Cümə Axşamı, 26/Dek/2024, 14:21
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Oktyabr 2012  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2012 » Oktyabr » 2 » Rednik “Xəzər Lənkəran”dakı problemlərdən danışdı
12:51
Rednik “Xəzər Lənkəran”dakı problemlərdən danışdı

    "Skarlatakeni komandaya gətirmək üçün uşaq kimi yalvarırdım”

            Mirça Rednik "Xəzər Lənkəran”dan ayrılandan sonra komanda özünə gələ bilmir. Rumıniyalı mütəxəssisin dönəmində olduqca iddialı görünən, çempionluğa oynayan cənublular hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Görəsən, qeyri-adi nə baş verib ki, "gəmiçilər”in başı üzərini qara buludlar alıb? Həqiqətənmi Yunis Hüseynov Rednik səviyyəsində bacarıqlı məşqçi deyil?

Bu suallara rumın mütəxəssislə söhbətdə aydınlıq gətirməyə çalışdıq: "Nə baş verdiyini məndən yox, klub rəhbərliyindən soruşun. Onlar daxildəki problemləri daha yaxşı bilməlidi. Açığı, Azərbaycan çempionatı ilə yaxından maraqlanmıram. Bu üzdən konkret nəsə deməyim düzgün olmaz. Bəzən sadiq azarkeşlər mənə "feysbuk”da yazır. Onlardan öyrənmişdim ki, vəziyyət ürəkaçan deyil. Ancaq sonuncu pillədə qərarlaşdıqlarını ilk dəfə sizdən eşidirəm. Səmimi deyirəm, bu xəbər məni pərişan etdi. Hər şey bir kənara, azarkeşlərin halına acıyıram. Onlar belə nəticələrə layiq deyil. İndiki məşqçini mənimlə müqayisə etməyinizi istəmirəm. Onu şəxsən tanımadığım üçün nəsə deyə bilmərəm”.

"Xəzər Lənkəran”dakı problemlər haqda bəndənizdən müəyyən məlumatlar əldə edən Rednikin ürəyi açıldı. Futbolçulardan, klub rəhbərliyinin özünə olan münasibətindən küskünlüyünü hiss etmək çətin deyildi: "Mən orda çalışanda bütün işləri peşəkar səviyyədə görürdüm. Ən incə məqama belə həssas yanaşmağa çalışırdım. Lakin mənə hörmətsizlik etdilər. Futbolçular haqqımda olub-olmayanı danışandan sonra işimdən kənarlaşdırıldım. Heç kimə heç nə demədən çantamı yığıb Lənkəranı tərk etdim Hanı "Rednik pis məşqçidi” deyən futbolçular? Niyə komandaya can yandırmırlar? Rednikin orda olması onlara sərf etmirdi. Çünki heç kim qaydalardan kənara çıxa bilməzdi, məşqdə onlardan daha çox əziyyət çəkməyi tələb edirdim. Futbolçuların sözünə qulaq asıb mənimlə vidalaşmağı qərara alan rəhbərliyi də anlamadım Skarlatakeni komandaya gətirmək üçün uşaq kimi yalvarırdım. Ancaq bu transfer mən gedən kimi baş tutdu. Adrian niyə mənim dönəmimdə alınmadı? Halbuki bu transferə eyni pul xərcləndi. Mən hər şeyi bilirəm. "Makkabi” ilə oyundan öncə meydana buraxmağa futbolçu tapmırdıq. Tez-tələsik bir neçəsini aldıq, bir ay keçməmiş onları qovdular.”

Yunis Hüseynovun köməkçilərinin istefaya göndərilməsi o demək deyil ki, gəncəli çalışdırıcı vəzifəsində qalacaq. Əldə etdiyimiz bilgiyə görə, Hüseynovu da eyni aqibət gözləyir. Sadəcə, hazırda rəhbərlik əcnəbi mütəxəssisin izinə düşüb. Onunla anlaşma əldə olunan kimi "Xəzər Lənkəran2da baş məşqçi dəyişikliyinin baş tutacağı inandırıcıdı. Rednikin "təklif olsa Lənkərana qayıdarsız?” sualına cavabı belə oldu: "Peşəkar məşqçiyəm, "Petrolul”la gələn ilin yayına kimi müqaviləm var. Həm də işlərimiz qaydasında gedir. Bu üzdən mənə böyük ümid bəsləyən klub rəhbərliyi ilə vidalaşmaq fikrində deyiləm. Gələcəkdə bəlkə də "Xəzər Lənkəran”a qayıdaram. İndi istəsəm belə baş tutan məsələ deyil”.

50 yaşlı mütəxəssisin diqqətinə "Neftçi”nin Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmasını çatdırdıqda məlum oldu ki, o, başverənlərdən xəbərdardı. Belədə niyə eyni uğuru "Xəzər Lənkəran”ın qazana bilməməsini aydınlaşdırmağa çalışdıq: "”Neftçi”nin tarixi uğuru məni heç də şoka salmadı. Belə olacağını hardasa gözləyirdim. Rumıniyadakı dostlarıma sübut etdim ki, son illər Azərbaycanda futbola xüsusi diqqət ayrılır, böyük pullar yatırılır, bahalı transferlər gerçəkləşdirilir. Bu, gec-tez nəticə verməliydi. Qrupa niyə "Neftçi” vəsiqə qazanır, "Xəzər Lənkəran” yox? Çünki onlar bütün işləri ardıcıllıqla görür, tez-tez dəyişiklik etmirlər. "Xəzər Lənkəran”da idarəetmə ilə bağlı problemlər var. Prezident komandaya can yandırır, ideal baza və sadiq azarkeşlər var. Sadəcə, rəhbərlikdə bəzi dəyişikliklər edilməlidi. Və ən önəmlisi, bəzi şəxslərin futbola baxışı dəyişməlidi”.

Həbib

Mənbə: "Futbol+” qəzeti (02-03 oktyabr 2012)

Bütün "Xəzər Lənkəran” azarkeşlərinə və futbol ictimaiyyətinə çatdırmaq üçün sayt materialı kimi "Bosman.at.ua” hazırladı   

Views: 473 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz