Rövnəq Abdullayev və Hafiz Məmmədov cənablarına
Azərbaycanın ən
böyük futbol fanatı ləqəbi ilə tanınan aktyor
Faiq Şadlı ayın 12-də Azərbaycan- Türkiyə oyununda özü ilə
stadionun 16-cı sektoruna Azərbaycan və
Türkiyə bayrağlarının rənglərinə boyanmış göyərçinlər gətirərək səmaya
buraxacaqlarını qeyd edib.
Belə ki, ən
böyük fanat oyunun başlanmasına bir neçə dəqiqə qalmış Azərbaycan və Türkiyə
bayrağ rənglərinə boyanmış göyərçinləri səmaya buraxmaq üçün VİP sektorda əyləşən ünlü futbol
adamları Rövnəq Abdullayev və Hafiz Məmmədova
verəcəyini qeyd edib.
Xatırladaq ki,
bu olaya Türkiyə mətbuatıda böyük diqqət verir.
Azərbaycan və Türkiyə bayrağlarının rəngləri ilə boyanmış göyərçinləri
oyuna bir neçə dəqiqə qalmış Azərbaycanın
ünlü futbol adamlarının səmaya atması ilə bağlı
Faiq Şadlı Bakıda yerləşən Türkiyə
səfirliyinə müraciət edib və xəbəri Türkiyə səfirliyi çox xoş qarşılayaraq bu barədə Türkiyə
telekanallarına və nüfuzlu qəzetlərə faksda göndəriblər...
Olayla bağlı
Kanal-D Ana Haber Ali Birand
və Star-Tv də Uğur Dündar xəbərə qısa toxunaraq ən xoş arzularını bildirblər.
Sonda Azərbaycan-Türkiyə
oyununda ən fəal fanatara müraciət edib.
Faiq Şadlı heməşə fəallıq etdiyi 16-cı sektora ən fəal
fanatları onunla birgə oyunun sona qədər
fəallıq etməyə dəvət edir...
http://www.youtube.com/watch?v=AbMzqEVJNGs
http://upload.wikimedia.org/wikipedia/az/f/f1/Faiq_%C5%9Eadl%C4%B1.jpg - Faiq Şadlı
Mənbə: Avropa.Az
|