Şərəfiniz
üçün vuruşun…
"Böyük Oyun”a
saatlar qalmış "Xəzər Lənkəran” komandasının daxilindən yeni məlumatlar əldə
etmişik. Məlumatda deyilir ki, futbolçuların oyun öncəsi əhval ruhiyyəsi yüksəkdir
və hamıda qələbə əzmi hiss olunur. Elə baş məşqçi Mirça Rednik də futbolçuları
ruhlandırıb, onların qələbə qazanmaq gücündə olduğunu bildirib. Rednikin futbolçulardan tələbi də olub. Beləki, bu gün
komandanın bütün üzvlərinə üzünü tutaraq Rumın mütəxəssis tarixi çıxışını edib:
"Bütün mövsüm boyu vuruşduq, çalışdıq, amma çempion
ola bilmədik. Mən bunun səbəblərini indi sizinlə bölüşmək istəmirəm. Bir azdan
başlayacaq "Neftçi” ilə matç da daxil olmaqla son iki oyunumuzda qələbə
qazanmağa borcluyuq. Biz bunu bacararıq. Biz bu mövsümü major notlarla bitirməliyik.
Sonda onu deyə bilrərəm ki, bu gün meydana çıxıb yenə də mübarizə apararaq
vuruşun, qələbə üçün, ən çətin gündə sizi dəstəkləyən o fədakar yalnız sevinməyə
layiq olan azarkeşləriniz üçün və nəhayət şərəfiniz üçün vuruşun !" Mənbə: "12cioyuncu.info”
|