Cümə, 26/Apr/2024, 23:02
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  May 2010  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2010 » May » 24 » Penalti seriyası olmayan və heç-heçə bitən final matçı və ya "Fair Play Bakı"
13:43
Penalti seriyası olmayan və heç-heçə bitən final matçı və ya "Fair Play Bakı"





     Penalti seriyası olmayan və heç-heçə bitən final matçı və
ya "Fair Play Bakı”

 

18-ci
Azərbaycan kubokunun finalı, 23 may 2010-cu il saat 20:00, Bakı şəhəri T.
Bəhramov adına stadion, "Bakı” – "Xəzər Lənkəran”.

 

            T.Bəhramov adına stadiona çoxdan idi ki,
sayı iyirmi mindən artıq azarkeş toplanmırdı. Bu qədər azarkeş bu final matçını
canlı olaraq izləməyə, bir final zövqü yaşamağa toplaşmışdılar. Hər iki klubun
azarkeşləri həm futbol, həm şou konsert, həm uduşlu lotoreya keçiriləcək bir
gündə daha başqa bir şeyin antifutbol qaydasının şahidi oldular ki, bu barədə
bir qədər sonra...

Matçın başlama saatına iki saatdan da çox
qalmasına baxmayaraq azarkeşlər tribunalarda öz yerlərini tutmağa başlamışdı.
Müxtəlif şou proqramları izlədikcə matçın başlama saatı yaxınlaşır və
azarkeşlərimizdə həyəcan getdikcə artırdı . Bunu hər hansı azarkeş
reaksiyalarından hiss etmək o qədər də çətin deyildi.

            Nəhayət, futbolçular isinmə
hərəkətləri edib, yenidən meydana matça başlamaq üçün çıxdılar və həyəcanla
gözlədiyimiz start fiti səsləndi. İnsafən, hər iki komanda oyuna ciddi
hazırlaşdıqlarını ilk dəqiqələrdən hiss etdirməyə başladı. Qarşılıqlı hücumlar
təşkil olunur, erkən qol vurmaq istəyi hər iki komandada hiss olunurdu. "Xəzər
Lənkəran” son 32-ci turda evdə "Bakı”ya 
0:1 hesabıyla məğlub olaraq çempionluğun əldən verləsinin əvəzini çıxmaq
üçün özünü sübut etmək istəyirdisə, "Bakı” həmin qələbənin təsadüfi olmadığının
sübutuna çalışırdı. Matç çox gərginliklə davam edirdi. Nəhayət komandamız kubok
oyununa məxsus həyəcanı üzərindən atdıqca, oyunda təşəbbüsü ələ almağı bacardı.
Hərdən gözəl kombinasiyalar qurub, lakin bunu qolla tamamlaya bilmirdi. Bu
dəqiqələrdə azarkeşlərimiz daha da canlanıb komandamızı ruhlandıraraq, qol
vurmağa səsləyirdi. Hamı belə davam edəcəksə, "Xəzər Lənkəran”ın tezliklə qol
vurub sonda qalib gələcəyinə inanırdı. Lakin, "Xəzər Lənkəran” lazım olan qolu
vura bilmirdi. Komandamızın əksər hücumları tək Emeka Opara üzərində qurması yanlış
idi. Çünki ona gələn toplar birbaşa rəqib müdafiəçilərlə mübarizə anları kimi
yadda qaldı. Əlbəttə belə olduğu halda bir neçə rəqib əhatəsindən sıyrılıb qol
vurmaq heç də asan məsələ deyil. Futbolçularımızın boş zonalar üzrə açılmaması
təəssüfdoğurucu hal olsa da, bəzən Allan Lalinin sağ cinahda boş zona seçərək
digər oyunçular tərəfindən ötürmə ilə təmin edilməməsi, deməli onun boş mövqedə
olmasını digər oyunçuların görməməsi daha çox təəssüf doğurmaya bilməz.
Ümumiyyətlə yerlə qısa ötürmələr zamanı effektli oyunun alınmasına baxmayaraq,
bundan çox az hallarda istifadə olunması və hücumların sonluğunu rəqib
əhatəsində olan E.Opara üzərində qurulması məntiqi sonluğa çata bilməməyimizə
səbəb olurdu. Halbuki, yerlə qısa ötürmə ilə oyun praktikasına və bunu yaxşı
bacaran futbolçulara malk "Xəzər Lənkəran” belə oyunla dəfələrə rəqiblərinii
məğlub etməyi bacarıb.

            Hər iki hissədə əzmkarlıq nümayiş
etdirən tərəflər heç biri hesabı aça bilməyincə, qalibin məlum olması üçün
növbəti mərhələ olan uzatma dəqiqələrinə keçid aldıq. Elə nə oldusa bu uzatma
dəqiqələri başladıqdan sonra baş verdi. Hər iki hissə ərzində bir neçə dəfə
oyunçu zədələnmələri zamanı qarşı tərəflər bir birinə "Fair Play” qaydalarına
uyğun davrranmışdılarsa, bu dəfə "Bakı” bu qaydanı pozaraq hesabı açdı.

            Rəqib oyuinçunun zədələndiyini görən
futbolçularımız topu saxladı. Sonra həmin oyun dayanan nöqtədə hakim mübahisəli
top kimi oyunu davam etdirincə, "Fair Play” qaydalarına əsasən mübahisəli topa
toxunan "Bakı”nın futbolçusu müxtəlif formada yəni topu auta çıxarmaaqla və ya
biz tərəfə boş zonaya atmaqla, öz centlmenliyini göstərməli olduğu halda topu
boş qalmış qapıya göndərdi.

