
"Xəzər
Lənkəran” klubu hücumçusu Dieqo Ruislə vidalaşdı. Tərəflər qarşılıqlı surətdə
müqaviləni pozmaq qərarına gəliblər. Klubumuzun vitse-prezidenti Tuyqun Nadirov
bildirdi ki, argentinalı futbolçu ona olan ümidləri doğrulda bilməyib: "Xəzər Lənkəran”da
olan dövrdə Ruiz yaxşı oyun göstərə bilməyib. Buna görə məşqçimiz onu əvəzedici
heyətə göndərdi, ancaq Ruis bundan imtina etdi. Onda biz düşündük ki, yaranmış
vəziyyətdən ən yaxşı çıxış yolu müqaviləni qarşılıqlı pozmaqdır”. Tuyqun
Nadirov bildirdi ki, nə Ruisin "Xəzər Lənkəran”a, nə də klubun bu futbolçuya
qarşı iradı var. Vitse-prezident argentinalı futbolçuya uğurlar arzuladı: "Ola
bilsin hansısa ayrı klubda o daha yaxşı oynasın, ancaq bizdə o forvardın üzərinə
düşən vəzifəni yerinə yetirməyə qadir deyildi. İstənilən halda biz ona uğurlar
arzu edirik”. Mənbə: "Lankaranfc.com"
|