Cümə, 26/Apr/2024, 19:55
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Avqust 2012  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2012 » Avqust » 10 » Ramin Musayev: Bizdən 1 dəqiqəyə 800 manat istədilər – MÜSAHİBƏ
11:02
Ramin Musayev: Bizdən 1 dəqiqəyə 800 manat istədilər – MÜSAHİBƏ

            İki gün əvvəl "Bosman” fanklubu olaraq, futbol üzrə XXI ölkə çempionatının təşkili və matçların teleyayımı məsələsi ilə bağlı bir çox nüanslara "Kölgə” adlı yazımızla toxunmuşduq. Bütün qabardılan problemlərdə sponsorlar, teleşirkətlər və xüsusən də çempionatın təşkili və keçirilməsində məsul olan PFL-in (Peşəkar Futbol Liqası) daha çox günahının olduğunu göstərmişdik. Həmçinin Azərbaycan futbolunun, göstərilən tərəflərin iddialarının yaratdığı bir üçbucağın kölgəsində qaldığını göstərmişdik. "Kölgə" yazısından  bir gün keçməmiş PFL prezidenti Ramin Musayev dərhal burada qaldırılan məsələlərə münasibət bildirib. Ölkədə XXI futbol mövsümü başlasa da hələ heç bir təşkilati işlərin təqdimatı və çempionatın açılışı ilə bağlı rəsmi mərasimin (mərasimlərin) olmaması, bu və açılış matçlarının televiziyalar ilə təqdim olunmaması tənqid olunmuşdu. PFL-in prezidentinin məhz bütün bunlara aydınlıq gətirən və ölkənin aparıcı idman saytlarından olan "Apasport.az” saytına müsahibəsi sanki bu məsuliyyətin dərk edilməsinin göstəricisidir. Düzdür PFL prezidenti məsuliyyətin əsasən sponsorlar və telekanallarla bağlı olmasını qabardıb. Amma biz hesab edirik ki, bu məsələdə ölkədə futbolun inkişafına və kütləviləşməsinə əsas cavabdehlərdən biri olan da elə AFFA və onun nəzdindəki PFL-dir. 

            Bununla da bir fanklub olaraq, tək stadionda qışqırmaqla deyil, ölkə idmanına çoxşaxəli xidmətin nümunəsini göstərmiş olduq. Təbii ki, bununla işin bitdiyini düşünmürük. Məsələlə\r tam real həllini tapana qədər bu mövzunu gündəmdə saxlayacağıq. Ümidvar olduğumuzu bildirmək istərdik ki, qaldırılan məsələlər daha tez zamanda həllini tapacaq və azarkeşlərimiz futboldan məhrum olmayacaqlar.

"Bosman” fanklubu

 

İndi də PFL prezidenti Ramin Musayevin qaldırılan məsələlərlə bağlı "Apasport.az” saytına müsahibəsini təqdim edirik.   

 

- 3 ildir Premyer Liqanın sponsoru olan "Unibank”la əməkdaşlığa son qoyuldu. Hazırda vəziyyət necədir?

 - Onu deyə bilərəm ki, danışılıb, zəng gözləyirəm.

 

- Təfərrüatları barədə geniş danışmağınız mümkündür?

 - Artıq danışmışıq. Həmin insanlar qəti qərar vermək üçün rəhbərləri ilə görüşməyə gediblər.

 

- Deməli, hələ rəsmiləşməyib...

 - Rəsmiləşməyi qalıb.

 

- Yeni sponsorun adını deyə bilərsiniz?

 - Həll olunsun sonra. Yeni sponsorun kim, hansı sahədə fəaliyyət göstərdiyi haqda hələ heç nə deyə bilmərəm. Məsələyə yaxın vaxtda aydınlıq gələr.

 

- "Unibank” kimi, yeni sponsorla da 3 il müddətinə anlaşma nəzərdə tutulub?

 - Bəli.

 

- Bəs razılaşmanın şərtlərində hansısa fərqlər varmı?

 - Fərqlər, üstünlüklər var. Qoy razılaşma olsun, sonra açıqlayım.

 

- Premyer Liqanın emblemi necə olacaq?

 - Bunu yeni sponsorla birlikdə hazırlayacağıq.

 

- Həmin qurum həm də Azərbaycan kubokuna sponsorluq edəcək?

 - İstəmədilər, amma başqa təşkilatla maraqlanırıq.

 

- Ölkə kubokunun startına 1 aydan çox vaxt var. Həmin müddətə kimi bu məsələyə aydınlıq gələcək?

 - İstərdik ki, həmin vaxta kimi olsun. Ancaq bu, bizim istəməyimizlə, bizdən asılı deyil.

 

- Sentyabrın 22-dən oktyabrın 13-dək ölkəmizdə 17 yaşadək qızlar arasında dünya çempionatının oyunları keçiriləcək ki, bu səbəbdən Bakıda sıxlıq olacaq. Həmin vaxt paytaxtımızda oyunlar keçirmək mümkün olacaq?

 - Bəli. Hansı stadionların dünya çempionatına aidiyyatı yoxdursa, orada çempionat oyunları olacaq.

 

- Belə çıxır ki, dünya çempionatı olacaq stadionlarda ev oyunlarını keçirən Bakı klubları özlərinə başqa arena axtarmalıdırlar...

 - Onlara kömək edəcəyik.

