Mirça Rednik həmişə olduğu kimi yenə Rumıniya
mətbuatının gündəmindədir. Komandamız haqqında son hadisələrə toxunan Rumıniyanın
"Gsp.ro” saytı bu dəfə əsas yeri komandanın azarkeşlərinin baş məşqçi Mirça
Redniki necə müdafiə etdiklərindən yazıb. Onlar bu barədə bir neçə fotolar da
yerləşdiriblər. Qeyd edək ki, bu fotoşəkillərdən ikisi "Bosman" fanklubunun keçən mövsüm Rednikə dəstək üçün stadionda bütün azarkeşlər tərəfindən tribunalarda gəzdirdikləri böyükölçülü fotoşəkillərdəndir. "Gsp.ro”
saytı onu da bildirib ki, klubla yolların ayrılma həddinə gələn Mirça Rednik,
azarkeşlər tərəfindən ciddi müdafiə olunaraq, hətta inqilaba gedəcəkləri belə
vurğulanıb. Komanda
üzvlərinə çatacaq bütün məvaciblər ödənilmiş və klub əvvəlki kimi iddialı formada
saxlanılmışdır. Lakin buna baxmayaraq Çaba Borbeli və Marius Onofraş kimi
futbolçular komandan ayrılmalı olmuşlar. Hər iki futbolçu "Xəzər Lənkəran” ilə
olan müqavilələrinə xitam vermişlər.
|