"Bosman”
fanklubunun əldə etdiyi informasiyaya görə, "Xəzər Lənkəran”ın və millinin əsas
qapıçısı K.Ağayev 03.03.2010-cu il tarixində Lüksemburqla yoldaşlıq oyununda
dizindən aldığı zədəyə görə 15 gün yaşıl meydanlara çıxa bilməyəcək. Bunu millinin
və klubumuzun həkimləri təsdiq etmişlər
Belədə Azərbaycan kubokunu ¼ final
mərhələsinin "Qarabağ”la keçiriləcək hər 2 oyununu K.Ağayev buraxmış olacaq.
Sabah, oyun öncəsi məşqlərini davam
etdirmək üçün Mingəçevirə yola düşəcək komandamızın baş məşqçisi Ağasəlim
Mircavadov "Qarabağ”la oyunda yalnız qələbə haqqında düşündüklərini deyib.
"Qarabağ” Azərbaycanın güclü
klublarındandır və hesab edirəm ki, oyun çətin,gərgin və maraqlı alınacaq.
Baxmayaraq ki, cavab oyununu doğma meydanda keçirəcəyik, biz elə ilk matçda rəqib
meydanında qələbə qazanmaq istəyirik, inşallah buna nail olacağıq. "Xəzər
Lənkəran” Quzanlıya yalnız qələbə ardınca gedir”
|