Cümə, 29/Mar/2024, 09:47
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Oktyabr 2012  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2012 » Oktyabr » 11 » Mirhafiz Babayev:"Görüşdə bəzən emosiyalar güclə cilovlanırdı"
15:02
Mirhafiz Babayev:"Görüşdə bəzən emosiyalar güclə cilovlanırdı"

 

"Bosman” fanklubunun rəhbəri  Mirhafiz  Babayevin Avrofutbol.com-a müsahibəsi

- "Xəzər Lənkəran” klubunun rəhbərliyi ilə görüşünüzdə hansi məsələlər müzakirə olundu? Səsləndirdiyiniz təkliflərin reallaşdırılacağına əminsizmi?

- Oktyabrın 9-da keçirilən görüş barədə artıq idman ictimaiyyətinin əksər hissəsi və xüsusən azarkeşlər xəbərdardırlar. Gəlin əvvəl görüşün aktuallığı barədə fikirlərimi deyim. Bilirsiniz ki, təxminən 1 ay əvvəl "Bosman” fanklubunun rəhbəri kimi mən və "12-ci oyunçu” azarkeş qrupunun rəhbəri olan İslam Cabbarlının imzasıyla klubun fəxri prezidentinə müraciət ünvanlamışdıq. Müraciətdə son ilyarım ərzində klubda enişin olduğu və müəyyən səbəblər lazımi formada göstərilmişdi. Həmişə iddialı olan "Xəzər Lənkəran”ın indiki vəziyyətinin araşdırılması və çıxış yollarının axtarılması şəxsən fəxri prezidentdən xahiş olunmuşdu. Bilirsiniz, "Xəzər Lənkəran” azarkeşlərinin əksəri geniş futbol biliyinə malik və həm də son dərəcə tələbkar olan insanlardır. Bu mənada onlar komandanın indiki oyun tərzi ilə və bunun nəticəsində hətda son pilləni də "ziyarət” etdikdən sonra indi 8-ci pillədə qərarlaşması ilə barışa bilmirlər. 8-ci pillə ikinci altılığın da ikinci yeri deməkdir. Bu mənada görüşün vacibliyini düşünərək gələn dəvətə yox demədik. Onu da deyim ki, görüş təxminən 4-saat davam etdi və kifayət qədər məsələlər müzakirə olundu. O, məsələlər ki, biri yuxarıda dediyim müraciətlə bağlı idi. Daha sonrakı məsələlər isə komandanın bugünki vəziyyətinə səbəb olan və təxminən ilyarımı əhatə edən dövrlə bağlı məsələlər müzakirə olundu. Qaldı ki, təkliflərin reallaşmasına əminlik məsələsinə, bütün dünyada ən sivil yol danışıqlar masasıdır. Bu danışıqlara qədər isə bir qüvvə olaraq azarkeşlər özlərini və tələblərində haqlı olduqlarını sübut etməyi bacarmalıdırlar. Bu yazılmamış bir qanundur. 
-Bu görüşdə Tuyqun Nadirov dediklərində nə qədər səmimi idi?
- Mən bir neçə belə görüşdə iştirak etmişəm. Hörmət və səmimiyyətlə qarşılandığımı deyə bilərəm. Amma məsələlərin müzakirəsi və həlli yollarında fikir ayrılıqlarının ortaya çıxdığı məqamları da qeyd etməliyəm. Bu dəfəki görüşdə isə Tuyqun Nadirovun daha məsuliyyətli olduğu açıq görünürdü. Hətda o, ən xırda məsələlərin belə özü üçün qeyd etdiyinin şahidi oldum və o, bütün bunların rəhbərliyə çatdırılacağını bir neçə dəfə vurğuladı ki, bu da görüşün məsuliyyətinin dərki və ən azından rəhbərliyi qarşısında səmimi olduğunun göstəricisi idi. Qarşıdakı yaxın günlər ərzində klubun prezidenti ilə də belə bir görüşün keçiriləcəyini bəyan etdi. Bu da onu göstərir ki, qeydiyyat aprdığı məsələlərlə klub prezidenti azarkeşlərin qarşısına çıxacaq. Əgər belə olacaqsa, onda onun nə qədər səmimi olduğunu nəki mən, bütün ictimaiyyət yəqin ki, görəcək. 
-Görüşdən hansısa nəticə gözləyirsizmi?
- Onu qeyd edim ki, görüşdə kifayət qədər ciddi və demək olar həmişə azarkeşlərin arasında olan fanklub nümayəndələri və fəal azarkeşlər iştirak edirdi. Bu mənada dəvətlilərə fikir verilmişdisə, yəqin ki, nələri isə gözləmək olar. Bir də görüş iştirakçıları vəziyyətin belə davam edəcəyi, azarkeş tələblərinin həll olunmayacağı təqdirdə tənqidlərdə davam olunacağı fikrini də səsləndirdilər. Nadirov isə əslində tənqidlərin onlar üçün bir göstərici olduğunu və hansı məsələlərin həll olunmasının, hansı çatışmazlıqların aradan qaldırılması yolunda müsbət effektindən danışdı. Yalnız etikadan kənar forma heç yerdə qəbul olunmadığı kimi, onlara da pis təsir etdiyini çatdırdı. 
-Klub rəhbərliyi ilə görüşənlər barədə Lənkəranlı azərkeşlər heç də bir mənalı fikirdə deyillər. Sizləri Klub rəhbərliyi ilə anlaşmaqda ittiham edirlər...
- Görüşə dəvət alarkən hətda bu barədə düşünmüşdüm və buna əlbətdəki təbii baxıram. Çünki heç zaman hamı eyni fikirdə ola bilməz. Hətda eyni fikirdə olanların belə yəni strategiyası eyni olanların belə taktiki hərəkət baxımından fikir ayrılıqları olur. Bəs, sağlar, sollar, liberallar, radikallar və sair baxışlar hardan yaranır? Yalnız "Bosman” fanklubunun rəhbəri kimi onu deyə bilərəm ki, bizdə fanklub daxilində belə fikir ayrılıqları yoxdur. Çünki üzvləri də seçərkən onların intellekt səviyyəsi nəzərə alınır və ümumi strategiyaya uyğun gələnləri fanklubumuza qəbul olunur ki, bu da bizim üçün heç zaman problem yaratmır. Fanklubda daxili demokratiya var hər kəs öz fikrini açıq deyə bilir, lakin sonda fanklubun ümumi strategiyası nəzərə alınaraq çıxış edilir. Qaldı ki, görüş barədə birmənalı fikrin olmamasına, dediyim kimi bunu təbii qəbul etmək lazımdır. Amma burda başqa nüansları da qeyd etməliyəm. Müəyyən şəxslər və müəyyən qruplar da var ki, bilə-bilə belə yöndə fəaliyyət göstərirlər və müəyyən kütləni çaşdırmaq və öz tərəflərinə çəkmək niyyəti ilə yaşayırlar. Sizi inandırım ki, əgər görüşə qatılmasaydıq, həmin şəxs və qrupların arqumentləri belə olacaqdı;- bunlara baxın, komandanın belə çətin günündə görüşməkdən, məsələlərin həll olunmasından imtina edirlər. Deməli bunların məqsədi elə komandanın zəifləməsidir, və sair əsası olmayan ittihamlar. Bunun sübutu üçün onu deməliyəm ki, iki gün öncədən görüş olacagı barədə məlumat var idi. Həm bizim saytda və həm də böyük oxucu kütləsi olan "12cioyuncu.info” saytında görüş barədə məlumat verilmişdi. Bir yazıya bəzən beş dəfə şərh bildirən adamlar bəs bu iki gün müddətində niyə şərhlər vasitəsi ilə indi dedikləri fikirləri bildirmirdilər? Buradan da belə çıxır ki, onlar gözləyirdilər ki, əgər görüş baş tutarsa belə "mövqe”, yox əgər baş tutmazsa, başqa "mövqe” göstərsinlər ki, hər ikisinin nəticəsi tənqid formasında olsun. Bax, elə buradan da görünür ki, azarkeşlər arasında da hətda mətbuat arasında da məqsədli insanlar və məqsədli fəaliyyət var. Reytinq yığmağın daha sağlam yolları olduğunu da buradan onlara çatdırmaq istərdim. Qaldı ki, klub rəhbərliyi ilə anlaşma məsələsinə, görüşdə dediyim kimi kifayət qədər ciddi insanlar iştirak edirdi və bəzən emosiyalar güclə cilovlanırdı. Hansı anlaşmadan söhbət gedə bilər? 
