Hamımızın
bildiyi kimi 2010/2011 mövsümündə futbol üzrə Azərbaycan birinciliyində 12
komanda mübarizə aparır. Bu komandalarda müxtəlif yaşlarda futbolçular yer
alır. Çempionatda iştirak edən ən yaşlı futbolçu 37 yaş həddindədir. Bu yaş həddində
iki futbolçu çıxış edir ki, bunlardan biri "Bakı” klubuna məxsus yarımmüdafiəçi
Mahmud Qurbanov, digəri isə "Qarabağ”ın yarımmüdafiəçisi Aslan Kərimovdur. Hər
iki futbolçu 1973-cü il doğumludur. Amma ay fərqi ilə götürsək Mahmud Qurbanov 10.05.1973-cü,
Aslan Kərimov isə 01.01.1973-cü il təvəllüdlüdür. Deməli buradan da göründüyü
kimi Çempionatımızın ən yaşlı futbolçusu, "Qarabağ”ın yarımmüdafiəçisi olan Aslan
Kərimovdur.
Çempionatımızda
iştirak edən ən gənc futbolçu isə yaşlılardan düz 20 il kiçik olmaqla, 17 yaşa
malikdirlər. Bunlar "Bakı”nın gənc yarımmüdafiəçisi Hacı Əhmədov, "Xəzər Lənkəran”ın
gənc qapıçısı Orxan Sadıqlı və "MOİK”in gənc hücumçusu Nuran Qurbanovdur. Bu 17
yaşlı gənc futbolçularımızın doğum tarixinə nəzər saldıqda isə ay fərqinə görə çempionatımızda
çıxış edən ən gənc futbolçu "Bakı” klubunun yarımmüdafiəçisi Hacı Əhmədovdur
(23.11.1993).
Beləliklə,
Premyer Liqamızda çıxış edən ən yaşlı və ən gənc futbolçular maraqlıdır ki, hər
ikisi yarımmüdafiəçi olmaqla legioner deyil, Azərbaycan doğumlu Azərbaycan vətəndaşlarıdırlar.
Ümumiyyətlə,
Premyer Liqamızda çıxış edən 12
komandanın orta yaş həddini araşdırdığımız zaman burada orta yaş həddi 29 olan "ən
yaşlı komanda”nın "Gəncə olduğunu görürük. "Ən gənc komanda” isə orta yaş həddi
24 olmaqla üç kluba məxsusdur. Bunlar Tovuzun "Turan” komandası, Bakını təmsil
edən "MOİK” və Zaqatala təmsilçisi olan "Simurq”dur. Aşağıda Premyer Liqamızda
çıxış edən 12 komandanın orta yaş həddi üzrə, öz araşdırmamızın nəticəsi olan cədvəli
təqdim edirik. Aşağıda təqdim olunan cədvəldən də göründüyü kimi Premyer liqamızın orta yaş həddi 26,3 yaş olmaqla 26 yaşdan bir qədər artıqdır.
Klub
Orta yaş həddi Bütün Futbolçular
1. "Gəncə” 29 26
2.”Xəzər Lənkəran” 28 25
3. "İnter” 28 26
4. "Bakı” 27 27
5. "Qəbələ” 27 28
6. "AZAL” 27 23
7. "Muğan” 27 23
8. "Qarabağ” 26 27
9. "Neftçi” 25 27
10. "Turan” 24
27
11. "Simurq” 24 26
12. "MOİK” 24 22
Qeyd: "Bütün Futbolçular” bölməsi hər klubun 2010/2011 mövsümü üçün PFL-ə
təqdim etdiyi iştirak ərizələrində göstərilən futbolçuların sayını göstərir. Elə
araşdırma da klubların cari mövsüm üçün PFL-ə təqdim etdiyi iştirak ərizələrinə
əsasən, "Bosman” fanklubu tərəfindən aparılıb. Görəsən, qış transfer dönəmindən
sonra klublar arasında orta yaş həddi necə dəyişəcək? "Ən yaşlı” və "Ən gənc” klub yerini kimə verəcək?
|