
Bu gün səhər
saatlarından "Xəzər Lənkəran”la bağlı istənməyən xəbərlər yayıldı. Belə ki, ölkənin
bir neçə elektron informasiya vasitələrində vacib avrokubok oyunuöncəsi
komandamızın aparıcı hücumçularından biri, Kosta-Rika millisinin də futbolçusu
olan Uinston Parksın "Xəzər Lənkəran”dan ayrılaraq, paytaxtın "Bakı” klubuna
keçdiyi haqda informasiyalar yayıldı. Bu informasiyalar bir az əvvəl də, yəni
çempionatın qurtarmasına bir neçə tur qalmış da yayılmışdı. Elə o vaxt da Uinston
Parksın adıçəkilən paytaxt klubuna keçidini gündəmə gətirən bəzi informasiya
vasitələri, indi artıq bunun rəsmiləşdiyini belə iddia edərək, konkret qiymətlər
belə göstərmiş olublar.
Lakin bu məlumatları
komandamızın azarkeşləri təəccüb və narahatlıqla qarşılamış olublar. Bunun üçün
də biz "Bosman” fanklubu olaraq, "12-ci oyunçu” azarkeş qrupu ilə əlaqə
saxlayaraq məlumatın dəqiqləşdirilərək azarkeşlərimizi bu narahatçılıqdan
qurtarmaq yönündə fəaliyyətə başladıq. "12-ci oyunçu” azarkeş qrupundan artıq
bu məsələ ilə əlaqədar klub rəhbərliyi ilə əlaqə yaradaraq bu xəbərin nə dərəcədə
həqiqəti əks etdirdiyini öyrənmiş olduqları haqda məlumat aldıqlarını söylədilər.
Bundan sonra isə biz "12-ci oyunçu” azarkeş qrupunun xəbərlərinin daim həqiqəti
əks etdirdiyi üçün bu haqda bizə verilən məlumatın da tam səhih olduğuna
inanırıq və onların klub rəsmilərindən aldığı, həmçinin özlərinə məxsus
internet saytında yerləşdirdikləri xəbəri də aşağıda diqqətinizə çatdırırıq:
Rəsmi
açıqlama: Uinston Parksın «Xəzər Lənkəran»la müqaviləsi var.
Avroliqanın vacib oyunu öncəsi təxribat baş
tutmadı…
Əldə etdiyimiz məlumatlara görə "Xəzər Lənkəran”ın
36-nömrəli futbolçusu Uinston Parksı ələ keçirmək üçün "Bakı” klubu müxtəlif
işlər görür. Beləki, Uinston Parksla gizli danışıqlar aparmaq istəyində olan
"Bakı” klubu, futbolçumuzun "Xəzər Lənkəran”la imzaladığı müqavilənin şətlərindən
xəbərsiz olaraq heç bir hüququ əsası olmayan sənədlər hazırlamağa da çalışıb.
Amma istənilən halda LİPA işlər gec –tez aşkarlanır və belə işbazlar də biabır
olurlar. "Xəzər Lənkəran” klubu təkidlə bildirir ki, Uinston Parksın klubumuzla
iki illik müqaviləsi vardır və onun hər hansı digər kluba keçidi mümkünsüzdür.
Beləliklə,yenə də eyni hadisələr müxtəlif formalarda təkrarlanır. "Xəzər Lənkəran”
avroliqada İsrailin "Makkabi” (Tel-Aviv) klubuyla vacib oyunöncəsi növbəti zərbəni
ölkə daxilindən aldı. Beləki, bütün "Xəzər Lənkəran” camiəsi səhər saatlarından
mətbuatda izlədikləri xəbərdən narahat oldular. Bunu da "Xəzər Lənkəran”a qarşı
növbəti təxribat adlandırmaq olar.
Məsələyə bir daha aydınlııq gətirmək üçün "Xəzər Lənkəran”
klubunun mətbuat xidmətinin rəhbəri Yalçın Əliyevlə əlaqə asxladıq. Yalçın bəy,
konkret olaraq bildirdi ki, Uinston Parks "Xəzər Lənkəran”a məxsusdur və onun
klubumuzla iki illik müqaviləsi vardır. Ümumiyyətlə bu şayələrin haradan
yaranması və necə ortaya çıxması da maraq doğurur. 12cioyuncu.info olaraq məhz
bu məsələni, şayələrin mənbəyini
araşdırmağa çalışacağıq…
|