Cümə Axşamı, 26/Dek/2024, 13:02
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Dekabr 2010  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 2
Qonaqlar: 2
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2010 » Dekabr » 4 » "Neftçi” Eqoizmi
20:55
"Neftçi” Eqoizmi

            Son dövrlər "Neftçi” rəsmilərinin çıxışları belə deməyə əsas verir. Əslində son illər builki qədər güclü heyətə malik olmayan "Neftçi” komandası meydanda daha çox şeylərə qadir olduğunu göstərməli olduğu halda belə açıqlamalar verməsi heç də ürəkaçan deyil.

            Məsələn, "Neftçi” azarkeşlərinin "Xəzər Lənkəran” klubunun harda gəldi təhqir edilməsi ilə əlaqədar onlara ünvanladığı məktubun "Bizə belə bir məktub çatmayıb” deyə cavablandıraraq məsuliyyətdən qaçması heç bir çərçivəyə sığmır. Bir çox mətbuatın səhifələrində bu etiraz məktubu dərc olunduğu halda, "Bizə belə bir məktub çatmayıb” cavabı sadəcə məsuliyyətdən qaçma deyil, həm də öz azarkeşləri ilə həmrəy olduqlarının göstəricisidir. Mövzu və niyyət ortalıqda olduğu halda "Bizə belə bir məktub çatmayıb”  deyərək, sanki uşaq kimi tərslik etmənin mahiyyəti nədir?  "Neftçi”nin vitse-prezidenti Tahir Süleymanovun belə açıqlama verməsi isə sadəcə təəssüf doğurur. Komandasını "Flaqman” adlandıran T. Süleymanov indi onu "alınmaz qala” kimi qələmə verməyə çalışır.

            Daha sonra komandanın Mətbuat və  İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlunun açıqlamaları da bu qəbildəndir. O, AZAL-ın futbolçusunu "molla” adlandırmaqla, "Neftçi” klubunu Azərbaycan futbolunun "flaqmanı” kimi tanımamaqda, AZAL klubunun rəhbərliyini isə bunu həmin futbolçuya anlatmamaqda suçlayır. "Dəli Kür” filmindən misal gətirir. Nədənsə, E. Əşrəfoğlunun "Görünən Dağa Bələdçi Lazım Deyil!” kimi məşhur olan atalar sözü yadına düşmür. Bir də komandasının çox qol vurduğunu daim önə çəkən E. Əşrəfoğlu, futbolda xalların vurulan toplara görə deyil, sadəcə qələbəyə görə verildiyini yaddan çıxarır. Elə isə siz hər oyunu 10:0 qazanın. Başqa komanda isə siz də daxil olmaqla hər oyunu 1:0 qazansın. Sonda kim çempion olacaq?

            Bu gün isə "Neftçi”nin baş məşqçisi Arif Əsədov da AZAL-la oyundan sonra oxşar açıqlama ilə oyundan sonrakı mətbuat konfransında çıxış edib. O, rəqibi onlara qarşı aqressiv oynamaqda təqsirkar bilib.  Sanki onlarla oyunda hamı təslim olub əl-qollarını aşağı salmalıdırlar və rahat məğlubiyyətlə barışmalıdırlar. Çünki bu "xalq komandasıdır”. Futbol bir idman növüdür və yalnız mübarizədə qazanılır. Qazana bilmirsənsə, kimi isə günahlandırmağın heç yeri yoxdur. "Ay aman bizim oyunçuları zədələdilər!” deyə bəyanat yaymaq isə dünyanın heç yerində yoxdur.

            Aşağıda "Neftçi” eqoizmini göstərən T. Süleymanovun və E. Əşrəfoğlunun 03.12.2010 tarixində "Qol.az” saytına verdiyi açıqlamalar, A. Əsədovun isə AZAL-la oyundan sonrakı mətbuat konfransında dediyi və "Fanat.az” saytından götürülmüş müsahibəsi yer alır.     

 

Tahir Süleymanov: «Bizim «Xəzər Lənkəran»la münasibətlərimizə kölgə salmaq istəyən qüvvələr var»

[03.12.2010]

«Neftçi»nin vitse-prezidenti Tahir Süleymanov bir daha bəyan edib ki, «Xəzər Lənkəran» klubundan onlara heç bir etiraz məktubu daxil olmayıb.

Xatırladaq ki, bəzi «Neftçi» azarkeşlərinin «XL»in ünvanına təhqiramiz şüarlarına görə cənub təmsilçisi paytaxt klubuna etiraz məktubu göndərdiyini, sonuncular isə onu almadığını bildirir.

Qol.Az-ın müxbiri ilə söhbətində Tahir Süleymanov deyib ki, son dövrlər «Neftçi»nin uğurlarına kölgə salmaq istəyən qüvvələr var: «Bizim uğurlarımızı həzm etməyənlər istənilən vasitələrə əl atırlar. Tuyqun Nadirovun Qol.Az saytına açıqlaması mənə çox təəccüblü gəldi. Bir daha bəyan edirik ki, «Neftçi»yə «Xəzər Lənkəran» klubundan nə poçt, nə faks, nə də e-maillə heç bir məktub daxil olmayıb».

