
Bu gün, Mirça Rednikin "Xəzər
Lənkəran”la iknci günün məşqi keçirildi. Axşam məşqi Zabrat qəsəbə stadionunda
saat 18:30-a planlaşdırılmışdı. Məşq elə planlaşdırıldığı vaxtda da başladı.
Dünənki məşq kimi
futbolçular meydanı dövrə vuraraq, isinmə hərəkətləri etdilər. Sonra "fişka”lar
düzüldü və topsuz hərəkətlərlə onların arasında irəli-geri, sağa-sola və s.
müxtəlif hərəkətlər edən futbolçulara azacıq dincəlmə imkanı verildi. Ümumiyyətlə
hava çox isti olduğundan məşq boyu baş məşqçi futbolçulara tez-tez kiçik dincəlmə
imkanı verir və su içib sərinlənmələri üçün şərait yaradırdı.
Sonra məşq, həndbol tipli
xarakterdə davam etdi ki, bunun üçün də umumi komanda iki ayrı-ayrı hissəyə
bölünmüşdü. Təxminən iyirmi dəqiqə davam edən bu məşqdən sonra, yenə ikitərəfli
amma qapısız, futbol oynandı ki, bunda da məqsəd futbolçuların tez və bir-birlərinə
dəqiq ötürmə etmələri üçün idi. Bunu qeyri-dəqiq ötürmələr zamanı M. Rednikin bərkdən
qışqırmasından da başa düşmək olurdu.
Yenə azacıq fasilədən
sonra, təxminən 1/3 qədər "qısaldılmış meydançada” ikiyə ayrılmış komanda üzvləri
futbol oynadı, xoş mənada səs-küylü keçən bu futbol oyunu, oyunçuların yüksək əhvalından
xəbər verirdi. Məşq prosesi bütün komanda heyətinin birlikdə meydanı yüngül
qaçışla dövrə vurması ilə yekunlaşdı ki, finişə çatdıqda bütün komanda əl
çalmaqla öz bugünki məşqlərini alqışlamış oldular.
Onu da deyək ki, dünən olduğu kimi K. Kabral, E. Opara meydanboyu
qaçışla kifayətlənməli oldular. K. Ağayev isə bu gün qismən məşqlərə
qoşulmaqla, deyəsən zədəsinin ciddi olmadığını sübut etməyə çalışdı.
Məşq yekunlaşdıqda
"Bosman” fanklubunun üzvləri Mirça Rednikə yaxınlaşdılar. Tərcüməçi vasitəsilə
ayaqüstü qısa söhbətləşmə zamanı, tərcüməçi "Bosman” fanklubu haqda məlumat
verdi. M.Rednik bundan çox şad olduğunu dilə gətirdi və nə vaxt fanklubun
toplantısı olsa onu da dəvət etməyimizi xahiş etdi, həvəslə iştirak edəcəyini
vurğuladı. Eyni zamanda fanklubumuz adından və bütün "Xəzər Lənkəran” azarkeşlərinin
də ondan çox şey gözlədiyimizi söylədik. Həm baş məşqçi ilə birlikdə şəkil çəkdirib
və həm də Mirça Rednikin "Xəzər Lənkəran” formasında ilk fotoşəklini çəkərək
saytımızda ilk olaraq təqdim edirik.
Sabah üçün də səhər və
axşam olmaqla iki məşq nəzərdə tutulub. Lakin axşam məşqinin yeri və saatı
bilinmədiyindən, məlumat əldə edən kimi saytımız vasitəsi ilə sizlərə
çatdıracağıq. 
 
|