 

- Optimal variant necədir?

 - Optimal variant odur ki, həmin komandalara kömək eləməliyik və xüsusilə, oyunlara yer tapmalıyıq. Layihəmizdə belə bir şey var ki, Qəbələ rayonunun stadionlarından istifadə edək. Çünki orda oyunlar keçirməyə imkan var və bundan istifadə etməyə çalışacağıq.

 

- Zaqatala və Yevlax stadionlarından da istifadə nəzərdə tutulub?

 - Bunu da reallaşdırmaq olar. Hava şəraitinə baxarıq. Nə lazım olacaqsa, onu da edəcəyik.

 

- Bəs teleyayım? İlk turda heç bir oyun canlı efirə getmədi...

 - İnşallah, bir şey alınmalıdır. Çünki televiziyalarımız yəqin bir qərara gəlməlidirlər. Əgər bu ölkənin çörəyini yeyib, suyunu içib, havasını udurlarsa, bunu etməlidirlər. Bu futbol tək bizim üçün deyil. Məqsədimiz odur ki, komandalarımıza kömək edək. Burda bəzi şeylər var ki, açıqlamaq olmur. Onu siz də bilirsiniz.

 

- Məsələnin həllinin yubanması maddi məsələlərdə razılığa gələ bilməməklə bağlıdır? Bəlkə televiziyalar istədiyiniz pulu ödəmək istəmirlər?

 - Bəli, televiziyalar pul vermək istəmirlər.

 

- PFL ilkin məbləğ kimi bir mövsümə 500 min manat qiymət qoysa da, siz qiymətdə güzəşt olunacağına işarə vurmuşdunuz. Nə qədər güzəşt etmisiniz ki, televiziyalar bu məbləğə də yaxın durmurlar?

 - Danışığa gələn olur, ancaq konkret işləmək istəyən görməmişik.

 

- "İdman Azərbaycan” və "Xəzər TV” rəhbərliyi ilə görüşdünüz. Onlar yenə çempionatı yayımlamaqda maraqlı olmadılar?

 - "İdman Azərbaycan” yayım hüququnu əldə etməyə daha çox maraq göstərdi. Ancaq sonda alınmadı.

 

- Əgər belədirsə, məsələ necə müsbət həll oluna bilər?

 - Yəqin ki, onlar razılığa gəlməlidir, biz yox.

 

- İş ondadır ki, vaxt gedir, turlar bir-birini əvəzləyir və oyunları izləmək mümkün olmayacaq...

 - Çempionata baxmaq istəyənlər ən azından bizim saytda oyunları izləyə biləcəklər.

 

- Bu, ilk turda mümkün olmamışdı. Problemin texniki tərəfi həllini tapıb?

 - Bəli, artıq izləmək mümkün olacaq.

 

- Bəs televiziyada?

 - Maraqlanmalıdır. Televiziyalar oyunları pulsuz yayımlamaq istəyirlər.

 

- Sizcə, vəziyyətdən çıxış yolu nədir?

 - Elə düşünürəm ki, televiziya şirkətlərinin rəhbərləri klub prezidentlərinin, sponsorların ümumi dövlət, respublika, idman naminə pul xərclədiyini fikirləşməlidirlər. Klublar oyunçular alırlar, futbolun inkişafı üçün şərait yaradırlar. Ancaq televiziyalar bunun qarşılığında qonşu ölkələrdən bir örnək götürməlidirlər və bəzi qeyri-qanuni hərəkətlərə yol verməməlidirlər, vəssalam.

 

- Aydın məsələdir ki, qeyri-qanuni hərəkət deyəndə, televiziyaların yayıma görə klublardan pul istəməsi nəzərdə tutulur...

 - Bəli. Əfsuslar olsun ki, klub rəhbərləri hamısı gizləyir. Ancaq belə olmamalıdır. Klub var ki, imkanı yoxdur. Klub da var imkanı çoxdur. İmkanı olan nəyinsə xatirinə məcbur olmadan nəyisə edir. Bəs imkanı zəif olan nə eləməlidir? O da pulu hardansa tapmalıdır. Biz də belə olmasın deyə tələb edirik ki, yayıma görə televiziyalar pul ödəməlidir. Gəl, pulunu ver, oyunları göstər. Azərbaycanda əvvəl-axır bu addım atılmalıdır. İndi bu addımı atmışıq və buna axıra kimi getməyə çalışırıq ki, klublara yük düşməsin. Televiziya tərəfindən futbola diqqət ayrılsın. İnşallah, bunun alınacağına inanıram.

 

- Belə çıxır ki, xəbərlər, idman, futbol proqramları üçün oyunları çəkməyə gedən televiziyalar da bu imkana malik olmayacaqlar?

 - Olmayacaqlar. Siz də bir azarkeşsiniz. Oyunları göstərməyə razı olma, ancaq gəl, 5 dəqiqə çək, get göstər. Niyə? Niyə telekanallar vurulan qolları göstərib, özlərinə reytinq yığmalıdır, ancaq futbola diqqət ayırmamalıdır? Kubokun finalından öncə telekanalların birində reklam verməyi xahiş eləmişdik, 1 dəqiqəyə minimum 800 manat pul istədilər. Bəs mən niyə 5 dəqiqəlik oyunu onlara havayı verim? Yəni futbol belə ucuzdur?

 

Mehman SÜLEYMANOV


Views: 705 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz