
22 Fevral "Xəzər Lənkəran” camiəsi
və Azərbaycan futbolu üçün yaddaqalan bir tarixdir. Məhz bu tarixdə ölkənin
adlı-sanlı bir futbol klubu olan "Xəzər Lənkəran”ın ilk müsəqil fanat qrupu
yarandı. Bu nəinki cənubda eləcə də Azərbaycanda ilk müstəqil fanat klubu oldu
ki, bud a "Xəzər Lənkəran”ın ətrafında yarandı. Bir il sonra isə bu
yenilikçilər daha bir yeniliyə imza atdılar. Yəni həmin azarkeş klubunun
müstəqil fəaliyyət göstərən saytı işə başladı. Onsuzda rəngarəng və gərgin
işləri ilə ölkəyə səs salmaqda olan "12-ci Oyunçu” fanat qurumu sayt fəaliyyətə
başlayandan sonra daha böyük bir dairə cıza bildi. Fəaliyyətində azadfikirliliyi,
obyektivliyi, operativliyi və bir çox müsbət keyfiyyətləri cəmləyən bu fanat
qurumu "Xəzər Lənkəran” yolunda olmazın əziyyətlər, məşəqqətlər və müxtəlif
sarsıntılar keçirdi. Lakin yolundan dönmədi. O, bu gün də fəaliyyət göstərir.
Əzəli prinsiplərinə sadiq və zamanın bəxş etdiyi daha böyük təcrübəyə
söykənərək. O, sınmadı, yolundan dönmədi, bu gün də yaşayır və illər ötdükcə də
yaşayacaq. Çünki dərdin bolu, mərdin yoludur.
Biz "Bosman” fanklubu olaraq, qardaş
"12-ci Oyunçu” azarkeş qrupunu ürəkdən təbrik edir, cansağlığı və bundan sonra
da müvəffəqiyyətlər arzu edirik. O gün olsun 12 yaşınızı və daha sonrakı
nəsillər 120 yaşınızı qeyd etsinlər. Bu həm də "Xəzər Lənkəran” klubunun
uzunömürlük arzusudur. Sevdiyimiz klubun isə bu hesabat turunda çox lazımlı
olan bir səfər qələbəsi, hamımızı ürəkdən sevidirəcəyinə və bununla da o
cümlədən sizing yubileyinizə ən böyük hədiyyə verəcəyinə inanırıq, ey 5 yaşlı "12”.
Böyük hörmətlə:
"Bosman” fanklubu
|