Cümə, 29/Mar/2024, 03:17
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Aprel 2013  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
 123456
78910111213
14151617181920
21222324252627
282930

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2013 » Aprel » 7 » Mübariz Mənsimov: Toşakın bütün qərarlarının arxasındayam!
16:20
Mübariz Mənsimov: Toşakın bütün qərarlarının arxasındayam!


"Xəzər Lənkəran" dünən Premyer Liqanın XXV turunda "Kəpəz"lə qarşılaşdı. "Dalğa Arena"da baş tutan oyunu izləyənlər arasında "ağ-yaşıllar"ın fəxri-prezidenti, "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov da yer almışdı. Əslində, Türkiyədə yaşayan həmyerlimizin Bakıya bir gün öncə gəldiyini eşitdiyimizdən, klubun vitse-prezidenti Tuyqun Nadirovdan Mübariz bəylə görüşüb, son vaxtlar cənub təmsilçisində baş verən dəyişikliklərlə bağlı müsahibə götürmək üçün şərait yaratmağımızı xahiş etmişdik. Apasport.az saytının müraciətinə əvvəlcə "100 faiz söz verə bilmərəm" deyən Nadirov matçın fasiləsində əməkdaşımızı komandaya mətbuat katibi təyin olunan Hüseyn Cəbrayıloğlu ilə birlikdə fəxri-prezidentin yer aldığı VİP lojaya dəvət etdi.

- Con Toşakın "Xəzər Lənkəran"ın baş məşqçi postuna təyin olunması böyük rezonans doğurdu. Uelsli mütəxəssisin rəhbərliyi altında komandanızın keçirdiyi ilk səfər matçını canlı izləyirsiniz. Hansı düşüncələriniz var?

- Toşak işinə yeni başlayıb. Uelsli mütəxəssis haqda danışmağa ehtiyac yoxdu. Adlı-sanlı, tanınmış simadı. Gördüyü işlərlə özünü sübut etmiş mütəxəssislərdəndi. Hələ komandaya, futbolçulara baxır. Bu dəfə komandadan maksimum nə tələb olunursa, onu da alacaq. Toşakı çoxdan tanıyıram, ona inanıram, ona inamım böyükdür. Toşakı "Xəzər Lənkəran"a gəlməsi Azərbaycan futbolu üçün də yaxşı haldır.

- Adətən adlı-sanlı məşqçilər Azərbaycana gəlməkdə tərəddüd edirlər. Bu mənada Con Toşakla ortaq məxrəcə gəlməkdə hansısa problem olmadı ki?

- Xeyr. Toşak çox sadə insandır. Heç bir problem yaranmadı. Dostlarımız sağ olsun, onların da əlaqələrindən istifadə etdik.

- Gələn il "Xəzər Lənkəran" 10 yaşını qeyd edəcək. Bu səbəbdən növbəti mövsüm komandanın məqsədi böyük olacaq...

- Əlbəttə. Bütün səlahiyyətlər baş məşqçimizdədir. Toşak kimi istəyərsə transfer edər. Biz onun bütün qərarlarının arxasında duracağıq.

- "Kimi istəyərsə transfer edər" deyəndə, yəqin ki məşhur futbolçuların transferinə işarə vurursunuz...

- Bəli!

- Toşakın gəlişindən sonra "Arsenal"a məxsus Andrey Arşavinin "Xəzər Lənkəran"a keçəcəyi barədə xəbərlər səngimək bilmir. Rusiyalı futbolçu həqiqətən də komandanızın maraq dairəsinə düşübmü?

- Arşavinlə kim görüşüb, kim maraqlanıb, mənim bundan xəbərim yoxdu. Əslində, bu yalan xəbərdi, ortaya atılmış boş iddiadı.

 

- Bəs komandanıza Arşavin səviyyəsində futbolçu transfer edilə bilərmi?

- Nəinki Arşavin, ondan da məşhur futbolçu gələ bilər.

- Yəqin ki, Toşakın təyinatından sonra komandanızın oyunlarını izləmək üçün Azərbaycanda, Lənkəranda daha çox görəcəyik. Hər halda, lənkəranlı azarkeşlərin sizə rəğbəti çox böyükdür.

- İnşallah. Bundan sonra tez-tez gəlməyə çalışacağam.

Views: 483 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz