Ölkə kubokunun ¼ final mərhələsinin ilk oyununun
vaxtı və oyunu idarə edəcək hakimlər briqadası məlum olub.
Belə ki, görüş Quzanlı Qəsəbə Olimpiya
idman kompleksinin stadionunda 07.03.2010 tarixində saat 14.15 keçiriləcək.
Matçı idarə edəcək baş hakim Elçin
Məmmədova Azər Əsgərov, Mübariz Haşımov və Rövşən Əhmədov kömək edəcəklər.
Onu da bildirək ki, səbirsizliklə
gözlədiyimiz bu matçı AzTV canlı yayımlayacaq. Komandamıza uğurlar arzulayırıq.
Mingəçevir ş.-də məskunlaşan klubumuz, oyun günü
birbaşa Ağdamın Quzanlı qəsəbəsinə yola düşəcək. Klubdan bu gün aldığımız
məlumata görə əhval-ruhiyyə yüksəkdir və hamı yalnız qələbə haqqında düşünür.
K.Ağayev, D.Souza zədə səbəbindən oyuna çıxa bilməyəcək.