
3
fevral 1989-cu il doğumlu və 1,83 boyunda olan Vlad Bujor 1999-2008-ci illərdə "CFR Kluj”
komandasında oynayıb. 2009-cu ildə "FC Politexnika” komandasına transfer olan
futbolçu 33 matçda 4 dəfə fərqlənə bilib. Həmin ildə Rumıniya U-21 millisində 2
dəfə forma geymişdir. Bir müddət əvvəl isə onun, Türkiyənin "Mersin İdmanyurdu”
komandası ilə uzunmüddətli anlaşdığı bildirilirdi.
Maraqlıdır
ki, 21 yaşlı rumın Vlad Bujor, ilk klubu olan "CFR Kluj”da rəsmi oyuna çıxmayıb.
2009/2010-cu illərdə "FC Politexnika”nın heyətində 28 rəsmi matça çıxan Bujor,
4-dəfə fərqlənməyi bacarıb. Türkiyənin "Mersin İdmanyurdu” komandasının heyətində
isə 6 oyuna cəmi 1 dəfə fərqlənə bilib.
Ampluası
mərkəz hücumçusu olan Bujor, 1.83 sm boya və 76 kq çəkiyə malikdir. Sağ
ayağını daha yaxşı istifadə etməyi bacaran Vlad Bujor beynəlxalq transfer qiymətləndirilməsində
750 000 avro dəyərində göstərilir.
Dünən
Antalya əyalətinin Belek şəhərinə təlim-məşq prosesinə yollanan komandamızın
düşərgəsində yeni futbolçular Nikolae Muşat, Adrian Skarlataşe, Andrey
Mureşanla bərabər Vlad Bujor da gözə dəyib. Baş məşqçi Mirça Rednikin vaxt
azlığına görə "mənə hazır olan futbolçular lazımdır” fikrini yada salsaq, yəqin
ki, adı çəkilən futbolçularla yanaşı Vlad Bujor da "Xəzər Lənkəran”ın heyətinə rəsmi
olaraq qoşulacaq.
|