Cümə Axşamı, 26/Dek/2024, 21:15
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Fevral 2013  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
     12
3456789
10111213141516
17181920212223
2425262728

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2013 » Fevral » 24 » Tükdən asılılıq...
18:08
Tükdən asılılıq...


            Altılığa gedən yolun finişinə çataçatda "Bakı” 21-ci turda Zaqatalada qələbə qazana bilməyincə, altılıq şansını dəyərləndirmək üçün, belə demək mümkünsə, bu məsələni tam olaraq, "Xəzər Lənkəran”ın öz ixtiyarına buraxdı. Belə ki, çətin Qəbələ səfərindən ancaq qələbə ilə ayrılmağımızın lazımlı olmasına baxmayaraq, "Bakı” bu işi bizim üçün bir az da asanlaşdırdı. Yəni, "Xəzər Lənkəran” Qəbələ səfərindən ən azı heç-heçə və nəticədə bir xalla qayıdıb, təsnifat mərhələsinin son turunda evdə "Sumqayıt” üzərində qələbə çalacağı təqdirdə ilk altılıqdakı yerini özəlləşdirmiş olacaqdı. "Bakı” istəmədən bu şansı bizə verdi. Qəbələdə, futbolda olan üç nəticədən ikisi bizi tam qane edirdi. Qələbə qazanacağımız təqdirdə əlbəttə evdə "Sumqayıt”la bərabərə qalmaq kimi asan bir işin öhtəsindən gəlməliydik. Heç-heçə edəcəyimiz təqdirdə evdə "Sumqayıt” üzərində mümkünlüyü çox real olan qələbə qazanmaqla istəyimizə nail ola biləcəkdik. Ən pis nəticə olan məğlubiyyət idi ki, bu da öz acısını bizə yaşatdı. Bundan sonra altılıq şansımız tükdən asılı vəziyyətə düşdü. Bu nazik tükün qırılması "Bakı”nın "Rəvan” üzərindəki ev qələbəsi ilə baş verə biləcək ki, buna da şübhə ilə yanaşmaq, möcüzəyə inanmaq kimi bir şeydir. İsəyirsən biz son təsnifat turunda "Sumqayıt”ın qapısından hələ yer üzündə qeydə alınmamış qədər top keçirək. Bu və bu kimi oxşar möcüzələr də köməyimizə çata bilməz.

            Amma futbolda hər şey olur deyimi də var. Bir də gördün BATE kimi bir komanda "Lill”kimi Fransa nəhəngini onun yerində 1:3, "Bavariya” kimi Alman nəhəngini də doğma divarlar arasında həmin, 3:1 hesabı ilə məğlub etdi. Bu baxımdan "Rəvan”ın da "Bakı”nı büdrədəcəyi ehtimalı var, hətta heç-heçəylə. Heç bir şeyə baxmadan "Xəzər Lənkəran” növbəti çempionat oyununa həvəslə çıxıb qələbəsinə nail olmalıdır. Kubok yarışlarında da iddiamız davam edir. Ruhdan düşməmək bacardıqca irəli gedilməlidir. Bu matçlarda isə oyun planında, taktiki və bütün cəhətlər nəzərə alınmaqla irəliləyişə nail olmaq lazımdır. Bugünki oyun səviyyəsi bizi qane etmir və hesab edirik ki, belə oyunla heç nə altılığa düşüb fiaskoya uğramaq lazmdır, nə də həm ölkə kubokunda və ya avrokuboklarda pərt vəziyyətə düşmək. Bu yarışlarda döyüşə hazır ola bilmiriksə, onda iştirakın da əhəmiyyəti yoxdur. Bundansa, aşağı altılıqda oynayıb səhvlərimizi düzəltmək, oyun planında təcrübə və uyğunlaşma dövrü keşmək daha məqsədə uyğundur. Amma necə? Bunu demək fikrimizcə hələ tez sayıla bilər. Qarşıdakı həlledici oyunlardan sonra qəti fikirlərimizi söyləməyi düşünürük.

            Biz "Xəzər Lənkəran” azarkeşləriyik. Tək yaxşı günün dostu deyilik. Həmçinin çətin gündə komandaya dayaq olmalıyıq. Bizi bu komandaya ülvi sevgi hissləri bağlayır. Çətin anlarda ona arxa çevirmək olmaz. Yalnız çətinliklərin həll olunmasında yardımçı olmalıyıq. Bunun üçün də qarşıya çıxanların kimliyindən və çətinliyin ölçüsündən asılı olmayaraq səddləri aşmalıyıq. Ata, ana və dost kimi müqəddəs sevgi anlayışları var. Onların çətin və ya xəstə, yaşlı vaxtlarında biz onlardan imtina etməli, onları xəstəlikləri ilə baş-başa buraxmalı və ya qocalar evinə verməliyikmi? Bəs onda biz hansı vicdanın sahibi olar və bu el arasında, Allah qarşısında necə qarşılanar və dost dediyimiz  insanın hansı nifrətinə səbəb ola bilərik. Onların yerində özümüzü də təsəvvür etsək eynən çarəsiz nifrət hissi ilə baxarıq. Amma əsl sevgi bu deyil! Biz əsl sevgimiz olan "Xəzər Lənkəran” uğrunda indi daha həssas olmalı və bir daha qarşıya çıxan maneələri dəf etməliyik. Bunun üçünsə, həlledici məqam olan növbəti turu və kubok oyununu və ya oyunlarını gözləmək lazımdır. Bu sevgi uğrunda deyəcəyimiz sözlər və görəcəyimiz işlər hələ çoxdur.  

Views: 377 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz