
Komandamızın
baş məşqçisi Mirça Rednik Rumıniya mətbuatına, son günlər öz ölkəsinin
millisini çalışdırmaq variantı barədə açıqlama verib.
Açıqlamasında
komandamızın baş məşqçisi Mirça Rednik yığmanın indiki çalışdırıcısı Razvan
Luçeskunu Rumıniya millisinin baş məşqçi postunda vəzləmək istəmədiyini qeyd
edib:-"Rumıniya yığmasının hazırkı baş məşqçisi Razvan Luçesku çox yaxşı bir
mütəxəssisdir. Onunla münasibətlərimiz də qaydasındadır. İndi onun işdən çıxarılması
haqda danışmağım da düz çıxmaz. Aydın məsələdir ki, hər bir mütəxəssis öz ölkəsinin
yığmasında çalışmaq istəyər. Lakin mən "Xəzər Lənkəran”dakı fəaliyyətimdən çox
razıyam. Bizim üçün hər cür şərait yaradılıb, şikayətlənməyə heç bir əsasım
yoxdur. Mən də öz işimə köklənmişəm. Mənim "Xəzər Lənkəran” klubundan ayrılmaq
fikrim yoxdur. Hazırda komandamdan başqa heç nə məni maraqlandırmır”.
Əlbəttə
ki, bu açıqlaması ilə Mirça Rednik, biz "Xəzər
Lənkəran” azarkeşlərinin bu barədə yaranmış narahatçılığımıza müəyyən mənada
son qoymuş oldu. Biz Mirça Rednikin hələ "Xəzər Lənkəran”la əsasən Avropa
arenasında çox uğurlara imza atacağı qənaətindəyik.
|