Cümə, 27/Dek/2024, 02:15
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  May 2010  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 2
Qonaqlar: 2
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2010 » May » 9 » “Qarabağ” 2–1 “Xəzər Lənkəran”
22:12
“Qarabağ” 2–1 “Xəzər Lənkəran”

                                               

                                

                 Bəli, 31-ci tur çərçivəsində keçirilən oyunların nəticəsindən asılı olaraq "Xəzər Lənkəran” bu gün çempionluğu bayram edə bilərdi. 2009/10 mövsümünün çempionu olmaq şansı 2 amildən asılı idi. Bunlardan biri komandamızın öz əlində, digər amil isə "Bakı” – "İnter” oyununun nəticəsindən asili idi. Turnir cədvəlində 27 xalla zirvədə qərarlaşan "Xəzər Lənkəran” "Qarabağ” üzərində çətin səfər qələbəsi qazansaydı, xallarının sayını 30-a çatdıracaqdı. 2ci yerdə qərarlaşan "İnter”-in 25 xala, 3cü yerdə qərarlaşan "Bakı” klubu isə 24 xala malik idilər. Bu komandaların bu tur öz aralarındakı oyun heç-heçə bitəcəyi təqdirdə "İnter” xallarını 26-ya, "Bakı” isə 25-ə çatdıracaqdı.           Sonuncu turda bu komandaların hər ikisi qələbə qazanacağı təqdirdə, "İnter” 29, "Bakı” isə 28 xalla mövsümü bitirəcəkdiki, bu da 1 tur əvvəl 30 xal toplamış "Xəzər Lənkəran”a çatmağa bəs etməyəcəkdi, deməli "Xəzər Lənkəran”-ın bir tur əvvəl çempion olması həm özündən asılı idi, həm də "Bakı” – "İnter” oyununun dediyimiz nəticəsindən.             "Xəzər Lənkəran” dan asılı olmayan səbəb arzuladığımız kimi bitsə də, özümüzdən asılı olan məsələni həll edə bilmədik. Çox təəssüf. Lakin "Xəzər Lənkəran”-dan asılı olmayan səbəbin, yəni, "Bakı” – "İnter” oyununun daha bir arzu olunmaz nəticəsi də ola bilərdi. Əgər bu oyunda "İnter” qələbə çalsaydı, xallarını 28-ə çatdırıb, növbəti oyunda da "Qəbələ” üzərində qələbə şansını yəqin ki qaçırmayacaqdı və 31 xalla çempionatı qalib kimi bitirəcəkdi. Onda "Xəzər Lənkəran”-ın həmin turdakı qələbəsi komandamıza 30 xal qazandırsaydı belə, komandamız çempion ola bilməyəcəkdi və "Qəbələ”-nin Bakıda "İnter”-i büdrətməsinə göz dikəcəkdi. Bu da çox müşkül məsələ olacaqdı. 

                  Indi, Allahdan yenə şans öz əlimizdə qaldı. Sonuncu tur "Bakı” ilə evdə qarşılaşırıq və qələbə qazanacağımız təqdirdə yenə çempion bizik. Bu şansı da əldən qaçırsaq nə doğma divarlar, nə doğma azarkeşlər, nə də tale bizi bağışlamaz.

                  Qaldı, bu günkü oyunu məğlub bitirməyimizə, burda da bir neçə səbəbi göstərməliyik.

               Birincisi, hər şeyin əldən gedə biləcəyi ehtimalı real idi deyə ilk olaraq matçı heç-heçəyə qurub, yeri düşdükcə top vurub qələbə qazanmaq taktikası olmalı idi.

                Hələ belə hallarda hakimlərin əleyhimizə gördüyü "işləri” də nəzərə alsaq, fikrimiz böyük ölçüdə özünü doğruldur (əslində bu belə də oldu). 

