Cümə Axşamı, 25/Apr/2024, 17:29
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  İyun 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
   1234
567891011
12131415161718
19202122232425
2627282930

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » İyun » 21 » “Makkabi”nin çalışdırıcısı “Xəzər Lənkəran” haqda nə bilir? (MÜSAHİBƏ)
11:25
“Makkabi”nin çalışdırıcısı “Xəzər Lənkəran” haqda nə bilir? (MÜSAHİBƏ)

Bildiyimiz kimi artıq bu mövsüm komandamızın Avropa Liqasındakı rəqibi İsrail təmsilçisi, paytaxt Tel-Əviv klubu "Makkabi”dir. II təsnifat mərhələsində qarşılaşacağımız bu klub haqda çox söz demək olar. Belə ki, 1906-cı ildə təsis olunan bu paytaxt klubu ölkəsinin ən titullu komandasıdır. Çempionlar Liqası qrup mərhələsində də çıxış etmiş bu komanda evdə İtaliyanın məşhur "Yuventus” klubu ilə 1:1 bərabərə qalmağı bacarıb. Bundan başqa ”Makkabi” ölkəsində 20 dəfə çempionluq və 22 dəfə kuboka sahib çıxmanın sevincini yaşayıb. Həmçinin 2 dəfə ölkə superkubokuna da sahib çıxıb. Komandanı birvaxtlar İngiltərənin məşhur "Çelsi” klubunu da çalışdırmış tanınan mütəxəssis Avraam Qrant baş məşqçi kimi çalışdırmışdır. Hal hazırda isə komandanın sükanı arxasında 47-yaşlı mütəxəssis Motti İvanir dayanıb.

Sizləri bu qısa informasiya ilə tanış etdikdən sonra rəqibimiz olan "Makkabi” klubunun hal-hazırki baş məşqçisi Motti İvanirlə "Futbol+” qəzetinin səhifələrində yer almış müsahibə ilə tanış edirik. Qeyd edək ki, bu musahibə adıçəkilən qəzetin bugünki (N:118 (2301)) 21-22iyun 2011 sayında dərc olunub və qəzetin əməkdaşı Həbib bəyə məxsusdur. Onu da qeyd edək ki, həmişə operativliyi ilə şeçilən bu qəzet artıq püşkatmanın nəticəsi bəlli olduqdan 2 saat sonra İvanirin telefonunu əldə edərək, ondan müsahibə götürə bilib.

 

-Cənab İvanir, sizi Azərbaycandan, "Futbol+” qəzetindən narahat edirik.

-Lap yaxşı. Deməli, azərbaycanlılardan ilk ünsiyyət qurduğum siz olacaqsız (gülür).

 

-Yəqin ki, Avroliqanın ikinci təsnifat mərhələsində qarşılaşacağınız "Xəzər Lənkəran”ın Azərbaycan təmsilçisi olduğunu bilirsiz.

-Əlbətdə.

 

-Rəqibiniz haqda hansı məlumatlara sahibsiz?

-Sözün düzü, heç nə bilmirəm. Yəqin ki, yaxın 1-2 gündə nəsə əldə etməyə çalışacağıq.

 

-Püşkatmanın üstündən artıq 2 saat ötüb, Geridə qalan vaxt ərzində nə öyrənə bildiz?

-Yalan danışmağı sevmirəm, heç nə bilmirəm və heç nə də öyrənə bilmədim. Püşk atılan ərəfədə komandanın məşqi başlayırdı. Bu xəbəri avtobusda aldım. Bu üzdən hələlik məlumatsızam. Yalnız onu bilirəm ki, Azərbaycan təmsilçisidi. Hansı ki, həmin ölkədə futbola böyük pullar yatırılır.

 

-"Xəzər Lənkəran”ın avrokuboklara çempionat, yoxsa kubokdan vəsiqə qazandığını da bilmirsiz?

-Sizdən bir neçə dəqiqə öncə dostum zəng vurmuşdu. Dediyinə görə, rəqibimiz  son mövsümü ikinci pillədə başa vurub.

 

-Lənkəranlılar həm də ölkə kubokunu başı üzərinə qaldırıb.

-Doğrudan? Bunu sizdən eşitdim. Deməli, daha ciddi hazırlaşmalıyıq. Sizdən bir söz soruşum: onlar daha çox yerli futbolçulara, yoxsa legionerlərə güvənirlər?

 

-Heyətdə azərbaycanlı futbolçular olsa da, baş məşqçi əsasən gəlmələrə güvənir. Komandanı Mirça Rednik çalışdırır. 5 il öncə Buxarest "Dinamo”su onun rəhbərliyi altında İsrail "Beytar”ını mübarizədən kənarlaşdırmışdı. Onu tanıyırsız?

-(fikirləşir) Hələ ki, tanımıram. Oyundan öncə mütləq tanış olacam (gülür). 

 

-Bəs Kosta-Rika yığmasının heyətində DÇ-2002-nin iştirakçısı olan Uinston Parksı tanıyırsız?

-Xatırlaya bilmirəm. Hansı mövqedə çıxış edir?

-Hücumçudu, komandanın "vuran ayağı” sayılır.

-Lap yaxşı. Görünür güclü heyətləri var. Siz mənə deyin görüm, "Xəzər Lənkəran" bizimlə oyuna kimi nə vaxt yoxlama oyunu keçirəcək?

-Bu haqda sizə dəqiq məlumat verə bilməyəcəm. Yalnız onu deyə bilərəm ki, təlim-məşq toplanışını Avstriyada keçirəcəklər.

-Maraqlıdı.

 

-İlk oyun səfərdə baş tutacaq. Bunu xeyrinizə saymaq olar?

-Hər matça ciddi yanaşmaq lazımdı. Oyunun harda keçirilməsi önəmli deyil. Ancaq səfərdəki oyunda rəqibi daha yaxından tanıyacağıq.

 

-Mərhələ adlamaq şanslarını faizlə qiymətləndirə bilərsiz?

-İndiki halda 50-nin 50-yə deyərdim. Ancaq Azərbaycandakı oyundan sonra yaxınlaşsaz, fərqli rəqəmlər söyləyə bilərəm (gülür).

 

-Heyətinizdə çox sayda hücumçu var. Düşünmək olarmı ki, "Makkabi” əsasən hücum futboluna üstünlük verir?

-Yetirmələrimin əksəri gəncdi. Belədə onlardan daha çox qaçmağı, meydanda can qoymağı tələb edirəm. Komanda gəncdisə, deməli, daha çox qol vurmalıyıq. Narahat olmayın, lazım olanda müdafiəyə çəkilməyi də bilirik (gülür).

 

-Avroliqada qarşınıza hansı tələb qoyulub? Məsələn, "Xəzər Lənkəran” qrup mərhələsinə vəsiqə qazanmaq istəyir.

-Elə bizim də niyyətimiz eynidi. Ancaq dildə "istəyirəm” deməklə iş bitmir. Bunun üçün qarşına çıxan rəqibləri məğlub etməlisən. Bunu bacarsaq, bir neçə ay sonra qrupda olacağıq.

Views: 465 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz