Cümə Axşamı, 26/Dek/2024, 17:59
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  May 2013  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 4
Qonaqlar: 4
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2013 » May » 31 » Molla Nəsrəddin və kubokun finalı...
18:43
Molla Nəsrəddin və kubokun finalı...

            Günlərin bir günündə Molla Nəsrəddin kənddə qonşularla söhbət edirmiş. Hərə öz dərdini danışırmış. Növbə gəlib Molla Nəsrəddinə çatanda o da eşşəyindən xeyli giley edir. O qədər giley edir ki, kənd camaatının öz dərdləri yadlarından çıxır. Hamı mollanın bu dərdinə şərik olub, vəziyyətdən çıxmaq üçün fikirləşməli olurlar. Nəhayət, dünya görmüş bir yaşlı adamın məsləhəti hamının xoşuna gəlir.

         O mollaya deyir ki, bir müddət əvvəl  Bakı şəhərinə getmişdim orada bir yer var, çox təmtəraqlı binası var. İstədim içəri girəm, gördüm ki, qapısı bağlıdır. Ətafdakılardan  soruşdum ki, bu nə binadır belə, bu gözəllikdə? Yəqin içərisi də çox gözəl olar. Dedilər ki, Akademiyanın Rəyasət Heyətinin binasıdır. Dedim ki, mən avam yaşlı adamam, nə bilirəm o dediyin nədir? Bir loru denən görüm burda nə işlə məşğul olurlar. Ordakı cavanlar dedi ki, ay əmi bura elm ocağıdır, burda elm öyrənirlər. Məsələn, iki ilə eşşəyi adam edirlər. İndi ay molla sənin ki, eşşəyinin bu qədər qüsuru var, apar orda bir çarə edərlər.

         Hamısı bu təklifi bəyənir və mollaya məsləhət görürlər ki, belə də eləsin. Bir neçə gün molla uzaq yolun tədarükün görür və səfərə çıxır. Yol uzaq olduğundan eşşək yolda da mollanı boğaza yığdıqca, molla bəzən öz-özünə, bəzən də bərkdən eşşəyə deyir ki, qoy iki il keçsin bax onda sənə eyiblərini deyərəm sən də utanarsan. Hələlik nə çarə, dözməliyəm.

         Beləcə bir neçə günə molla yolu tamamlayır və gəlib şəhərə çatır. Şəhərdə gəzib dolanır, amma deyilən yeri tapa bilmir ki, bilmir. Əlacı qalır kimdənsə, soruşsun. Bəxtindən də bir neçə şəhər lotusuna rast gəlir. Şəhər lotuları mollanı Akademiyanın binasının qarşısına gətirirlər. Molla da görür ki, öz kəndçisinin nişan verdiyi kimi gözəl bir binadır. Odur ki, lotulara inanır və məqsədini deyir. Lotular da mollanın eşşəyini oğurlamaq istəyirmişlər. Odur ki, molla soruşanda ki, eşitmişəm burda eşşəyi iki ilə adam edirlər? Lotular da bir ağızdan bəli, molla əmi! deyirlər.

         Belə olanda lotuların məsləhəti ilə molla eşşəyi binanın qarşısındakı ağaca bağlayır ki,vaxtı çatanda eşşəyi binaya aparacaqlar. Qulağına da deyir ki, darıxma iki ildən sonra gəlib səni aparacağam. Bir neçə dəfə arxaya baxa-baxa oradan uzaqlaşır. Səhərisi bir də gəlib baxır, görür ki, eşşək yoxdur. Sevinir ki, yəqin binadan kimsə onu aparıb. Beləcə arxayın olub kəndə geri dönür. Gəlib kənddəkilərə də başına gələn əhvalatı danışır. Başda molla olmaqla, hamı iki ilin tamam olmasını səbirsizliklə gözləyirlər. Nəhayət hamıya çox uzun görsənən bu iki il keçir. Molla yenə tədarükün görüb uzaq yola çıxır. Nəhayət gündüz vaxtı şəhərə çatır. Vaxt itirmədən Akademiyanın binası qarşında eşşəyi bağladığı ağacın yanına gəlir. Görür ki, eşşəyi bağladığı ağacın düz yanında bir cavan oğlan, əlində gül dəstəsi dayanıb. Öz-özünə fikirləşir bu necə elm ocağıdır ki, iki ilə mənim eşşəyimi adam ediblər. Pah atonnan deməli, deyilənlər doğru imiş.

         Yavaş-yavaş oğlana yaxınlaşır. Görür əlində gül dəstəsi, boynunda qalstuk gözəl bir oğlandır. Ona çatdıqda salam verir. Oğlan da ədəb ərkanla yaşlı kişinin salamını alır. Molla heyrət içində gör mənim eşşəyimi necə tərbiyə ediblər deyə düşünür. Burda niyə durduğunu soruşur. Əmi, adam gözləyirəm. Belə deyəndə molla lap əmin olur ki, bu onun eşşəyidir. Axı iki ilin tamamında eşşəyi adam olacaqdı və bağlandığı yerdə onu gözləyəcəkdi. Belə olanda molla deyir ki, məni gözləyirsən də, gəl gedək evimizə. Kənddə hamı səni gözləyir. Oğlan elə bilir ki, molla onunla zarafat edir. Ona görə də ona çox da fikir vermir. Bir az da keçdikcə molla əl çəkmir ki, çəkmir. Təkidlə onu evə aparmaq istəyir. Hətta deyir ki, mən sənin boynuna ip bağlamışdım, sən də mənim eşşəyimsən.İndi səni adam ediblər, boynuna da bəzəkli ip bağlayıblar. Gəl gedək! Oğlanın qalstukundan tutaraq dartmağa başlayır. Oğlan, yaşlı kişidir deyə, mollayla yumşaq rəftar və etiraz edir. Molla isə eşşəyi bura necə bağladığını və indilərdə adam olacağını bildirir və qalstukdan təkidlə dartır. İşin yumşaq yolla həll olmayacağını görən oğlan məcbur olub mollanı təpiklə vurur. Yerdə qalan molla, eşşəksən ki, eşşək! Bu iki ildə səni döndərib adam ediblər, amma əsl xasiyyətini dəyişdirə bilməyiblər.

         İndi kubokun finalında da kimisi oyun oynayır, kimisi bayram ovqatında, kimisi də molla Nəsrəddinin eşşəyi kimi tək və ya qoşa təpik atır, kimisi də topun qabağında eşşək kimi hoppanır. İndi bunları aparıb hara bağlamaq lazımdır görəsən?

Views: 799 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz