Cümə, 29/Mar/2024, 01:05
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Oktyabr 2010  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2010 » Oktyabr » 28 » Təlimatlara və tapşırıqlara boyun əyənlər... hakim Elçin Məmmədov və "Xəzər Lənkəran"
10:54
Təlimatlara və tapşırıqlara boyun əyənlər... hakim Elçin Məmmədov və "Xəzər Lənkəran"
            
          "12cioyuncu.com" saytında hakimlər və "Xəzər Lənkəran" mövzusunda xüsusən hakim Elçin Məmmədovla bağlı maraqlı araşdırma ilə bir yazı dərc olunub. Yazıya biz də bir əlavə etmək istərdik. Belə ki, "küləkli oyun" kimi göstərilmiş matçda cərimə zərbəsi vurularkən top küləyin təsirindən hərəkətə başlamış və hərəkətdə olan topa zərbədən sonra top qapıya daxil olmuşdur. Bu isə qaydalara zidd olduğundan vurulan qol hesaba alınmamalıydı. Bu barədə "Bosman" fanklubu da elə həmin oyundan sonra mövcud qaydaları əldə əsas tutaraq (17 qayda tətbiq olunan futbolda həmin bu məqam 13-cü qayda kimi göstərilir, 13-cü maddədə istər cərimə zərbəsi, istər sərbəst zərbə, istər künc zərbəsi, istərsə də penalti zərbəsi yerinə yetirilən anda topun tam sükunətdə olması tələb olunur) etirazını bildirmişdi.
          Beləliklə,   "12cioyuncu.com" saytında verilmiş həmin araşdırma tipli yazını diqqətinizə çatdırırıq. 
           "Xəzər Lənkəran” üçün arzuolunmaz haklimlər siyahısını təqdim edirik. İlk yerdə əlbəttəki Elçin Məmmədov gedir. Düzdür Əfqan Həmzəyev də bu siyahıda yer tutur. Lakin onun hesabında bircə  məşhur "Xəzər Lənkəran – "Neftçi” oyunu vardır. Ona görə də o siyahıda hələlik  ikinci yerdə qərarlaşıb. 
          Beləliklə, Elçin Məmmədov və "Xəzər Lənkəran” -  statistikanın gözü ilə.
 
 Baş hakim Elçin Məmmədovun  idarə etdiyi oyunlar. 
 
   Premyer liqa III tur. 21.10.2009
  "Olimpik-Şüvəlan” - "Xəzər-Lənkəran” 1-0 
 
          Bu oyun futbol sevərlərin  yadında qalar. "Şəfa” stadionunda keçirilən oyunda Elçin Məmmədov o qədər fit çalmışdı ki, hətta oyunu izləyən onlarla azarkeş bezərək stadionu tərk etmişdilər. O vaxt komandamızda top qovan İvan Tsvetkovun demək olar ki, hər dəfə topa toxunuşunda baş hakimin fiti səslənirdi.
 
 
 
  Kubok 1/4. 07.03.2010
  "Qarabağ” - "Xəzər-Lənkəran” 2-1 
 
          "Küləkli oyun” adı almış bu oyun futbol tarixinə düşə bilər. Çünki, hakim özbaşınalığının ən dəhşətli məqamları bu oyunda yaşandı. Beləki, matçın 59-cu dəqiqəsində Rəşad Sadıxov topla irəliləyərkən Kristian Kabraldan bir metr məsafə aralıda yıxılır və baş hakim cərimə zərbəsi təyin edir və uzaq məsafədən vurulan zərbə qolla nəticələnir. Oyunun artırma dəqiqələrinə (90+3) birinci vəziyyətin təkrarı baş verir. Ağlasığmayan bir vəziyyətdə zərimə zərbəsi təyin olunur ki, bu da qolla nəticələnir.Halbuki ikinci vəziyyətdə məhz "Qarabağ” komandasının futbolçusu qaydanı pozmuşdu. Oyunu canlı izləyən və video yazıya baxanların diqqətini həmin oyundakı cərimə zərbələri çəkirdi. Matçın ikinci hissəsində ilk yarıdan 3-dəfə çox  "Xəzər Lənkəran”ın qapısı istiqamətində cərimə zərbəsi təyin olunmuşdu ki, onların yalnız birində həqiqətən də qayda pozulmuşdu. Yerdə qalan 8-epizodda isə qayda pozuntusundan söhbət belə gedə bilməzdi. 
 
  Premyer liqa XXVII tur. 11.04.2010
  "Bakı” - "Xəzər-Lənkəran” 1-0 
 
          Bu oyunda da Elçin Məmmədov yalnız öz bacarığından yararlanaraq komandamızın futbolçularını tez-tez çalınan fitlərlə süstləşdirə bilmişdi. Eyni hərəkətləri edən rəqib komandanın üzvləri isə meydanda at oynatmaqda davam edirdilər.
 
 
  Premyer liqa XXXI tur. 09.05.2010
  "Qarabağ” - "Xəzər-Lənkəran” 2-1 
 
          Elçin Məmmədov "Xəzər Lənkəran” futbolçularını komandamıza qarşı xırda foulları qeydə almaqla sındırır, bütün hücumları elə dayandırırdı ki, sanki rəqib tərəfdəki futbolçular zərif cinsin nümayəndələridirlər. 
 
  Kubok FİNAL 23.05.2010
  "Bakı” - "Xəzər-Lənkəran” 2-1
 
                             Kubokun finalında.
          Oyunun diqqət mərkəzində olduğunu nəzər alan Elçin Məmmədov daha diqqətli davranırdı. Amma bu oyunda da baş hakim kimi onun böyük səhvi olduğunu demək mümkündür. Beləki, futbol qaydalarına görə top "mübahisəli top”la oyuna daxil olunursa bir komandanın futbolçularının ayağına dəyirsə və əks komandanın futbolçusunun ayağına və ya qaydalara uyğun olan bədən hissələrinə  dəymədən qapıya daxil olursa  qol hesaba alınmamalı idi.
                  Oyunlara əlavə olunan vaxtlar haqda.
          Elçin Məmmədov  öz ənənəsinə sadiq qalaraq oyunda nə qədər dayanmalar baş verməsindən asılı olamayaraq "Xəzər Lənkəran”ın oyunlarında həmişə birinci hissəyə 1-dəqiqə ikinci yarıya isə 3-dəqiqə əlavə edirdi.
 
               Elçin Məmmədovun  "Xəzər Lənkəran”  futbolçularına                                   verdiyi sarı vərəqələr.
 
  Emeka Opara, 81 ("Bakı" - "Xəzər Lənkəran" 
  XVIII Azərbaycan kubokunun final oyunu - 23.05.2010)
 
  Kamran Ağayev, 23 ; İvan Pexa, 54;  Dieqo de Souza, 89       ("Qarabağ" - "Xəzər Lənkəran" - 09.05.2010)
 
Kamran Ağayev, 64 ; Kristian Kabral, 45+1; Emeka Opara, 76 ("Bakı" -  "Xəzər Lənkəran" - 11.04.2010)
 
  İvan Tsvetkov, 22; Kristian Kabral, 35 ("Qarabağ"  - "Xəzər   Lənkəran"Azərbaycan Kuboku, 1/4 final ilk oyunu - 07.03.2010 )
 
  Osvaldo Martins, 35; Allan Lalin, 45; İvan Tsvetkov, 66 ("Olimpik-Şüvəlan"  -  "Xəzər-Lənkəran" - 21.10.2009)
Views: 834 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz