
Azərbaycanda keçirilən ən böyük həvəskar
futzal turnirlərinin ideya müəllifi və təşkilatçısı Vaqif Rəşidov bu
gün oktyabrın 15-də 40-cı doğum gününü qeyd edir.
Vaqif bəy haqqında qısa
arayış:
Yüksək mədəniyyət sahibi,
xalqını, millətini canından çox sevən, vətənpərvər, ədalətin zəfər çalması üçün
ölümü belə qorxuda bilən, qətiyyətli, eyni zamanda sadə və səmimi insan –
Lənkəranda kimdən soruşsan, deyərlər bu Vaqif Rəşidovdur.
O, cəmiyyət üçün təmənnasız
çalışmaqdan yorulmur, o insanları mehriban olmağa dəvət edir, o üçrəngli
bayrağımızın sevənləri özünə doğma sayır, o pafosla danışmağı deyil konkret iş
görməyi yaxşı bacarır.
Vaqif bəyin İctimai fəaliyyəti də kifayət qədər genişdir;
Bir neçə il öncə Vaqif bəy "Yay əfsanəsi”
adlı mini futbol üzrə "12-ci oyunçu”nun azarkeş çempionatını təşkil
etmişdi. Daha sonra səhiyyə işçiləri arasında "Payız Əfsanəsi” adlı həvəskar
mini futbol turnirini, ardıyca daha böyük yarışma olan Lənkəran
çempionatını keçirdi. Bu yarışmada Lənkəranın veteran futbolçuları da iştirak
etmişdilər. Şəhid Mübariz İbrahimovun xatirəsinə həsr olunan növbəti
turnirin final oyununda isə qalib komandaya kuboku "Xəzər Lənkəran”ın o vaxtkı
baş məşqçisi Mirça Rednik təqdim etmişdi. Vaqif bəyin keçirdiyi ən böyük turnir
Heydər Əliyevin xatirəsinə həsr olunan "Prezident Kuboku” oldu. Beləki, bir neçə
zonada, hər zonada da bir neçə liqalara bölünən və hər liqa daxilində də
qruplarda yüzə yaxın komanda iştirak edirdi.
Daha sonra Rəşidov Lənkəranda Mirça
Renikin 50-illik yubileyinə həsr olunan futzal turnirini də təşkil etdi. Həmin
turnirdə 15-komanda mübarizə apardı ki, bu da simvolik olaraq Rednikin
karyerası boyu futbolçu kimi oynadığı və məşqçi kimi çalışdığı 15-komandanın
adları ilə bağlı idi.
İndiyə qədər Vaqif bəy bütün turnirlərin
təşkilini heç bir dövlət və ya qeyri dövlət təşkilatının yardımı olmadan həyata
keçirir və təmənnasız çalışıb. Qeyd edək ki, onun keçirdiyi turnirlərin hamısı
12cioyuncu.info saytında mütəmadi olaraq işıqlandırılmışdır.
Azərbaycanın milli komandasının
2009-cu ilin sentyabrın 9-da Almaniya millisi ilə bu ölkənin Hannover şəhərində
keçirilən oyununu tribunadan izləmək də ona nəsib olmuşdur. Bu səfərdə Vaqif bəy
yol xərclərindən tutmuş otel və digər xərclərə qədər hamısını özü ödəmişdi.
Vaqif bəylə daha bir maraqlı məqam bu
il "Xəzər Lənkəran”ın Avroliqa turnirinin I təsnifat mərhələsi çərçivəsində
iyulun 5-də "Namme Kalyu” ilə Lənkəranda keçirilən oyunda yaşanıb. Beləki, həmin
oyuna qədər uğursuz çıxışı ilə azarkeşlərin tənqidindən yaxasını qurtara bilməyən
Branamir Subaşiç hətta komandadan ayrılmağa da qərar veribmiş. Məhz həmin oyun
günü Vaqif Rəşidovun tribunada açdığı banneri gördükdən sonra Serb futbolçunun
sanki onun ikinci nəfəsi açıldı. Serb dilində "Biz sənə inanırıq Subaşiç”
yazılmış banneri görən futbolçu o qədər həvəsləndi ki, həmin oyun da daxil
4-Avroliqa oyununda 3-dəfə fərqlənə bildi.
Ümumiyyətlə Vaqif Rəşidov haqqında çox
danışmaq və yazmaq olar. Onun uşaq evlərindəki xeyirxah işlərindən tutmuş, məktəblilər
arasında keçirdiyi müxtəlif yarışlar və viktorinalara kimi nə qədər desən
yazmağa mövzu vardır. Məsələn; Onun yaxın illər üçün planlarında "Xəzər Lənkəran”
klubunun 10-illiyini keçirmək kimi böyük layihə də vardır. Yazmaqla bitən deyil
ki.
Qeyd etsək ki, Vaqif Rəşidov tükənməz
enerji ilə cəmiyyətə təmənnasız xidmət etmək həvəsindən dönən deyil. Yəqin
ki, sayt izləyicilərində onun haqqında həqiqi fikirləri yarada bilərik.
Belə bir insan əlbəttə ki, Xan Lənkəranda
dünyaya gəlməli və bu şəhərdə də yaşamalı idi. Məhz 40-il öncə dünyaya göz açan
Vaqif Rəşidov bu gün oktyabrın 15-də şad gününü yaşayır.
Vaqif Rəşidov haqqında "12cioyuncu.info”
saytında bu yuxarıda yazılanları biz də bilirik deyə əlavə şərhə ehtiyac
duymadan təqdim edirik. Biz də "Bosman” fanklubu olaraq öz növbəmizdə belə vətənpərvər
oğlun 40-yaşını qeyd etməsi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona can
sağlığı uzun ömür arzulayırıq. Bu ömrü isə mənalı yaşayacağını o artıq çoxdan
sübut edib. Bir daha təbriklər Vaqif bəy! 
"Bosman" fanklubu
|