Bir müddət öncə, komandamızdan kənarlaşdırıldığı
bildirilən, lakin sonradan əvəzedici heyətə keçən, komandamızın əsas heyətində
öz oyun üslubu ilə seçilən, oynadığı bütün matçlarda necə deyərlər meydanda
canını qoyan Türk futbolçu Devran Ayhan yay transfer müddətinin demək olar son
günündə ölkəmizin digər iddialı klubu olan "Qarabağ”a keçmişdir.
Devran Ayhan yuxarıda da dediyimiz kimi "Xəzər”sevərlərin
qəlbində yaxşı mənada həmişə yaşayacaq. Çünki o, bir professional futbolçu kimi
öz üzərinə düşən işin öhdəsindən həmişə layiqincə gəlməuə çalışmış və demək
olar buna nail olmuşdur. Futbolçu həyatının qəribəliklərindən biri də onun bu
gün bir klub üçün, sabah isə başqa bir klub üçün tər tökməsidir ki, bu da bu
gün Devran Ayhanın qismətinə düşmüşdür.
Biz "Xəzər Lənkəran” azarkeşləri Devran bəyə
bundan sonrakı karyerasında da uğurlar arzulayırıq. Çünki o, həmişə uğur
qazanmağa layiq və bunu bacaracaq bir futbolçudur.
Eyni sözləri qapıçımız olmuş Dmitriy Kramarenko haqqında da söyləyə bilərik. Bu gün onun da ölkəmizin başqa bir iddialı klubuna keçidi haqda xəbər almışıq. Belə ki yay transfer vaxtının son günündə Dmitriy Kromarenko Bakının "İnter" klubu ilə bir illik anlaşma əldə etmişdir. Sən də göstərdiyin peşəkar futbolçuya layiq oyununla, komandamızın uğurları üçün keçirdiyin həyəcanla bizlərin qəlbində həmişə yaşayacaqsan. Sənə də gələcək karyeranda uğurlar arzu edirik. Çünki sən də Devran Ayhan kimi buna layiq və həm də bunu bacaracaq futbolçusan.
Uğurlar sənə Dima!, Uğurlar sənə Devran!
|