Bu gün Palmali şirkətlər qrupunun inzibati
binasında yerləşən "Xəzər Lənkəran”klubunun baş ofisində komandamızın yeni baş
məşqçisi Mirça Rednikin klub üzvləri ilə görüşü keçirildi.Görüş tanışlıq
xarakteri daşıyırdı.
Klub rəhbərliyi ilə görüşündə baş məşqçi
komandanın inkişaf istiqaməti ilə bağlı öz fikirlərini bölüşdü.
Mirça Rednik komanda üzvlərini gələcək
planları ilə tanış edərək futbolçulara öz tövsiyyələrini verdi.
Mənbə: "Lankaranfc.com"
|