Cümə Axşamı, 25/Apr/2024, 13:10
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Sentyabr 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
    123
45678910
11121314151617
18192021222324
252627282930

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » Sentyabr » 17 » VI Tur Komandamız Yenə Çətin Səfər Qələbəsi Qazanaraq Vahid Liderliyini Qorudu!
17:53
VI Tur Komandamız Yenə Çətin Səfər Qələbəsi Qazanaraq Vahid Liderliyini Qorudu!

           QARABAĞ – XƏZƏR LƏNKƏRAN - 0:1 (0:1)
                         Qol: A.Pit, 41, (0:1)
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Rahil Ramazanov, Rəhim Həsənov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.

                                Oyun başladı
4. Rauf Əliyev komandamızı əks-hücumda yaxalasa da, qapıya dəqiq zərbə endirə bilmir
7. Tərəflər ilk dəqiqələrdən daha çox mövqe mübarizəsinə girişiblər
16. Adamiya oyundakı ilk ən real qol vəziyyətindən yararlana bilmir
20. Adamiya daha bir qol epizodunu boşa verir. Sol cinahla cərimə meydançasına daxil olsa da, zərbəsi qeyri-dəqiqdi
25. "Qarabağ"ın daha bir təhlükəli hücumu zamanı komandamızın müdafiəçiləri topu kornerə çıxarmalı olurlar
28. Raufun təhlükəli zərbəsini Kamran Ağayev tutur
30. İlk yarım saatı "Qarabağ"ın aktivinə yazmaq olar. Hər halda meydan sahibləri "Xəzər Lənkəran"a nisbətən daha fəaldılar
31. Meydan sahiblərinin çox təhlükəli hücumu zamanı Rəşad Sadiqov Kamranla üz-üzə qalsa da, qapıya dəqiq zərbə endirə bilmir
37. "Xəzər Lənkəran" ilk real qol vəziyyətindən yararlana bilmir. Adrian Pitsin ideal ötürməsini Deyan Rusiç boşa verir
40. "Xəzər Lənkəran" artıq üstünlüyü ələ keçirib və daha böyük qüvvəylə hücuma keçir
41. GOOOOLLL!........ Hücumların kəsərinin artması öz nəticəsini çox gözlətmir. Pits cərimə meydançası həndəvərindən dəqiq zərbə ilə meydan sahiblərini məyus edir - 0:1
42. Elnur Allahverdiyev Raufa qarşı çox kobud oynayır və o zədələnir. Bu üzdən iki komandanın üzvləri arasında gərginlik yaşanmaqdadı
43. Fariz Yusifov Elnuru sarı vərəqə ilə cəzalandırır
Birinci hissə başa çatdı
                         İkinci hissə başladı
46. Qara Qarayevin əvəzində meydana Leonardo Roşa çıxıb
"Qaabağ" ikinci hissəyə də fəal başlayıb
53. Pitsə qarşı təhlükəli nöqtədə qayda pozulur
54. Komandamızın cərimə zərbəsi uğurlu alınmır
61. Rikardo Qomeşin zərbəsini Boyan Pavloviç tutur
62. Əfran qapı qarşısına diaqonal ötürmə zamanı dəqiq baş zərbəsiylə toru silkələsə də,hakim ofsayd qeydə alaraq qolu qeydə almır
63. Elnur Allahverdiyev Rəşad Sadiqova qarşı kobud oyuna görə ikinci sarı vərəqə alaraq, meydanı erkən tərk etməli olur
65. Roşanın yerinə yetirdiyi cərimə zərbəsini Kamran tutur
70. Ağdamlılar təzyiqi artırsalar da, hələlik qol vurmaqda çətinlik çəkirlər
71. Əfranın ideal ötürməsindən sonra Raufun zərbəsi zamanı top dirəkdən qayıdır
72. "Xəzər Lənkəran"-da Deyan Rusiçin əvəzində meydana Şəhriyar Xəlilov çıxır
75. Qurban Qurbanov artıq vabanka gedir. O, Maksim Medvedevi meydandan çıxararaq, uzun müddətdi zədə səbəbindən yaşıl meydanlardan kənarda qalan Vüqar Nadirovu döyüşə atır
77. "Xəzər Lənkəran"-da Katalin Doman yerini Alim Qurbanova verir
80. Roşaya qarşı təhlükəli nöqtədə qayda pozuntusu və cərimə zərbəsi
81. Zərərçəkənin öz zərbəsi canlı səddən dönür
84. Georgi Adamiyanın əvəzində meydana İlqar Qurbanov çıxır
85. Vüqar, Şəhriyara qarşı kobud oyuna görə sarı vərəqə alır
90. "Qarabağ"ın təzyiqləri demək olar ki, tam bəhrəsizdi
90. Matçın əsas vaxtına 4 dəqiqəq əlavə olunur
90+2. Roşanın təhlükəli zərbəsi Kamranda qalır

                          Matç başa çatdı

            Oyundan sonra keçirilən mətbuat konfransında komandamızın baş məşqçisi Mirça Rednik hesabdan razı qaldığını, lakin komandanın oyunundan isə tam razı qalmadığını və belə gedişlə çempion olmağın çətin olduğunu, həmçinin Qurban qurbanovun Azərbaycanın ən yaxşı məşqçisi olduğunu aşağıdakı sözlərlə ifadə edib. O, bununla da nə qədər obyektiv və dürüst insan və peşəkar məşqçi olduğunu bir daha göstərmiş olub:- "Təbii ki, qələbə qazandığımıza görə şadam. Göstərdiyimiz oyundan razı qalmasam da, nəticədən razıyam. Belə oyunlarda baxımlı oyun yox, nəticə əsasdır. Biz də bu nəticəni qazana bildik. Amma düşünürəm ki, belə oyunla çempion ola bilməyəcəyik. Qarşıdakı turlarda daha yaxşı oynamalıyıq. Bu gün Azərbaycanın iki ən yaxşı komandası üz-üzə gəldi. Lakin meydançanın ot örtüyü baxımlı futbol oynamağa imkan vermədi".

             "Hesab edirəm ki, "Qarabağ"ın son turlardakı zəif oyunu heyətdə millidə çıxış edən futbolçuların çox olması ilə bağlıdır. Bu futbolçular millinin düşərgəsindən qayıtdıqdan sonra uyğunlaşma problemi yaşayırlar. Fikrimcə, Azərbaycanın ən yaxşı məşqçisi Qurban Qurbanovdur. İnanıram ki, qarşıdakı turlarda onlar öz oyununu tapacaq".

            Məlumatlar"Azerisport.com" və "Penalti.az" saytlarından götürülüb. Fərqləndirmələr isə bizə məxsusdur. Bu qələbə sayəsində "Xəzər Lənkəran" vahid liderliyini yenə qorumuş oldu. Ümid edirik ki, Mirça Rednikin də dediyi kimi komanda üzvlərimiz növbəti turdan çatmamazlıqları aradan qaldıracaq və daha gözəl oyun göstərməklə böyükhesablı qələbələr qazanacaq. Bütün azarkeşlərimizi təbrik edirik! 

Views: 419 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz