"Xəzər Lənkəran”ın evdə keçirməli olduğu 5-ci tur oyununu, məlum
səbəblər üzündən Suraxanıda T. İsmayılov adına stadionda keçirməsi bütün
azarkeşlərimizə məlum idi. Ona görə də matç saatının hətta 17:00-a keçirilməsi
belə, azarkeşlərimizin stadiona gəlməsinə mane ola bilməmişdi. Matçı canlı izləyənlər
meydanın ot örtüyünün heç də yaxşı vəziyyətdə olmadığını gördülər. Bununla
bağlı komandamızın oyununun istənilən səviyyədə alınmamasını söyləyə bilərik.
Oyun zamanı komandamızın potensialının daha böyük olduğu sezilsə də belə
ot örtüyü daha gözəl oyunun alınmasına mane olurdu. Buna baxmayaraq "Xəzər
Lənkəran” açıq aşkar rəqibini bütün komponentlərdə üstələyirdi. Buna misal
olaraq qapıçımız Kamran Ağayevin oyunboyu cəmi bir dəfə narahat edilməsini
misal göstərərdik. Qalan bütün dəqiqələrdə topa tam nəzarəti əldə saxlayan
komandamız inamlı qələbə qazandı. Hələ onu demirik ki, təkcə Dieqo Ruisin dörd
dəfə, Xaqani Məmmədovun isə bir real qol vurmaq imkanını qaçırması hesabın daha
böyük olacağından "MOİK” komandasını sığortaladı.
Bu matçda Uinston Parksı xüsusi
olaraq qeyd etməyə dəyər. Onun çox ustalıqla rəqib futbolçulardan sıyrılmasını
və sürətli hərəkətlərlə yadda qalması izləyənlərə əsl futbol keyfi yaşatdı,
həmçinin vurduğu iki qolla onu matçın qəhrəmanına çevirdi. Beləliklə, Uinston
Parks bizim ona verdiyimiz "Qara Şimşək” ləqəbini doğrultmaq yolunda daha bir
addım atmış oldu.
Mirça Rednik: "Parks
komandaya daha tez adaptasiya oldu"
"Komandamız bu gün qalib
gəldi, lakin iki ayrı hissə keçirdik. İlk hissədə üç qol vursaq da, ikinci
hissədə əlimizə düşən imkanlardan istifadə edə bilmədik. Meydanın durumu çox da
yaxşı deyildi. Növbəti turda qarşılaşacağımız "Muğan"la oyuna daha
ciddi hazırlaşacağıq. Uinston Parksın
komandaya daha tez adaptasiya olduğunu qeyd etmək istərdim", - deyə "MOİK” - lə oyundan sonra "Xəzər
Lənkəran"ın baş məşqçisi Mirça Rednik bildirib.
Ramil Əliyev: "Heyətlə bağlı
problemlərimiz var idi"
"MOİK”-in baş məşqçisi Ramil Əliyev
isə heyətdə çatışmazlıqların olduğunu bildirib: -"Əvvəlki oyunlarda olduğu
kimi yaxşı çıxış etmək istəyirdik, lakin bu gün oyunumuz alınmadı, məğlub
olduq. Heyətlə bağlı problemlərimiz var idi. Cəza və zədə səbəbindən 3
oyunçumuz bu qarşılaşmada iştirak etmirdi. Bu da oyunumuza öz təsirini
göstərdi. Əvəzedici heyətdən iki futbolçu götürmək məcburiyyətində qaldıq.
"Xəzər Lənkəran"a uğurlar arzu edirəm".
Premyer Liqa, V tur
"Xəzər Lənkəran" 3:0 "MOİK"
12 sentyabr 2010. Saat 17:00.
T. İsmayılov adına Suraxanı qəsəbə stadionu. 1000 tamaşaçı
Baş hakim: Elvin Əsgərov
Baş hakimin köməkçiləri: Rza Məmmədov, Azad Q. Hüseynov
Dördüncü hakim: Anar Salmanov
AFFA nümayəndəsi: Əziz Əliyev
Hakim-inspektor: Məhəmməd Məmmədov
Qırmızı vərəqə: Fərid Həşimzadə, 72
Qollar: Dieqo Souza - 10 dəq,
Uinston Parks - 19; 25 dəq.
Artırılan vaxt: I hissədə - 1
dəq; II hissədə - 3 dəq.
"Xəzər Lənkəran”
1. Kamran Ağayev (k)
2. Elnur Allahverdiyev
3. Elvin Beqiri
5. Diego Souza
7. Ruslan Poladov
12. Allan Lalin
(10. Xaqani Məmmədov, dəq.59)
14. Rahid Əmirquliyev
21. Radomir Todorov
30. Katalin Doman
(17. Ramazan Abbasov, dəq.46)
36. Uinston Parks
(9. Dieqo Ruiz, dəq.64)
77. Stelian Stanku
Ehtiyat oyunçular:
31. Deniss Romanovs
6. Adrian İordaçe
8. Konstantin Arbanas
11. Asif Məmmədov
Baş məşqçi: Mirça Rednik
"MOİK”
1. Amiran Qventsadze
4. Vüqar Əsgərov
5. Ceyhun Adışirinov
6. Emin Mustafayev
10. Anar Qasımov
(17. Orxan Babayev, dəq.69)
13. Fərid Həşimzadə (k)
16. Nəriman Əzimov
(11. Zaur Məmmədov, dəq.46)
19. Nuran Qurbanov
21. Natiq Əkbərov
(2. Namiq Həsənov, dəq.46)
24. Ramil Əliyev
26. Ruslan Hüseynov
Ehtiyat oyunçular:
12. Davud Kərimi
7. Namiq Adilov
19. Rəfael Qəvami
23. Məhəmməd Bağırzadə
Baş məşqçi: Ramil Əliyev
|