Əvvəla,
saytımızın bütün oxucularını salamlayırıq. Onlara həmişə və xüsusən də bu yeni
il ərəfəsində uğurlar arzu edirik. Saytımızın oxucularının "Bosman.at.ua” və ya
"Bosman.tk” versiyaları qurulub, fəaliyyətə
başladığı vaxtdan bu günə qədər getdikcə artmaqda olduğu hiss olunur. Bu sayt "Bosman”
fanklubunun rəsmi internet saytı olmaqla bərabər, həm də bütün azarkeşlərimizə
bir tribunadır. İstənilən azarkeş bizə göstərdiyimiz əlaqə vasitələri ilə
müraciət edərsə, biz onların fikirlərini saytın prinsiplərinə uyğun gələrsə,
işıqlandırmağa hazırıq. Bunun üçün saytımızın "Qonaq otağı”, Şərhlər bölməsi”, "Bizimlə əlaqə” bölməsi və burada göstərilən
telefon nömrələri, həmçinin "e-mail” ünvanları sizin ixtiyarınızdadır. Biz "Xəzər
Lənkəran” futbol klubunun "Bosman” fanklubuyuq. Fəaliyyətimiz də "Xəzər Lənkəran”
klubu başda olmaqla, Azərbaycan futbolunun inkişafı yönündə çalışmaqdır. Bu bir
idman saytıdır və Azərbaycan Demokratik Respublikasının mövcud qanunları çərçivəsində
fəaliyyət göstərir. Yəqin biz yuxarıda
göstərdiyimiz qanunlara və bu qanunlar çərçivəsində öz prinsiplərimiz, dəst-xəttimizlə
göstərdiyimiz fəaliyyətin nəticəsidir ki, izləyicilərimizin sayı durmadan
artmaqda davam edir. Bütün izləyicilərimizə bir daha təşəkkür ifadə edirik.
Son
günlər saytımızın şərhlər bölməsində fəaliyyət prinsiplərimizə uyğun olmayan
siyasi səpgidə bir neçə şərhə rast gəlinib. Özü də bu şərhlər "Dostluq Təklifi –
"AADK” və 2010-cu ilin son turunda "Xəzər Lənkəran” "Qarabağ” matçı ilə əlaqədar
yazılan, komandamızın məğlub bitirdiyi matçdan sonra sırf idman nöqteyi nəzərindən
yazılmış "Gərgin düşüncələrlə yazılan, sonunda nikbinliyə inanılan yazı” başlığı
altında getmiş yazılara verilmiş şərhlərdir. Bu Şərhlər "Bosman” fanklubunun rəhbərliyinin
göstərişi və sayt idarəçilərinin vasitəsilə sistemdən silinmişdir.
Bir
daha izləyicilərimizdən xahiş edirik ki, saytımızda belə şərhlərin yolverilməz
olduğunu nəzərə alsınlar. Saytımızda şərh yazarkən oxucular dini, irqi, milli
ayrı seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq ifadələr işlətməməli,
Azərbaycan qanunlarına zidd və siyasi səpkili çağırışlar etməməlidirlər. Bu cür
şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmayacaq və silinəcəkdir. "Bosman" fanklubunun İdarə Heyəti 27 Dekabr 2010.
|