T.Süleymanov bu məsələylə bağlı T.Nadirovla söhbəti olduğunu təsdiqləyib: «Şəxsən iki gün öncə faks nömrəmizi Tuyqun müəllimə vermişəm ki, istənilən məktubu bizə göndərə bilər. Necə olur ki, hələ Azərbaycanın daxilini bir kənara qoyuram, İngiltərədən «Everton»dan, Rusiyadan «Rubin»dən bizə məktub gəlir, amma Tuyqun Nadirovun məktubu yolda itib-batır?! Bu, mümkün olan iş deyil. Tuyqun müəllim istəsəydi, bu cür mənasız çıxışlardansa, o məktubu şəxsən özü artıq «Neftçi» klubuna çatdırmışdı. Digər tərəfdən, iki klubun rəhbərlyii arasında son dərəcə mehriban dostluq münasibətləri hökm sürür. Amma hiss olunur ki, bu münasibətlərə kölgə salmaq istəyən qüvvələr var. O ki qaldı Tuyqun müəllimin «Neftçi»nin daxilində problemlər olması barədə fikrinə, komandamızın bu gün çempionatda tutduğu yer hər şeyin əyani göstəricisidir. Klubumuzun prezidenti Sadıq Sadıqov «Neftçi»yə gələndən sonra klubda yaranmış problemləri necə yoluna qoyubsa, bu gün artıq «Neftçi» alınmaz bir qalaya çevrilib. Bütün kənar qüvvələr də bilməlidir ki, bu qala alınmazdır» - deyə T.Süleymanov bildirib.

 

Elnur Əşrəfoğlu: «Əgər AZAL-ın futbolçusu molladırsa, daha ona sözüm yoxdur»

[03.12.2010]

"Neftçi” klubunun Mətbuat və  İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu son zamanlarda «flaqman»ın uğurlarına kölgə sala biləcək şayiələrə öz münasibətini bildirib. Qol.Az-ın məlumatına görə, Əşrəfoğlu ilk öncə AZAL klubunun mərakeşli futbolçusu, 5 qolla bombardirlər siyahısında olan Zohair Benouahinin hakimlərin "Neftçi”yə kömək etməsilə bağlı fikirlərinə aydınlıq gətirib: "Çox qəribədir ki, Zohairin 3-5 gündür Azərbaycana gəlməsinə baxmayaraq, "Neftçi”nin uğurlarına şübhə ilə yanaşır. Təbii, o nə bilsin ki Azərbaycan futbolunun flaqmanı hansı klubdur. Bu barədə futbolçuya gərək klubu tərəfindən məlumat verilsin. Çox təəssüf ki, AZAL-ın bu sahədəki işləri heç də qaydasında deyil. Bununla belə, "Neftçi”nin uğurları göz qabağındadır. Komanda müdafiədə etibarlı oynamaqla yanaşı, hücumda da inamlı təsir bağışlayır. Təsadüfi deyil ki, Premyer Liqada 30 qola imza atan "Neftçi” klubunun hücumçusu Bahadır Nəsimov hazırda bombardirlik siyahısına başçılıq edir. Lakin Zohair isə "Neftçi”nin bu uğurlarını görsə də, qəbul etmək istəmir. Bildiyimə görə, o, hətta namaz da qılır. Əgər Zohair də məşhur Azərbaycan kinosu olan "Dəli Kür” filmində "Ey zəbəl ə, ey zəbəl hə, ey zəbəl tə” deyən mollalardandırsa, daha ona heç bir sözüm yoxdur. Yox, əgər həqiqi namaz qılan müsəlmandırsa, bəs, qoxrmur ki, Allah qarşısında günaha batır”.

Klub rəsmisi daha sonra "Neftçi”də Fərid Quliyevlə yanaşı, bir neçə futbolçunun da transferə çıxarılması barədə gəzən söz-söhbətlərə də öz münasibətini bildirib: "Biz Fərid Quliyevi böyük ümidlərlə transfer etmişdik. Rəhbərlik olaraq ondan çox şey gözləyirdik. Lakin Fərid özünü doğrultmadı. Baş məşqçi Arif Əsədov da öz formasını bərpa etmək üçün onu əvəzedici heyətə göndərdi. Futbolçunun özü də bunu normal qarşıladı. Ruslan Əmircanov və Elmar Baxşıyev kimi futbolçulara gəldikdə isə bu oyunçuların işləri qaydasında gedir. Baş məşqçi də onların oyunundan razıdır. Belə olan təqdirdə biz bu futbolçuları niyə transferə çıxaraq ki?! Düşünürəm ki, hər deyilənlərə inanmaq lazım deyil. Çox təəssüf ki, bu cür jurnalistlər mətbuatda yanlış xəbərlər yazmaqla futbolçuları da ruhdan salırlar».

 

Arif Əsədov: "Rəqib bizə qarşı çox aqressiv oynadı”

[ 04.12.2010]

            "Rəqib bizə qarşı çox aqressiv oynadı. Son dövrlər bizə düşmən kimi yanaşırlar. Elə bil "Neftçi" xalq komandası yox, kiminsə düşmənidi". Fanat.az xəbər verir ki, bu sözləri AZAL-la oyundan sonra "Neftçi"nin baş məşqçisi Arif Əsədov deyib.

Views: 594 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz