Qəbələ səfərlərini bir qayda olaraq, "Xəzər
Lənkəran” üçün uğurlu saymaq olar. Komandamız elə ilk və hələlik yeganə
çempionluğunu da 2006/2007 mövsümünün son turunda Qəbələ şəhərində yerli
komanda üzərində 3:0 lıq qalibiyyəti ilə qeyd etdi. Həmin matç, 17:00 –da start
götürmüşdü, oyunun lap sonlarına yaxın Lənkəranlı azarkeşlərin "18:45 –XƏZƏR ÇEMPİON!”
şüarını səsləndirməsi indi də gözümüzün önünə gəlir, qulaqlarımızda cingildəyir.
Sabah baş tutacaq "Qəbələ” – "Xəzər Lənkəran”
matçında da komandamıza layiqli qələbə arzulayırıq. Sona beş tur qalmış bizə daha
bir çempionluq yolunda xal itirmək olmaz. Yalnız və yalnız qələbələr bizi qızıl
medallara qovuşdura bilər. "Bakı” ilə uğursuz oyun və nəticəni yaddan çıxarıb yalnız
qələbə düşünürük. Biz bunu bacaracaq gücdəyik.
Unutmaq olmaz ki, "Qəbələ” əvvəlki illərə nisbətən
xeyli güclənmişdir. Ona görə də məsuliyyətimiz ikiqat artıq olmalıdır. Rəqiblərin ayaq səsləri arxada çox yaxından hiss edilir, Haydı "Xəzər Lənkəran!"
|