Cümə, 26/Apr/2024, 18:04
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Avqust 2013  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2013 » Avqust » 15 » Mübariz Mənsimovdan fantastik təklif
07:42
Mübariz Mənsimovdan fantastik təklif

(Mətni həm də oxumadan, yazının sonundakı kiçik audiopleyer vasitəsi ilə dinləyə bilərsiniz. Bunun üçün audiopleyerin "Play" düyməsinə basın!)







            Avroliqanın II təsnifat mərhələsində
«Makkabi»yə (İsrail) biabırçı hesabla məğlub olan «Xəzər Lənkəran»da baş
verənlərlə bağlı virtualaz.org-da məlumat vermişdik. Həmin yazıda vurğulamışdıq
ki, Lənkəran klubunun 0:8 hesablı məğlubiyyəti klubda gedən pərdəarxası
oyunların təzahürüdür.



Sonradan bu versiya
klub rəhbərliyi tərəfindən də təsdiqləndi və komandada müəyyən «təmizləmə»
əməliyyatı aparıldı. Ancaq bu «təmizləmə» «Xəzər Lənkəran»ın oyununa elə də
ciddi təsir göstərmədi. Artıq çempionatda iki tur arxada qalıb, «ağ-yaşıllar»
isə hələ də qələbə qazana bilməyib. Təbii ki, belə nəticə 10 illik yubileyində
çempionluğu hədəfləyən bir komanda üçün qənaətbəxş sayıla bilməz.



«Xəzər Lənkəran»ın
sahibi və fəxri prezidenti Mübariz Mənsimov bununla bağlı ciddi addımlar atmağı
düşünür. Əldə etdiyimiz məlumata görə, Mənsimov «Xəzər Lənkəran»ı yenidən rumın
çalışdırıcı Mirça Rednikə həvalə etmək istəyir. Mirca Rednik Lənkəranda olduqca
populyar şəxsdir. Cənub klubu onun rəhbərliyi altında Azərbaycan kubokunu
qazanmış, çempionatda isə 2-ci yeri tutmuşdu. Amma rəhbərlikdə təmsil olunan
bir neçə şəxs bəzi futbolçularla əlbir olaraq Rednikin komandadan qovulmasına
nail olmuşdular.



«Xəzər Lənkəran»ın
çöküşü elə həmin vaxtdan başlayıb və artıq kritik həddə çatıb.



Vəziyyətin çıxılmaz
olduğunu görən Mübariz Mənsimov yenidən M.Redniklə əlaqə qurub. Əldə etdiyimiz
məlumata görə, rumın məşqçini Lənkərana gəlməyə razı salmaq o qədər də asan
olmayıb. Rednikin Rumıniyanın adlı-sanlı klublarından olan CFR-lə müqaviləsi
olduğundan məşqçi əvvəlcə Lənkərana gəlməyə razılıq verməyib. Amma Mübariz
Mənsimovun ona fantastik təklifi hər şeyi dəyişib.



Virtualaz.org-un əldə
etdiyi məlumata görə, Rednikə illik 700 min dollarlıq müqavilə təklif olunub.
«Xəzər Lənkəran» bu mövsüm çempion olacağı təqdirdə isə çalışdırıcı 300 min
dollar da mükafat alacaq. Üstəlik Mənsimov Rednikə 5 bahalı transfer də söz
verib. Transferlərdən 2-si indi, 3-ü isə qışda həyata keçiriləcək.



Məhz belə fantastik
təklifdən sonra Mirça Rednik fikrini dəyişib və artıq CFR-lə müqaviləsini
qarşılıqlı razılıq əsasında pozub. Bizdə olan məlumata görə, Rednik buna görə
kluba kompensasiya da ödəyib. Bununla belə, Rednikin Lənkərana gəlişi hələ bir
müddət yubanacaq. Çünki «Xəzər Lənkəran»ın dünya şöhrətli məşqçi Con Toşakla
müqaviləsi var. Toşakı göndərmək üçün ona kompensasiya ödəmək lazımdır.
Virtualaz.org-un əldə etdiyi məlumata görə, Toşak müqavilədə tələb olunan
məbləğin tam şəkildə ödənilməsini tələb edir.



Rəhbərlik isə bununla
razılaşmır. Bu yöndə danışıqlar davam edir. Ola bilsin ki, Azərbaycan
çempionatının 3-cü turunda keçiriləcək «Qarabağ»-«Xəzər Lənkəran»
qarşılaşmasından sonra Toşak komandadan ayrılsın və Rednikin ikinci cənub
səfəri başlasın.  



Mənbə:
Virtualaz.org



Views: 949 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz