Final öncəsi mətbuat
konfransında… Azərbaycan kubokunun sabah
keçiriləcək «İnter» – «Xəzər Lənkəran» final oyunundan öncə təşkil olunan mətbuat
konfransında «Xəzər Lənkəran» komandasının baş məşqçisi Mirça Rednik və
komandanın kapitanı Kamran Ağayev KİV nümayəndələrinin suallarını cavablanırıb:
«Final oyunu həm mənim
üçün, həm futbolçular, həm də azarkeşlər üçün çox vacib oyundur. İl boyu yaxşı
işlədik. Azərbaycana gələndə çempionluq sözü vermişdim, kubok haqqında heç
danışmamışdıq. Çempionluğu qazana bilmədik, kubokda qalib gəlmək istəyirik. Bu,
asan olmayacaq, çünki, «İnter» yaxşı komandadır. Bu, həm də, «İnter» üçün Avroliqada
iştirak baxımından son şansdır. Buna baxmayaraq, öz komandama da inanıram,
kuboku qazanmaq bizim üçün də önəmlidir. Finalda bütün oyunçularımdan istifadə
edə bildiyim üçün şadam. Allahdan kömək istəyirəm. Bütün oyunçularım sabahkı
oyuna 100 % hazır olacaq. Bu, mənim və komandam üçün yaxşıdır. Cəzamın ləğv
olunmasını normal qərar sayıram, mənim jestimdə qeyri-adi heç nə yox idi, təhqirə
yol verməmişdim. Bu, final öncəsi bizim üçün xoş xəbər oldu. Rəqib komandalardan
birinin baş məşqçisinin meydanda olmaması ədalətli olmazdı. «Neftçi» ilə oyunda
Kamran mövsüm ərzində, bəlkə də, yeganə səhvə yol verdi. Gəlin, Kamranın səhvlərindən
yox, onun yüksək oyunundan danışaq. Sabahkı oyuna yaxşı hazırlaşmışıq. «İnter»
yaxşı komandadır, yaxşı məşqçisi var. Fikirmcə, əsasən əks-hücumda oynayacaqlar
və standard vəziyyətlərə üstünlük verəcəklər. Bütün komandalara olduğu kimi,
«İnter»ə də böyük hörmətim var, lakin biz öz oyunumuzu oynayacağıq. Qalib gəlməsək
biabırçılıq olar. Həm klub üçün, həm də komanda üçün. Bütün oyunlara qələbə
üçün çıxırıq, təəssüf ki, bəzən bu, alınmır. Çempion ola bilmədik. Uğur qazana
bilməsəm gedəcəyimi istisna etmirəm. Bəlkə də, buna kimlərsə sevinəcək. Lakin,
kuboku qazanacağıma inanıram. Fikrimcə, kuboku qazanmaq və ikinci təsnifat mərhələsindən
yarışa başlamaq yaxşıdır. «Xəzər Lənkəran» peşəkar klubdur, bu kubok bizim üçün
vacibdir, rəhbərlik futbolun inkişafı üçün vəsait xərcləyir. Bizim mərhələ keçməyimiz
həm də Azərbaycan futbolunun uğuru sayılacaq».
«Xəzər Lənkəran»
komandasının kapitanı Kamran Ağayev oyun haqqında fikirlərini bildirmişdir: «Məşqçi
böyük qüvvədir. Bu, həlledici oyundur, Mirça Rednikin yanımızda olması daha
yaxşıdır. Heç bir futbolçudan çəkinmirəm, sadəcə bir neçə futbolçudan ehtiyat
edirəm. Final oyununda öz oyunumu oynayacağam, «İnter»in futbolçularını
düşünmürəm. Uzun müddətdir ki, futbol oynayıram. Səhv ola bilər, əsas odur ki,
səhv hər oyunda olmasın və nəticəyə təsir etməsin. Kubokun finalında qalib gəlmək
istəyirik, ilk növbədə 90 dəqiqəni fikirləşirik. Lakin penalti seriyasına da
hazırlaşırıq. «Neftçi» də Azərbaycanın komandasıdır, əsas odur ki, ölkəmizi
xaricdə uğurlu təmsil etsinlər. Çempion olmalarına baxmayaraq, iki mövsümdür
ki, bizə qalib gələ bilmirlər».
|