"Xəzər
Lənkəran” komandasının futbolçuları bu gün meydanın hər qarıışı üçün mübarizə
apardılar. Keçən oyunda buraxdığı səhvə görə oyundan sonra özünü qınayan Simao
Bruno bu gün rəğbətə layiq oyun nümayiş etdirdi. Uobay Juliusun texnikası ,
Uinston Parksın gözəl futbolu , Rahid Əmirquliyevin əzmkar oyunu, Adrian
Skarlataçenin ağıllı müdafiəsi , Elnur Abdullayevin top saxlamaq ustalığı, Opara
Emekanın oyun dəyişmək bacarığı , Stellian Stankunun xətt boyu topla davranışı,
qələbədə onları pay sahibi etdi. Mirça Rednik iki dəyişiklik edərək oyunu və nəticəni
dəyişərək dahi məşqçi olmasını bir daha göstərdi. Bu oyun "Xəzər Lənkəran”
komandasının möhtəşəm uğuru kimi yaddaşlarda qalacaq.
Azarkeşlərimiz
də komandaya hər zamankı kimi dəstək oldular və haqq etdikləri qələbə sevincini
üç qolla yaşadılar. Oyun sonrası təşkil olunan mətbuat konafransında qonaq
komandanın baş məşqçisi azarkeşlərin yaratdığı atmosferi xüsusi qeyd edib.
Nazim
Süleymanov, AZAL klubunun baş məşqçisi: "Bu cür azarkeşlər önündə gözəl futbol
oynamamaq günah olardı. Bir çox səhvlər buraxdıq. "Xəzər Lənkəran” klubunu qələbə
münasibəti ilə təbrik edirəm. Bu mövsüm ilk dəfə idi ki, belə hesabla məğlub
olduq. Oyunu analiz edib səhvlərimizi görməyə çalışacağıq”.
Mirça
Rednik, "Xəzər Lənkəran” klubunun baş məşqçisi: "Bir müddətdir ki, qalib gələ
bilmirdik. Azarkeşlərimizi və komandanın oyunçularını qələbə münasibəti ilə təbrik
edirəm. AZAL komandasına böyük hörmətim var, yaxşı təşkilatlanmış komandadır.
Lakin, bu futboldur. Qələbə qazanacağımıza inanırdıq”. Mənbə: "12cioyuncu.info"
|