Cümə, 27/Dek/2024, 00:19
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  İyun 2010  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
  12345
6789101112
13141516171819
20212223242526
27282930

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 4
Qonaqlar: 4
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2010 » İyun » 2 » Üçüncü dünya çempionatı. 1938-ci il. Fransa
18:46
Üçüncü dünya çempionatı. 1938-ci il. Fransa

Avropadan
sonra növbəti çempionat Cənubi Amerikada keçirilməli idi. Hətta konkret ölkə -
Argentina da nəzərdə tutulmuşdu. Lakin bu ölkənin futbolunda gərgin vəziyyət
yaranmışdı. Peşəkar klublarla federasiya arasında münaqişə yaranmışdı. Ona görə
FİFA əvvəlki fikrindən vaz keçməli oldu. Bu məqamda fransızlar öz xidmətlərini
təklif etdilər. Üstünlük Fransaya verildi.

            Dünya çempionu final oyunlarına seçmə
yarışlarda iştirak etmədən dəvət olundu. Bu qayda uzun müddət qüvvədə qaldı.
Çempionatın təşkilatçısı olan ölkənin komandası da ilkin turnirlərdən azad
edilmlşdi.

            Mübarizəyə 35 ölkənin komandası
qoşulmuşdu.Britaniya adalarının futbolçuları yenə də çempionatı boykot edirdilər.
Uruqvaylılar isə Avropaya gəlməyəcəklərini bir daha bildirərək, turnirdən kənarda
qaldılar.

            Əvvəlki iki çempionatda Asiya ölkələrinin
komandaları iştirak etməmişdilər. Bu dəfə Yaponiya və Hollandiya Hindistanı
deyilən – İndoneziya öz namizədliklərini irəli sürmüşdü.

            14 finalçını müəyyən etmək üçün 12
seçmə qrupu yaratmaq qərara alınmışdı. Lakin rəqibləri oyunlardan imtina etdikləri
üçün Kuba, Braziliya, Rumıniya və Hollandiya Hindistanı (İndoneziya) seçmə
yarışları keçirmədən final turnirinə vəsiqə aldılar.

            Qalan səkkiz qrupdan finala İsveç və
Almaniya (birinci Avropa qrupu), Norveç və Polşa (ikinci Avropa qrupu), İsveçrə
(üçüncü Avropa qrupu), Macarıstan (beşinci qrup), Çexoslovakiya (altıncı qrup),
Avstriya (yeddinci qrup), Belçika və Hollandiya (səkkizinci qrup) çıxdılar.

            İtaliyada keçirilən final turnirindən
fərqli olaraq hər mərhələdən sonra ayrıca püşk atmaq qərara alındı. 1/8 final
oyunları belə nəticələndi: İsveçrə 1-1 Almaniya, təkrar oyunda 4-2; Fransa 3-1
Belçika; Braziliya 6-1 Polşa; Çexoslavakiya
3-0 Hollandiya; İtaliya 2-1 Norveç; Macarıstan 6-0
İndoneziya; Kuba 3-3 Rumıniya, təkrar oyunda 2-1; Faşist Almaniyası Avstriyanı
işğal etdiyinə görə İsveç və Avstriya görüşmədilər. İsveçlilər mübarizəsiz ¼
finala çıxdılar.

            Avstriyanın ən güclü futbolçuları Almaniya komandasının
heyətinə daxil edilmişdi. Güman olunurdu ki, bunun sayəsində o, dünya
çempionatının finalında ən yüksək yerlərdən birini tutacaqdır. Lakin Almaniya
komandası isveçrəlilərlə oyunlarda əvvəlcə 1-1,  təkrar oyunda isə 2-4 hesabı ilə məğlubiyyətə
uğradı.

            ¼ final oyunlarında Bordoda Braziliya və Çexoslovakiya
komandaları qarşılaşdılar. Iki oyunun nəticəsinə görə (1-1, 2-1) Braziliyalılar
qalib gəldi. Oyunlar çox gərgin keçdi, kobudluq və sərtliklə yadda qaldı.
Maraqlıdır ki, ikinci oyunda iki komandadan birinci oyunda iştirak edən 9
futbolçu meydana çıxa bilmədi.

            Italiya ¼ final oyununu 1/8 oyununa nisbətən daha yaxşı
keçirdi və meydan sahibi fransızlara 3-1 hesabı ilə qalib gəldi.

            İsveçlilər Kuba komandasına heç bir şans vermədilər; 8-0.
Macarıstan və İsveçrə komandalarının oyununda yüksək texnikalı macar hücumçular
öz işlərini gördülər, 2-0.

            Beləliklə, İtaliya, Braziliya, İsveç və Macarıstan
komandaları çempion adı uğrunda mübarizəni davam etdirmək hüququ qazandılar.
Onların arasında püşk atıldı. Macarlar İsveç komandası ilə oyunun 35-ci
saniyəsində top buraxsalar da 90 dəqiqənin tamamında 5-1 hesabı ilə qalib
gəldilər. Topların üçünü bir futbolçu – Cenkeller vurdu.

            Digər yarımfinalda çempionatın ən güclü komandaları-
Braziliya və İtaliya qarşılaşdılar. Oyun italyanların qələbəsi ilə başa çatdı
2-1.

            Iyunun 19-da çempionatın son iki oyunu (üçüncü yer
uğrunda və final) keçirildi. Bordoda Braziliya və İsveç komandaları bürünc
medallar uğrunda mübarizə apardılar. Braziliyalılar 4-2 hesaə qalib gəldilər.

            Parisdə Macarıstan və İtaliya komandaları arasında final
oyunu keçirildi. 4-2 hesabı ilə qalib gələn İtaliya
komandası ikinci dəfə dünya çempionu adını qazandı.

            Bundan sonra ikinci dünya müharibəsi başladı və dördüncü
dünya çempionatı 12 il sonra – 1950-ci ildə keçirildi. 

********************************

            Daha Sxematik olaraq bax

********************************

            Videonu izlə

Views: 731 | Added by: CSGA | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz