Şənbə, 20/Apr/2024, 14:26
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Noyabr 2010  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
 123456
78910111213
14151617181920
21222324252627
282930

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2010 » Noyabr » 22 » Sadiq azarkeşlər, Alim Qurbanov, 9-cu qələbə və zirvəyə doğru minimal fərq
10:57
Sadiq azarkeşlər, Alim Qurbanov, 9-cu qələbə və zirvəyə doğru minimal fərq

                    

            "Xəzər Lənkəran” XIV turda doğma meydanda Salyanın "Muğan” komandasını qəbul edirdi. Bu matça qədər turnir cədvəlindəki vəziyyətə nəzər saldıqda, cədvəlin ikinci pilləsində qərarlaşan komandamız 27 xala sahib olmaqla, lider "Neftçi”dən üç xal geri qalırdı. İrəlidəki turlarda daha çətin matçlara çıxacaq "Xəzər Lənkəran” bu oyunda maksimum nəticə əldə edərək birinci pillə ilə xal fərqinin artmasına imkan verməməli idi. Bu matçda qələbə qazanan  "Xəzər Lənkəran” nəinki buna nail oldu, hətta liderin ev oyununda heç-heçə etməklə büdrəyib iki xal itirməsi ilə, birinci pillə ilə xal fərqini minimuma endirməyi bacardı. 30-xalını heç-heçə hesabına 31-ə yüksəldən "Neftçi” komandasına daha da yaxınlaşaraq, "Muğan” üzərindəki 2:0-lıq qələbə qazanmaqla 27-xalını, 30-a yüksəldən komandamız indi zirvə ilə xal fərqini bir az da əridərək minimuma endirməyi bacardı. Növbəti turda səfərdə "Bakı” üzərində qazanılacaq qələbə, liderin "Qarabağ”la çətin oyunda itirəcəyi xallardan sonra "Xəzər Lənkəran”ı zirvəyə daşıyacaq. İnşallah ümid edək ki, bu elə belə də nəticələnəcək. Həm də bizim "Bakı” ilə "haqq-hesabımız” uzanaraq birinci dövrədəki oyunda həll olunmamış qalıb.

            Bu matçda komandamızın çoxlu qol vurmaq imkanları olsa da yalnız bunların ikisindən istifadə edə bildi. Düzdür üç xalı qazanmaq üçün bu iki top artıqlaması ilə bəs etsə də hücumçularımızın yüzfaizlik qol vəziyyətlərini dəyərləndirə bilməmələri üzücü olmaqla yanaşı növbəti turlarda başağrısına çevrilə bilər. Amandı, bu qədər epizodları dəyərləndirin, bizə daha çox sevinc bəxş edin, hər oyunda epizodları dəyərləndirə bilməməklə qələbə qazanmaq şanslarını qaçırmayın, əziz hücumçular. Siz belə epizodları qaçıracaq qədər də zəif futbolçular deyilsiniz!

            Bu oyunda matçın qəhrəmanına çevrilən Alim Qurbanov "Xəzər Lənkəran”ın heyətində 156-cı oyununu keçirməklə, Rəşad Abdullayevin 155 oyun keçirmə rekordunu üstələdi. Həmçinin matçöncəsi sağlamlığında müəyyən problemi ilə bağlı oynaya bilməmə ehtimalının olmasına baxmayaraq, Mirça Rednikdən "mən bu gün oynamaq istəyirəm”- deyə xahiş etməsi, özünü bu rekorda daşımasına, həm kapitan kimi, həm də vurduğu iki qolla oyunun qəhrəmanına çevrilməsinə şərait yaratmaqla tarix yazmasına səbəb oldu. Keçən matçda da onun vurduğu yeganə qolla üç xalı əldə etməyimiz isə onun get-gedə oyun praktikasının artması hesabına yazılmalıdır. Kifayət qədər təcrübəsi olan Alim Qurbanov bununla, "hələ mən meydanlarda öz sözümü demək istəyirəm”- deyə sanki bir mesaj vermiş oldu. Bununla da ""12ci oyunçu azarkeş qrupu”nun rəsmi saytında "Bizim üçün turun oyunçusu” bölməsində, iki dəfə ardıcıl "turun oyunçusu” seçilməklə, burda da bir ilkə imza atmış oldu, beləliklə saytın moderatorunu şəkildəyişmə "çətinliyindən” də qurtarmış oldu.

            Azarkeşlərdən söz düşmüşkən bu tur, bu baxımdan da "Xəzər Lənkəran”  azarkeşlərinin daima komandaya verdiyi dəstəklə və daim onun yanında olmaqla bir daha özünü sübuta yetirmiş oldu.

            Beləki, rəsmi rəqəmlərə görə ümumilikdə XIV turu toplam 12555 azarkeş izləmiş olub ki, təkcə Lənkəran şəhərində keçirilən "Xəzər Lənkəran” – "Muğan” matçını izləyənlərin sayı 9500 olmaqla bu rəqəmin böyük bir hissəsini təşkil edib.  Qalan beş görüşdə isə ümumilikdə bunun təxminən 1/3 qədər toplam 3055 nəfər olmaqla tamaşaçı sayı qeydə alınıb. Aşağıda XIV turda bütün matçlarda qeydə alınan nəticələri və azarkeş sayını diqqətinizə çatdırırıq. Bundan sonra, həmçinin "Turun oyunları” bölməsində oyunların vaxtı, stadionlar və hakimlərin kimliyi ilə bağlı verdiyimiz məlumatlara, rəsmi açıqlanan "azarkeş sayı”nı da əlavə etməyi planlaşdırırıq. Beləliklə, XIV turda qeydə alınan nəticələr və azarkeş sayını təqdim edirik:

  1. "Xəzər Lənkəran” 2 0 "Muğan”   9500 tamaşaçı
  2. "Neftçi” 0 0 "Qəbələ”                1000 tamaşaçı
  3. "AZAL” 2 0 "Qarabağ”               600   tamaşaçı
  4. "Simurq” 0 0 "Gəncə”               600   tamaşaçı
  5. "MOİK” 0 4 "Bakı”                    500   tamaşaçı
  6. "İnter” 30 "Turan”                   355   tamaşaçı

      Bundan sonrakı turlarda da "Xəzər Lənkəran”a və azarkeşlərinə qələbə sevinci arzulayırıq.

Views: 484 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz