![](/Tezeler/huseyn_cebrayiloglu.jpg)
Ölkənin öndə gedən idman nəşri olan "Futbol +”
qəzetinin kifayət qədər maraqlı, hərtərəfli, obyektiv, idman sahəsində baş
verən hər bir hadisəyə xüsusi yanaşma tərzi ilə seçilən səhifələrinə öz yazıları
ilə daha da rəng qatan bölgə müxbiri Hüseyn Cəbrayıloğlu bu günlərdə 35 yaşını
qeyd edir.
Öz
xüsusi istedadı ilə çox oxucuların rəğbətini qazanmış Hüseyn bəy fəaliyyətində
nəinki "Xəzər Lənkəran” klubu haqda ümumiyyətlə Lənkəran futbolu haqda, onun
tarixi araşdırmaları ilə bağlı çoxlarımıza məlum olmayan faktların
işıqlandırılması kimi məsul işlər də görmüşdür. Təsadüfi deyil ki, Hüseyn bəy,
Lənkəran futbolu və onun tarixi haqda araşdırmalarla zəngin olan kitabın
həmmüəllifidir. Təkcə bu araşdırmalara və tapılan dəyərli məlumatlara görə
Hüseyn bəyə minnətdar olmalıyıq. Hüseyn bəyin fəaliyyəti təkcə bunlarla
yekunlaşmır. O, bölgədə uşaq futbolu haqda, gənclərin bu idman növünə
münasibəti haqda çox-çox yazıların müəllifidir. Hətta deyərdik ki, Lənkəran
futbolunun inkişafında Hüseyn bəyin özünəməxsus rolu var.
Biz
ona yaşayıb yaratdığı bu illərin nəinki 35, hətta 100 illərə belə sığmayan bir
yaradıcılıq ömrü, can sağlığı və istəklərinə çatmasını bir olan Allahdan
təvəqqe edirik.
|