 
30-cu tur çərçivəsində keçiriləcək "Neftçi” – "Xəzər
Lənkəran” oyununa hələ bir həhtə qalmışdan mətbuat, artıq bu oyunla bağlı
yazılar verməyə başladı. Həmçinin futbol ictimaiyyəti və azarkeşlər də buna
biganə qalmırdılar. Baxmayaraq ki, bu matçdan qabaq hələ kubokun ½ final mərhələsinin ilk oyunu yaxınlaşırdı.
Kubok oyununun ilk qarşılaşması arxada qalan andan yenidən bu səngiməmiş söhbətlər
qızışmağa başladı.
Bilirik ki, söhbət hansı oyundan gedir.
"Neftçi” rəsmiləri və azarkeşləri, həmçinin özünü neytral göstərməyə çalışan
futbol ictimaiyyətinin nümayəndələri bu ərəfədə bir şeyin şahidi və təsdiqləyicisi
oldular. Onların həmişə dediyi kimi "Neftçi” flaqmandır, ən böyük azarkeş
ordusuna malikdir və s. bu kimi söz və fikirlərini özləri də bilmədən inkar və
darmadağın etdilər. Bayaq
dediyimiz kimi oyuna bir həftə qalmasına baxmayaraq, təbliğata başlanılmışdı
ki, bunu da ilk olaraq, "Neftçi” rəhbərliyi "Futbol +” qəzetinin bütün sayları
vasitəsilə öz sadiq azarkeşlərini bu matça dəvət etməsi idi . ”Futbol +”in ilk
səhifələrində "Neftçi” rəhbərliyinin azarkeşlərinə ünvanladığı çağırışı olduğu
kimi veririk: " "Neftçi” rəhbərliyi
komandanın bütün sadiq azarkeşlərini mayın 1-də stadiona-"böyük oyun”u izləməyə
dəvət edir. D ə s t ə y i n i z ə ehtiyacımız var.
Qələbə bizim, qalanı "Xəzər Lənkəran”ın... "
Bu müraciəti edən "Neftçi” rəhbərliyi
matçı "böyük oyun” adlandırsalar belə, matçın, azarkeş tutumu 28750 nəfər olan T.
Bəhramov adına stadionda deyil, tutumu 4500 nəfər olan Bakıxanov qəsəbəsində
yerləşən İ.Qayıbov adına stadionda
keçirilməsində israr edib, buna nail oldular.
Bu 4500 yerdən 500-nü isə qonaq
komanda olan "Xəzər Lənkəran”
azarkeşlərinə ayırdılar. Yerdə qaldı 4000 azarkeş oturacağı. Bunun da öz
dediklərinə görə müəyyən hissəsini neytral azarkeşlər üçün nəzərdə tutublar. Müəyyən
hissə də buna çıxılsa yerdə 4000-dən az oturacaq qalır.
Ən böyük azarkeş ordusu "Neftçi”dədir deyən klub
rəhbərliyi stadiona çağırdığı "sadiq azarkeşlərinə” cəmi 4000-dən az yer
ayırmaqla, əslində öz azarkeşlərinin sayının nə qədər az olduğunu rəsmən elə
özləri təsdiqləmiş oldular, bu hələ onların ev oyunu olmasına baxmayaraq.
Qaldı ki, "Xəzər Lənkəran”a ayrılan 500 yerə, bildirmək
istəyirik ki, bizə nəinki 500, heç 5000, nədəki 10.000 yer, heç 15.000 yer belə
kifayət etmir! Biz hələ stadionumuzun tutumunun artırılması məsələsini müzakirə
edirik.
YAŞASIN ƏN BÖYÜK AZARKEŞ ORDUSU OLAN "XƏZƏR LƏNKƏRAN” !
|