-Sizcə "Xəzər Lənkəran”da problemlərin arxada qoydugunu demək olar?
- "Xəzər Lənkəran” sonuncu pilləni də "ziyarət” edib, sonra səkkizinci pillədə qərarlaşıbsa, bunu klub nümayəndəsi də peşimançılıq və həyəcan hissi ilə qeyd edirsə, hər hansı az səlahiyyətli bir görüşlə problemlərin arxada qala biləcəyini düşünmək məncə ən azından sadəlövhlük olardı. 
-Fikrinizcə klubda hansı dəyişikliklər edilməlidir?
- Mənim deyəndə ki, fanklubumuzun daim bu yöndə müzakirələri olur çıxış yolları araşdırılır. Bu həm komandanın oyunları, göstərdiyi nəticələrlə bağlı olur və həm də klubla bağlı geniş müzakirələrimiz olur. Onu da deməliyəm ki, "Xəzər Lənkəran” müəyyən mənada fərqli təsis olunmuş klubdur. Yəni, klubun sahibi var və maliyyə yalnız ona məxsusudur. Kimsə ona hökm edə bilməz ki, klubda bu kadrı dəyiş başqasını yerləşdir. Yəni klubun sahibi özünə yaxın insanlara güvənir. Hər hansı özəl şirkətə bu mənada müdaxilə etməyə yəqin ki, heç kimin haqqı çatmaz. Heç bu qanunlarda da əksini tapmır. Amma söhbət "Xəzər Lənkəran” kimi bir futbol klubundan gedirsə, əlbətdə onun çoxminli azarkeş sayı var. Onlar komandalarından yaxşı mənada çox şey gözləyirlər, uduzanda bikef, udanda sanki, dünyanın onlara bağışlandığı kimi hisslər keçirirlərsə, və mənəvi olaraq buna haqqları çatırsa, klubun sahibi və rəhbərliyi əlbətdə bunları nəzərə almalıdır. Təbii ki, klub sahibi də nüfuzlu bir azərbaycanlıdır və həm ölkə naminə, həm öz nüfuzüna görə, həm də sözün ən ideal mənasında söz tapa bilmədiyim sadiq azarkeşinə görə müəyyən dəyişikliklər etməlidir ki, biz doğma "Xəzər Lənkəran”ımızla həmişə qürur duyaq. Hamımız "Xəzər Lənkəran”ı sevirik deyə tələblərimiz də buradan yaranır. Daxilimdə bir inam hissi də mənə deyir ki, möhtəşəm "Xəzər Lənkəran” heç də uzaqda deyil. Amma onu uzağa aparmaq istəsələr belə biz "Bosman” fanklubu olaraq, daim sözümüzü deməyə hazırıq və bunu sivil qaydada etməyin tərəfdarıyıq. Həmişə iddialı olan komandanı əvvəlki möhtəşəmliyinə qaytarılması üçün hər hansı dəyişiklikləri də gözləyirik. 
Views: 592 | Added by: BOSSMAN | Dərəcələndirmə: 5.0/1
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz