Almaniyadakı müsəlman futbolçu Riberi komandasından
namaz qılmaq üçün stadionda xüsusi bir yerin tikilməsini istəyib. Buna qarşılıq
olaraq komanda heyəti Riberi üçün kompleks ərazisində məscid tikdirmək qərarına
gəlib.
Müsəlman futbolçuların ibadətlərinin rahat şəkildə
yerinə yetirməsi üçün belə bir qərar aldıqlarını deyən klub rəhbərliyi
azarkeşlərin də istədiyi təqdirdə bu məsciddən istifadə edə biləcəklərini açıqlayıb.
Türkiyənin "Takvim" qəzetinin xəbərinə
əsasən bu ideyanın əsas sahibi komandanın ulduz oyunçusu Riberiyə məxsusdur.
Stadiona məscid tikdirəcək klub, hətta həmin məscidə axund da təyin edəcək.
Eyni zamanda burada İslam kitabxanasının da yer alacağı bildirilir. Məscidin
mailyyə işinin isə 85%-ni Bayern Münihin rəhbərliyi öz üzərinə götürüb. 15%-i
isə oyunçular və azarkeşlərin yardımı ilə tamamlanacaq.
Qeyd edək ki, Avropada müsəlman oyunçular üçün ilk
ibadət yeri ayıran İngiltərənin Newcastle klubu olub.
Mənbə:
İstiqamet.com
|