Bu dəfə, 27 Mart 2010-cu il tarixinə təsadüf edən və ümumilikdə "Böyük
oyun” adı qazanmış, "Xəzər Lənkəran” – "Neftçi” komandaları
arasında keçirilən matç sözün əsl mənasında Böyük oyun kimi tarixə qovuşdu.
Əslində, hakimin final fiti ilə tarixə qovuşmalı olan bütün matçlardan bu matç
nə ilə fərqlənirdi ki, 27 mart tarixində deyil, bundan üç gün sonra yəni 30
mart tarixində AFFA-nın qərarlı ilə birlikdə tarixə qovuşmalı oldu. Artıq çoxlarımızın
canlı şahidi olduğu və buna imkanı olmayanların hadisələri televiziya, qəzetlər,
elektron media, bir sözlə KİV vasitəsilə izləyib burda kifayət qədər hakim
qərəzinin ,səhvinin və xeyli mübahisəli məqamların olduğunu bilirdi. Bunlardan
xəbəriniz olduğu üçün keçək matç
sonrasından ta AFFA-nın qərarlarına qədər olan dövrə, hansı ki, matçda baş
vermiş olan hadisələrin niyə baş verdiyinə kifayət qədər aydınlıq gətirməsi ilə
yadda qaldı.
Oyun gününün sabahısı yəni 28.03.2010
tarixində "Bosman” fanklubu, "12-ci oyunçu” azarkeş klubu ilə birlikdə
məsləhətləşmələrdən sonra, matçın gedişində qeydə alınan əsasən dörd məqamı göstərərək,
hakim qərəzləri ilə yadda qalan, belə qərəzlərin arxasında Hakimlər
Komitəsinin, Hakim İnspektorlar Komitəsinin, Peşəkar Futbol Liqasının
rəhbərliyinin əməllərinin olduğunu göstərən müraciətlə, AFFA prezidenti Rövnəq
Abdullayevə müraciət ünvanladı. Ardinca Lənkəran ziyalılarının və iş
adamlarının ölkə Prezidentinə bu məsələ ilə bağlı müraciəti, onun da ardınca
fəal azarkeşlərin yüz min imza toplamaqla bu işə başlaması baş verdi. Bütün
bunlar KİV-lərdə işıqlandırılıb.
Daha sonra məsələnin ciddiliyini başa düşən
əks tərəf yəni oyunu idarə edən baş hakim
Ə.Həmzəyev tam səhvsiz oldugunu, PFL prezidenti R.Musayev isə
videogörüntülərə baxmaqla hakimin tam səhvsiz olmasına "başımla cavabdehəm”
deməklə, əslində günahkar olduğunu sığortalamaq cəhdləri göstərdi. Maraqlıdır,
başqa belə hallarda, bu mənim işim deyil bu işlərə Hakimlər Komitəsi baxır,
hakim səhvlərini onlar araşdırır, lazım gəldikdə özləri də cəza verirlər deyən
R.Musayevi nə vadar edirdi ki,
Ə.Həmzəyevin "işinə” başı ilə cavabdeh olsun. Daha bir maraqlı məsələ,
Hakimlər Komitəsinin və Hakim İnspektorlar Komitəsinin bu olaylarda nisbətən
sakit dayanmasıdır. Görünür onlar hər şeyi öncədən bildikləri üçün ehtiyatlı
davranmağı əsas götürüblər.
Daha sonra "Neftçi” rəsmiləri olan
E.Əşrəfoğlu və T.Süleymanov ekranlarda epizodlara futbol biliklərinə yad
formada şərhlər verməklə, həmçinin anormal tələblərlə yəni "Xəzər Lənkəran”a
texniki məğlubiyyət verilməsini istəklərinin olduğunu bildirməklə, bu işdə
onların da paylarının olduğunu göstərmiş oldular. Bu ölkədə qanunların da
olduğunu yaddan çıxaran bu insanlar indiyə qədər özlərini sərhədsiz səlahiyyət
sahibləri kimi aparmalarının qarşısını nəhayət AFFA prezidenti R.Abdullayev
almış oldu. "Xəzər Lənkəran" azarkeşinin haqqını qoruyan AFFA prezidenti onun dələduz olmadığını sübut etmiş oldu.Təşəkkür edirik!
Hələ ölkə tarixində eyni vaxtda oyunu idarə
edən hakimin, PFL, HK, HİK rəhbərlərinin töhmət vəs. verilməklə
cəzalandırılması rast gəlinməmişdi. Burda "Xəzər Lənkəran” stadionunun cəzalı
duruma düşməməsi xüsusi qeyd olunmalıdır.Bu da onu göstərir ki, yuxarıda
göstərilən hallar azarkeşlərin səbrini daşırmış, onlar özlərini ələ ala
bilməmişlər. Belə, haqq olaraq çıxarılmış qərarı alqışlayır və bir fanklub kimi
müraciət ünvanını düzgün seçdiyimizə peşman deyilik.
Təəssüf doğuran məqamlar isə baş məşqçimizin
timsalında bir neçə klub işçilərinin də pul və bir neçə oyunluq cəzalanmasıdır.
Ümumilikdə "Xəzər Lənkəran” klubu 35 min manat cərimələnib ki, bu da ölkə
futbolunda həcminə görə ən böyük maddi cəza kimi tarixə düşmüş oldu.
Müəllif:
Mirhafiz M. Babayev "Bosman”
fanklubundan 31.03.2010
|