            Bütün düyada qəbul olunan,
stadionları bəzəyən "Fair Play” plakatları olduğu halda, "Bakı”nın futbolçuları
bu şüarı tanımadıqlarını bir daha  bu
oyunu centlmencə oynaya bilmədiklərini bir daha sübut etdilər. Bir daha ona
görə deyirik ki, onlar elə "Xəzər Lənkəran”la oyunda dəfələrlə heç heçəyə nail
olmaq üçün dəqiqələrlə heç bir səbəb olmadan yerə uzanmaları çoxlarının
yadından yəqin ki, çımayıb. Bir müddət əvvəl İmanxan Sultaninin idarə etdiyi
Lənkərandakı oyunda təkcə belə səbəbsiz yerə uzanmalarla matçın 18 dəqiqəsini
"yediklərini” və hakimin bu itirilmiş dəqiqələri nəzərə almayıb, oyuna vaxt
əlavə etmədən matçı bitirməsini yaddaşlardan yəqin ki, silinməyib. Hələ buraya
"Məşhur Sissoko Oyunbazlıqlarını” əlavə etsək hər şey göz önünə gəlir.

            Bu oyundakı epizodla bağlı isə bir
maraqlı məqamı qeyd etməliyik. Bir sıra rəsmilər burda heç bir, hətta "Fair
Play” qayda pozuntusunun olmadığını demişlər və hakimin qolu düzgün olaraq
qeydə aldığını bildirmişlər.

            Biz də öz növbəmizdə hakimin qolu
qeydə almasına etiraz etmirik. Burda əlbəttə hakimlik bir şey yoxdur. Hakimlər
komitəsinin sədri Xaqani Məmmədovun burda hakimin səhvi olmadığını sübut etmək
üçün oyundan sonra "Azerisport.com” saytına verdiyi qısa açıqlamasndan epizod
daha aydın sezilir.

            "Azerisport.com”
24 may 2010 saat 00:23 də həmin məlumat belədir.

             

         Xaqani Məmmədov: "Xəzər Lənkəran”ın öz
oyunçuları xahiş etdi ki, Sofroni topu qapıçıya versin.”

"Bakı”
– "Xəzər Lənkəran” arasında keçirilən Azərbaycan kubokunun final matçındakı vurulan
1-ci qol haqqında Hakimlər komitəsinin sədri X.Məmmədov təəssüratlarını belə
bölüşdü: "Mən oyunun hakimi Elçin Məmmədovla danışdım. O da öz növbəsində mənə
bunları dedi:” Mən mübahisəli topu oyuna daxil edərkən "Xəzər Lənkəran”ın
futbolçuları özləri Vyaçeslav Sofronidən topu Kamran Ağayevə ötürməsini xahiş
etdilər, baxmayaraq ki, başqa variantlar da mövcud idi.”    Mən hesab edirəm ki, hakim qolu qeydə
almaqla tamamilə haqlı qərar çıxarıb. Qapıya daxil olan topu niyə də hesaba
almamalısan deyə o "Azerisport.com” saytına fikirlərini bildirib.

            Deməli, "Fair Play” qaydalarını
nəzərə alan "Xəzər Lənkəran” futbolçuları vaxt itməsin deyə V.Sofronidən topu
auta deyil məhz bizim qapıçıya atmasını xahiş etmişlər. Əlbəttə meydanda olan
və bunu duyan Kamran Ağayev bir az da irəli gələrək topu tez götürmək istəmiş,
lakin vəziyyətdən sui istifadə edən V.Sofroni K.Ağayevin bir az da önə
çıxdığını görərək topu onun başı üzərindən tora atmışdır. Sui istifadənin
sübutu üçün bunları deyə bilərik. Top qapıya göndərildikdən sonra "Bakı”nın
oyunçuları tora daxil olana qədər topun trayektoriyasını izləyir və top tora
daxil olduqdan sonra bir birinin üzərinə atılaraq qol sevincini yaşamağa
başladılar. Hətta hakimin bu qolu birdən hesaba almaz deyə yaranmış anlaşılmaz
bir neçə dəqiqədə hakimə müqavimət göstərməyə və qolun hesaba alınması üçün
çabalar göstərməyə başladılar. Bu qol sevincinə ehtiyat skamya, məşqçilər və
bəzi klub rəsmiləri də qoşulunca işin nə yerdə olduğu aydın olur (Təkcə Zeynal
Məmmədovun bu qola sevinmədim deməsini qiymətləndiririk).

            Əgər belə hərəkətdən sonra "Bakı”
futbolçuları yerə oturub başlarını tutsaydılar bu qolun istəmədən vurulduğuna
işarə olardı və bunu hamı qiymətləndirərdi. Qələbələrinin də üzərinə kölgə
salmazdı.

İngiltərədə, Hollandiyada (Bu yazıya videogörüntü kimi əlavə olunmuşdur)  belə bir haldan sonra, komanda 
çıxış yolunu oyuna mərkəzdən başlayan rəqibə mane olmamaqla onların da hesabı
bərabərləşdirməsinə şərait yaratmaqla, öz centlmenliklərini göstərmişlər. Sonra
yenə əsl mübarizəyə başlamışlar.

Nə isə sonra daha iki qol vuruldu. Bunlardan
birini yenə "Bakı” birini isə "Xəzər Lənkəran” reallaşdırdı və hesab 2:1
yekunlaşdı.”Bakı” beləcə kuboka sahib çıxdı. Bu qol olmasaydı yəqin penaltilər
seriyasına da ehtiyac qalacaqdı Çünki əlavə vaxt 1:1 qurtarmış olacaqdı. Kamran
Ağayev isə rəqibi centlmen zənn edərək kobud səhvə yol verdi.

"Xəzər Lənkəran” bundan sonra nəinki rəqibə
inanmamalı, hətta gələcək üçün çox ciddi işlər görməlidir.

Views: 544 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz