Sentyabrın
22-si "Xəzər Lənkəran” camiəsində daha bir qeyd olunacaq gün oldu. Belə ki,
komandamızda məşqçi işləyən Mihay Razvan Teja 33-cü doğum ilini qeyd edir. Məhz
33-cü doğum gününün Lənkəranda qeyd olunması da təsadüfi deyil. Baş məşqçimiz
Mirça Rednik "Xəzər Lənkəran”a gəldiyi ilk gündən bu gənc mütəxəssisi də özü ilə
komandaya gətirmiş və onunla işləməyə üstünlük vermişdi. Əvvəllər komandamızda
fiziki hazırlıq üzrə çalışan Teja daha sonradan baş məşqçinin taktiki işlər üzrə
köməkçisi kimi bu günə qədər fəaliyyətini davam etdirməkdədir.
Bu müddət ərzində
həqiqətən də o özünün necə bir professional olduğunu göstərə bilib. Yüksək
insani keyfiyyətlərə malik olan bu gənc mütəxəssis həm bütövlükdə komandanın və
həm də azarkeşlərimizin rəğbətini qazana bilib. İşinə diqqət və məsuliyyətlə
yanaşan belə bir mütəxəssisə yalnız bu əziz günündə cansağlığı, uzun ömür və "Xəzər
Lənkəran”la böyük zirvələri fəth etməyi arzulayırıq.
Bizim sənə böyük ehtiramımız var cənab-Mihay Teja!
|