                 Lakin çox şükür ki, hakimlər elə ciddi səhvlərə yol vermədilər. Bircə itirilmiş vaxtlara görə cəmi 3 dəqiqə əlavə edilməsini misal cəkə bilərik. Cünki "Xəzər Lənkəran” xüsusilə ikinci hissədə "Qarabağ”dan açıq-aşkar üstun oyun nümayiş etdirdi və top da vurdu. "Qarabağ” fiziki cəhətdən də bizə uduzurdu deyə tez-tez yerə uzanmaqla, oyunun vaxtını yeməklə məşğul idi. Bu gün "Xəzər Lənkəran” həm oyun baxımından, həm də fiziki cəhətdən "Qarabağ”dan üstün idi. Lakin, birinci hissədə erkən buraxılan qollar öz sözünü dedi. Amma ikinci hissədə isə "Xəzər Lənkəran”-ı oynamağa qoymadılar. Bunlardan "Qarabağ”-ın bəzi oyunçuları, xüsusən E.İmaməliyev yerdə uzanmaqla nə kişiyə, nə də futbolçuya yaraşmayan hərəkətlərlə oyunun vaxtını "yeməyə" və sonda ən "sakit əsəblərə" malik olan D. Souzaya kart göstərilməsinə belə nail oldu. Hakimi də belə hərəkətlərinə görə E.İmaməliyevə bir növ göz yummaqla şərait yaratması oldu. 

                   İkincisi, birinci hissədə "Xəzər Lənkəran” heç də zəif oynamasa da, R.Sadıqovun kişi kimi komandasının vurduğu hər iki qolda öz sözünü dedi. Lakin 2-ci hissədə qızmış "Xəzər Lənkəran”-a qeyri kişi hərəkətləri ilə və s. mane olan E.İmaməliyev öz işini görmüş oldu.                   Azərbaycan millisinin üzvü kimi, azərbaycanlı kişiyə yaraşmayan E.İmaməliyev və bügünki hərəkətləri.., nə isə inşallah "Xəzər Lənkəran” gələn tur çempionluğunu rəsmiləşdirəcək. Kişi kimi. Onda E.İmaməliyev öz qeyri-kişi hərəkətlərindən utanacaq, əgər utana bilirsə!? 

                  Üçüncüsü,  İdman Azərbaycan telekanalının bu oyunu aparan şərhçisi ilə bağlıdır. Səhv etmiriksə, bu "oğlan" Rəşad Rafiqoğlu idi. Oyunun əvvəlindən "Xəzər Lənkəran” təşəbbüsü əlində saxlamasına baxmayaraq, "Qarabağ”ın ilk uzaqdan vurduğu bir qoldan sonra, "”Qarabağ” bütün komponentlərdə "Xəzər Lənkəran”-ı üstələyir” deyə tez-tez sevinclə qeyd etməyə başladı. "Qarabağ”ın ikinci qolu vurduğu an isə, QOOOOOOOOOOOOOL!... qışqırtısı sanki, dunya çempionatının finalında Azərbaycan Braziliyaya qələbə qolu vurmuşdu kimi qışqırması oldu. 

                   "Xəzər Lənkəran”ın vurduğu qol zamanı isə pərt şəkildə "Xəzər Lənkəran” hesab arasınakı fərqi azaltdı dedi. Bu pərtliyin içində bir qorxu da hiss olunurdu. Çünki həmin dəqiqələrdə "Xəzər Lənkəran” çox gözəl oyun numayiş etdirirdi və daha da qollar vurmaq təşəbbüsü aydın görünürdü. Və Rafiqoğlunun bütün ümidləri sanki puç olacaqdı. Sonda isə artıq oyunun bu hesabla bitəcəyini görən Rafiqoğlu "Xəzər Lənkəran”ın qolunu uzaqdan təsadüfi alınan bir qol kimi qiymətləndirməsi oldu. Buna da eybi yox deyirik. Çünki ondan qabaq da belə aparıcılar olmuşdur. Və indi haradadırlar?! 

                  Gələn tur "Xəzər Lənkəran” çempionluğunu rəsmiləşdirər və onda R.Rafiqoğlu özünəməxsus şəkildə daha da bərkdən gözlərini çırpa-çırpa qalar! Bununla da, inşaallah "Xəzər Lənkəran" sevməyənlərdən əsl qisas alar!  

Views: 579 | Added by: CSGA | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz