Cümə Axşamı, 26/Dek/2024, 14:24
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  İyul 2012  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
1234567
891011121314
15161718192021
22232425262728
293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 2
Qonaqlar: 2
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2012 » İyul » 27 » Sözümüz ağzımızda qaldı
14:19
Sözümüz ağzımızda qaldı

            Cari mövsüm Avropada öz ölkələrinin futbolunda söz sahibi olan komandalar qitə miqyaslı yarışlarda da söz demək imkanı qazandılar. O qitə ki, futbolun yaradıcısıdır və o qitə ki, futbolunda çox söz deyib. Biz də bu qitəyə aid olduğumuzdan həmişə burada söz demək imkanımız olsa da, futbol sahəsində susqunluq göstərib bir söz deyə bilməmişik. Nə isə dünən daha iki komandamız bu qitədə söz demək imkanından məhrum oldular. "Xəzər Lənkəran” heç zaman bu qitənin dərinliklərinə gedib söz deyə bilməyib. Elə bu il də Avropanın şərqində bir-iki söz demək imkanı qazandı.

            Birinci təsnifat mərhələsində şərqi Avropa ölkəsi olan Estoniyanın "Nomme Kalyu” komandası ilə ilk oyununu evdə keçirincə, matçın ilk dəqiqələrində Estoniya təmsilçisi söz deməyə başladı. Onun bir sözünə, komandamız dərhal cavab verdi. Hətda ona ikinci sözünü də dedi. Amma rəqib də özünün söz bacarığını göstərərək, bir sözünün üstünə ikinci sözünü deyincə, söz tarazlığı ilə vətəninə yollandı. Bundan sonra hər kəs bir söz danışmağa başladı. O cümlədən komanda üzvləri və baş məşqçi oyundan sonra çox söz dedilər. Cavab qarşılaşmasına gedən komandamızın, çarter reysi ilə əlaqədar və Estoniya aeroportunda ilişib qalması ilə əlaqədar da çox söz-söhbətlər danışıldı. Elə canlı translyasiya ilə əlaqədar da deyilən sözləri yada salmaq olar. Nə isə nəhayət, komanda cavab matçına çıxıb estonlara iki kəlmə söz dedi. Düzdür oyun nə televiziya nə də internet vasitəsi ilə translyasiya olunmasa da, klubun rəsmi saytı və digər idman saytları canlı, yəni onlayn söz reportajı vermişdilər. Ancaq söz reportajını izləyərkən "Xəzər Lənkəran”ın oyunda tam söz sahibi olması fikri formalaşırdı. Sonradan oyunu video formatda izlədikdə isə bunun heç də belə olmadığı ortaya çıxdı. Oyunda "Nomme Kalyu” söz sahibi təsiri bağışlayırdı. Ardıcıl düşünülmüş sözlər deyən rəqibimiz sadəcə qapıya dəqiq zərbə haqqında söz deyə bilməmişdi. Bizdə isə oyunboyu düşünülmüş sözlər olmasa da, iki quru söz deməklə rəqibini keçə bilmişdi. Tarixi qələbə və mərhələ adlamaq haqqında da çox sözlər deyildi.

            Hətda "Kalyu”ya sözümüzü deyəndən sonra baş məşqçimiz, "Lex”ə də 100% sözümüzü deyəcəyik deyə bir çox müsahibələrdə söz demişdi. Bəli, ikinci mərhələdə də gözlənildiyi kimi daha bir şərqi Avropa ölkəsi olan Polşa təmsilçisi öz sözünü ilk mərhələdə deyib, bizə rəqib olmuşdu. Oyun günü yaxınlaşdıqca 100%-li sözlər, ümidimiz var, ürəyimə damıb kimi sözlərlə əvəz olunmağa başladı.

