Cümə Axşamı, 26/Dek/2024, 22:02
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Avqust 2012  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2012 » Avqust » 15 » Nətəhərsinizmi?
11:51
Nətəhərsinizmi?

            Bir müddət əvvəl "Xəzər Lənkəran” komandası daha üç futbolçunu transferə çıxardığı haqda qərar qəbul etdi. Hətda bu qərarı mediaya da bəyan etdi. Media da digər iki futbolçunu qoyub, yalnız bunlardan üçüncüsünün müzakirəsinə xeyli vaxt sərf etdi. Çoxdan gözlənilən bu kənarlaşdırma məsələsinə münasibət bildirən yazıq media hardan biləydi ki, az sonra nələr olacaq. Axı media hardan biləysi ki, indi çox populyar olan "Az sonra...”, "Bizi izləməyi unutmayın, az sonra...”, "Kanalı çevirməyin, az sonra...” və ya "Əsrin futbol müqaviləsini qaçırmayın, az sonra...” prinsipinə "Xəzər Lənkəran” daha bir populyar "Az sonra...”-nı əlavə edəcəkdi.

            Bəli, dünən "Xəzər Lənkəran” komandası, PFL-ə təqdim etdiyi iştirak ərizəsinə transferə çıxardığı qapıçı, Kamran Ağayevin adını da daxil edib. Mətbuat, Kamran Ağayevdən soruşanda ki, bu necə baş verdi? O da cavabında deyib ki, vallah mənim xəbərim yoxdur, bunu ilk dəfə sizdən eşidirəm. Əlbətdə, o and içərək birbaşa yalan demir. Sadəcə hansısa KİV ondan bu barədə soruşmalı idi ki, bunu da ilk olaraq, hansısa media tərəfi etdiyindən, o, vallah ilk olaraq sizdən eşidirəm, kimi cavab verib. Bununla da həqiqət mənasında yox, "sığortalı cavab” kimi elə "sığortalı adam”lar razılaşa bilər.

Qaldı ki, ikinci tərəf olan kluba... Buna münasibət bildirən klubun vitse-prezidenti, yəni bilavasitə klub rəsmisi, Tuyqun Nadirovun mətbuata "Əsrin futbol müqaviləsi” adlandırılacaq cavabı ilə də artıq hamı tanışdır. T. Nadirov deyir ki, biz onu transferə çıxarsaq da, hələ rəsmi təklif almamışıq. Ona görə də futbolçu qarşısında müqaviləyə əsasən rəsmi öhdəçiliklərimiz var. Bunlardan biri kimi futbolçunun məşq etməsinin vacibliyini göstərir. Ona müqavilə əsasında ödənməli olan pulun verilməsini önə çəkir.

Bütün bunlarla razılaşmamaq mümkün deyil. Bəli, beynəlxalq hüququn şərtlərinə riayiət edən bir klub kimi davranmaq peşəkarlıq əlamətidir. Hər yerdə hörmətə layiqdir. Amma gəlin görək, transferə çıxarılmış futbolçuya qalan öhtəlikləri yerinə yetirmək üçün onun adını mütləqmi iştirak ərizəsinə salmaq vacibdir? Bəs bar-bar bağıran, iki il futboldan uzaq düşən Pexalar, zar-zar zarıyan özünün dediyinə görə hələ də ona çatacaq pulu ala bilməyən Şişovlar komandadan uzaqlaşdırılarkən professional klub kimi öhtəçiliklər hara getdi? Daha FİFA-da neçə məhkəmə işi var bu professionalların.

Əgər məsələ onun pulunu verməkdədirsə, daha bunun iştirak ərizəsinə nə dəxli? Yainki, əvəzedicidə məşq etməkdədirsə, heç bunun da iştirak ərizəsinə dəxli yoxdur. Əgər əvəzedici komandada nəinki oynamaq hətda məşq etmək üçün futbolçunun adının iştirak ərizəsinə salınması vacibdirsə, bəs onda əvəzedicidə oynayan bütün digər futbolçuların adları niyə bu iştirak ərizəsində yoxdur? Bununla kimləri isə aldatmaq cəhdi boşunadır. İştirak ərizəsinə futbolçunun adının salınması, mövsüm ərzində onu komandanın rəsmi oyunlarında oynatmaq anlamına gəlir. Siz bunu birbaşa, olduğu kimi də deyə bilərdiniz. Bəs elə isə nədən çəkinirsiz? Ya buna özünüz də razı deyilsiz, təzyiq və məcburiyyət qarşısında qalmısız, ya da özünüz geriyə atılan biabırçı addımı sığortalamaq istəyirsiniz. Bunun başqa adı yoxdur. 

Bir də yerlilərə və gənclərə yönəlik strategiya baxımından da özünüz-özünüzün əleyhinə gedirsiniz. Bir də ki, bu, gənc qapıçımız Orxan Sadıqlı son iki rəsmi çempionat oyununda özünün böyük futbolçu gələcəyindən əsərlər yazarkən, köhnəni qaytarıb, gənc futbolçunun gələcəyinin üstündən xətt çəkmək demək deyilmi. Deyəcəksiniz ki, biz Orxan Sadıqlının yolunu bağlamırıq ki, narahat olursunuz. Amma biz bu qeyri peşəkar addımdan narahat olduğumuz kimi Orxanın da gələcəyindən narahatıq. Bir müddət sonra Orxanın məşqdə və ya hər hansı oyunda "ciddi zədələnməsi” onun yenə ehtiyat skamyaya pasportunu geri qaytaracaqsa biz heç də təəccüblənməyəcəyik. Ənənəvi metodlar nə çox.

Onu da demək lazımdır ki, milli komandanın futbolçusu kimi Kamran Ağayev oyun təcrübəsinə ehtiyac duyursa, onda "Neftçi” rəhbərliyinə də məsləhət görün ki, Rail Məlikovu komandaya qaytarsın və ya Mahir Şükürovu da "Qəbələ” mütləq heyətinə cəlb etsin, yəni özlərinin iştirak ərizələrinə salsınlar. Əgər salmasalar, onda milli təəssübkeş komanda kimi "Xəzər Lənkəran” bu futbolçuların adlarını da öz iştirak ərizəsinə salsın. Axı cənab Berti Foqts inciyib gedə bilər. Hər halda ehtiyatlı olmaq lazımdır. Belə bir futbol dahisini itirməkmi olar? Amma cənab Berti Foqts narahat olmaya bilərdi. "Xəzər Lənkəran”da oyun praktikasının vacibliyi o qədər də əhəmiyyət kəsb etməməliydi. Çünki Avropanın məşhur "Köln” kimi, "Töttenhem” kimi klubları bu futbolçunun xidmətində maraqlı idi. Avropa təcrübəsi olan futbolçu isə cənab Foqtsun işinə daha çox yarayardı. Nə isə bu şansı da qaçırdılar. Avropa əldən-ayaqdan gedir, bizimkilər isə Orxan Sadıqlının yolunu bağladıqları kimi Kamran Ağayevin də yolunu bağlamış olurlar. Ah, ölkə futbolu sən bu gedişlə hara gedirsən?

İndi isə bu mürəkkəb vəziyyətdə "Xəzər Lənkəran” azarkeşinə elə hər hansı sualı da mürəkkəb xarakterdə vermək lazım gəlir; - Nətəhərsinizmi?        

Views: 512 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz