2011-08-12
tarixində "Xəzər Lənkəran” klubuna məxsus rəsmi saytda transferlə bağlı aşağıdakı
məlumat yerləşdirilib.
"Xəzər Lənkəran” daha bir transferini rəsmiləşdirdi.
Azərbaycan milli komandasının futbolçusu Branimir Subaşiç bu gündən etibarən
komandamızın şərəfini qoruyacaq. 29 yaşlı hücumçu ilə klub arasında bir il
yarım müddətinə müqavilə bağlandı.
Milliyətcə
serb olan Subaşiç, karyerasına doğulduğu ölkənin "Jeleznik” klubunda başlayıb.
Bundan sonra hücumçu legioner karyerasına start verib. Öncə Belçikanın
"Ostende”, ardınca isə Fransanın "Bove Uaz”, Ukraynanın "Çernomorets” və
Rusiyanın "Amkar” klublarının formasını geyən Subaşiç, 2005-ci ildə Azərbaycanın
"Neftçi” klubuna transfer olunub. 2007-ci ildə futbolçu milliləşdirilərək Azərbaycan
yığma komandasının heyətinə cəlb olunub.
2008-ci
ildə artıq yığmamızın hücumçusu kimi Serbiyanın "Srvena Zvezda” klubun keçir.
Burada bir mövsüm çıxış etdikdən sonra isə futbolçu Çinin "Çanjun Yatay”
klubuna keçib. Son mövsümü Subaşiç çempionatımızda "Qəbələ”nin heyətində
keçirib.
Deməli,
bir çox Avropa və uzaq şərq, hətta Azərbaycan klublarını gəzən və qısamüddətli
zaman ərzində bu klublarda çıxış edən, millimizin heyətində ara-sıra oynamaq
üçün belə milliləşdirilən bir futbolçu olan Branimir Subaçiç sanki subaşına
getdiyi kimi klubları tez-tez dəyişən bir futbolçu olduğu zatən onun
karyerasını əks etdirən rəsmi məlumatdan belə məlum olur. Beləliklə Branimir
Subaşiç nağılının Lənkəran səhifələri başlayır. Bunun nə dərəcədə uğurlu olması
isə qarşıdakı günlərdə ortaya çıxacaq. Bizə isə "Xəzər Lənkəran” azarkeşləri
kimi bu transferin yalnız uğur gətirəcəyini arzulamaq qalır.
|