 Bu mövsüm transfer bazarında sözünü deyə bilməyən "Xəzər Lənkəran” ilk mərhələni keçəcəyimiz halda ürək sözlərini deyəcəyini vəd etdi. Hətda komandanın sahibi belə Tallindəki hissələr arası fasilədə jurnalistlərə bir-iki futbolçuyla əsasən hücumu gücləndirməyi düşündükləri haqqında söz demişdi. Hər halda söz sayt və portalları bu deyilən sözlər haqqında xeyli informasiya yaymışdı. "Lex”lə oyuna bir sutka qamışa qədər iştirak ərizəsinə yeni adlar əlavə etməyin mümkünlüyü haqqında da sözlərə çox qulaq vermişdik. Bir yandan da söz sahibi olan informasiya məkanı Avropada və dünya futbolunda çox sözlər demiş isimlərin elə yalnız söz vasitəsi ilə "Xəzər Lənkəran”la sözləşmə imzalamasını qeyd edirdi . Nəhayət heç bir söz sahibi komandaya transfer olunmadı. Bu arada baş məşqçi də, istənilən sözünü demiş futbolçu olsa belə, mən onu baxışdan keçirməmiş onun haqqında bir söz deyə bilmərəm demişdi. Ancaq oyuna günlər qala sözçülərin transferlərlə bağlı sualına, baş məşqçi bizə hazır futbolçular gəlib birbaşa imza atacaqlar deyə sözlə cavab vermişdi. 

Nə isə heç bir nəticəsi olmayan bu söz-söhbətlər o qədər uzandı ki, oyun günü gəlib çatdı. Artıq meydanda söz deməyin vaxtı idi. Rəqib isə söz bazası az olan "Kalyu” kimi bir komanda deyil, Avropada az-çox söz demiş "Lex” idi.  Oyun günü deyilənə görə stadiona tribunalardan sözünü demək üçün 17.000 azarkeş toplaşmışdı. Komanda isə bu sozlərdən ruhlanaraq meydanda sözünü deməli idi. İnsafən həm məşqçi işinə görə, həm də komanda olaraq "Xəzər Lənkəran” bu oyunda sözünü az-çox deyə bildi. Elə rəqibə də ilk sözü "Xəzər Lənkəran” dedi. Amma boclu qalmağı sevməyən Poznan təmsilçisi "Xəzər Lənkəran”ın bu sözünə bir cavab sözü də deməyi bacardı. Oyundan sonrakı söz konfransında baş məşqçi yenə buraxılan bəsit qolun haqqında və bəxt haqqında söz deməyə başladı. Qapıçımız ölkədə söz sahibi olsa da, həm də meyxanada söz deyə bilir. Meyxanada söz demək isə yalnız bizə məxsusdur. Nə Oliver Kan, nə Dino Zoff, nə Rinat Dassayev, nə Peter Çex və nə də İker Kasilyas nə bilir meyxanada söz demək nədir? Meydana çıxıb bir neçə dəfə söz demək imkanı qazanırlarsa, elə odur.

Sözdən söz düşmüşkən, keçən avroliqa mövsümündə, altı futbolçu ilə bəzi klubdakı söz deyənlər futbol qurumlarındakı söz sahiblərinin sözlərinə uyaraq, sözü bir yerə qoyub, məşqçini uzaqlaşdırmaqla, azarkeşlərin ah-nalə dolu sözlərinə fikir verməmişdilərsə, bu mövsüm 11 futbolçu ilə sözü bir yerə qoyub qənaətbəxş futbol sərgiləyən baş məşqçi görəsən kimlərə sözünü dedi. 

Nə isə cavab matçına yollanan komandamızın yenə çarter uçuşu ilə əlaqədar söz-söhbətlər yayıldı. Nəhayət bir gün gecikmə ilə komanda Poznana söz demək üçün gedə bildi. Oyunun ilk dəqiqələrindən "Lex” kəskin sözlərlə mövqe göstərdi. Elə ilk və yeganə sözü də topu yaxın küncə uzun trayektoriya cızaraq yerlə göndərib, sanki ot örtüyünün üzərinə Qooooll....  sözünü yazdırdı. Bunun qarşısını almaqda isə nə müdafiəçilərimiz, nə də qapıçımız bir söz deyə bilmədi. Bundan sonra tədricən, komandamız insafən söz demək istəyini ortaya qoymaq istədisə də bunlar kəkələməkdən başqa bir səs qarışıqlığına bənzəmədi. Söz gəlmədi ki, gəlmədi. Beləcə, bir söz deyən "Lex” qarşısında bizim sözümüz ağzımızda qaldı. Bununla da "Lex” Avropada söz deməyə davam edincə, bizimkilər isə qayıdıb hansı sözləri deyəcəklərini fikirləşməyə başladılar. Bu zəhrimara qalmış qitədə söz demək asandır bəyəm? Fikrindən başqasını isə sözlərə çevirib deməkdən başqa sözümüz qalmadı.               

Views: 663 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz