Bildiyiniz
kimi bu gün Azərbaycanın əfsanəvi futbolçusu Anatoli Banişevskinin doğumunun 65
illik yubileyidir. Bu barədə əvvəlki yazımızda tanış olmusunuz. Həm də onunla
tanış olmusunuz ki, bu münasibətlə əlaqədar olaraq "Xəzər Lənkəran” azarkeşlərinin
bir hissəsi olan "12-ci oyunçu” azarkeş qrupu və "Bosman” fanklubu xüsusi təbrik
məktubu hazırlayaraq "Neftçi” klubunun rəhbərliyini və azarkeşlərini təbrik etmək
üçün "Neftçi” klubunun bazasında olmuşlar.
Burada
hər iki fanat qurumunu fanklubumuzun rəhbəri Mirhafiz Babayev təmsil etmişdir.
Rəqib düşərgədə olan fanklubumuzun rəhbərinin söylədiklərinə görə burada onu
çox mehriban qarşılamışlar. Mirhafiz bəyi "Neftçi” klubunun bazası , muzeyi və
məşq meydançalarının şəraiti ilə xüsusi olaraq tanış etmişlər. Klubun bir sıra
rəhbər işçiləri bu münasibətdən çox razı qaldıqlarını dəfələrlə qeyd etmiş və
bu təşəbbüsə görə həm "12ci oyunçu” azarkeş qrupuna həm də "Bosman” fanklubuna
təşəkkür etdiklərini bildirmişlər.
Məktubu
klubun vitse-prezidentinə təqdim edən Mirhafiz bəy, Tahir Süleymanovun ayağa
qalxaraq məktubu qəbul etməsi və uca səslə görüş iştirakçılarına oxumasını
xüsusi olaraq qeyd etmişdir. Bir saata qədər davam edən görüşdə Tahir bəy
bundan çox məmnun olduqlarını belə ifadə etmişdir: - "Mənə bildirəndə ki "Xəzər
Lənkəran” azarkeşləri tərəfindən belə bir təşəbbüs var, onda elə bil dünyanı mənə
bağışladılar.”
Sonra
hər iki klubun azarkeşlərinin düz yolda olduğunu görüş iştirakçılarının hər iki
tərəfi qeyd etmişdir. Azərbaycan futbolunun inkişafı və əminamanlığı naminə
atılan belə addımlar hər iki tərəfdən yüksək qiymətləndirilmişdir. 90 dəqiqə əndazədən
çıxmamaq şərti ilə rəqibliyin daha məqsədəuyğun olduğunu hər iki tərəf bəyəndiyini
söyləmişlər.
Xüsusi
çərçivədə təqdim olunan təbrik məktubunu Tahir Süleymanov əvvəlcə stolunun baş
tərəfində qoysa da sonradan onu daha yüksəkdə qoyduğu "Neftçi”nin loqosu təsvir
olunmuş xüsusi taxta çərçivəyə bərkidilmiş kiçik ölçülü xalçasının” yerinə
qoyaraq, həmin kiçik ölçülü xalçanı "biz qonağımızı əliboş qaytarmırıq deyə
Mirhafiz bəyə təqdim etmişdir.
Daha sonra "Neftçi” klubunun saytı üçün müxtəlif
xatirə şəkilləri çəkdirilmiş və Mihafiz bəydən müsahibə alınmışdır. Qeyd: Həm görüşün alımasında xüsusi rolu olan və həm də görüşdəki maraqlı çıxışına görə "Flaqman" fanklubunun rəhbəri Ceyhun Bədəlzadəyə və Səbuhi bəyə təşəkkür edirik.
|