəti hamımız
tərəfindən yüksək qiymətləndirilir. Belə olan təqdirdə komandamızın Təl-Əviv
aeroportunda yubadılaraq onlara mənfi təsir göstərmələrinin araşdırılması üçün
də XİN-dən kömək istəyirik.
|