Əvvəlcədən də
bilindiyi kimi hazırki Rumın baş məşqçimiz Mirça Rednik, İstanbulda "Xəzər Lənkəran”
rəhbərliyi ilə görüşdən sonra daha bir il komandamızda öz vəzifəsini yerinə
yetirəcək. Rumıniyanın "Gsp.ro” internet saytının eksklüziv olaraq verdiyi
başlıqlı xəbərdə onun bu görüşdə daha bir il "Xəzər Lənkəran”la müqavilə
imzaladığı bildirilir.
Bu yaxınlarda
mövsümü ölkə kubokunu qazanmaqla bitirən və çempionatda ikinci yeri tutan Mirça
Rednikli "Xəzər Lənkəran” klubu onun növbəti mövsüm üçün bu komandayla çempion
olacağına və həm də Avropa Liqasında uğurlu çıxışına inanaraq bu addımı atmış
olub.
Həmçinin xəbərdə
bildirilir ki, bəzi icarə əsasında oynayan, Scarlatake və Muşat kimi Rumın futbolçular
artıq geri döndüyündən Azərbaycanın "Xəzər
Lənkəran” klubuna qayıtması üçün may ayından pul köçürülmələrini gözləyirlər.
"Gsp.ro”
saytı onu da bildirib ki, baş məşqçimiz Mirça Rednik onlara verdiyi müsahibədə
bu komandada xoşbəxt olduğunu, həmçinin bu komanda ilə böyük planlarının
olduğunu dilə gətirərək bunları deyib:-"Mənim bu komanda ilə böyük
arzularm var, burada özümü çox yaxşı hiss edirəm və mən bu komanda ilə öz məqsədlərimə
çatacağıma ümid edirəm".
|