Belçikanın Jupiler Liqasında final mərhələsi öz
gərginliyi ilə davam edir. Sevimli Mirça Rednikin "Standard” Lloy komandası
zirvə yarışından qopmaq niyyətində deyil. Dünən son turda "Zülte Varegem”i qonaq
etmiş Lyojlular növbəti dəfə bu komandanı məğlub yola salmışlar. Bu dəfə
çempionatın lideri kimi "Standard”ın üzərinə gələn "Zülte Varegem” Lyoj
səfərindən 1:0 məğlubiyyətlə ayrılmaq məcburiyyətində qalıb.
Belə
ki, sona artıq bir neçə tur qalmış lideri məğlub edən Mirça Rednikin komandası
xeyli əlverişli vəziyyət yaratmışdır. Bu oyuna qədər 40 xalı olan lider "Zülte
Varegem”, 35 xalı olan "Standard”I daha özündən uzaq saxlamaq niyyətindəydi.
Əgər onlar qələbə qazansaydılar 43 xalla liderlik mövqelərini daha da
möhkəmlədəcəkdilər. Amma göründüyü kimi dahi mütəxəssis, Mirça Rednik bir daha qələbə
qazanmaqla komandasının xal ehtiyatını 38 çatdırmaqla, indi cəmi ondan 2 xal
geri qalır. 39 xala malik "Anderlext” ikinci pillədə qərarlaşsa da, növbəti
qələbələr Redniki çempionluğa yaxınlaşdıracaq.
Aşağıda
həmin oyundan görüntüləri izləmək üçün linki təqdim edirik: http://www.youtube.com/watch?v=mJO2ihXqzyY&feature=youtu.be
|