Cümə Axşamı, 25/Apr/2024, 16:35
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  İyul 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » İyul » 27 » M. Mənsimova İddialı "Xəzər Lənkəran"ı yaşatdığı üçün təşəkkür məktubu
11:06
M. Mənsimova İddialı "Xəzər Lənkəran"ı yaşatdığı üçün təşəkkür məktubu

 

          Son günlər minlərlə "Xəzər Lənkəran” azarkeşinin komandanın taleyi haqqında olan həyatı narahatçılığını sözlə ifadə etmək ümumiyyətlə çətindir. "Xəzər Lənkəran” kimi bir klubun daim iddialı olmasına baxmayaraq birdən-birə strategiyasını dəyişərək, iddiasız bir kluba çevrilməsini heç bir vəchlə həzm edə bilməyən çoxminli azarkeşlərimiz üçün sanki həyat durmuşdu. Məhz buna görə də biz sizə müraciət etməli olmuşduq. Çox şükürlər olsun ki, daim komandamıza ayırdığınız diqqət, bu çətin məqamda da həlledici rolunu oynadı. Belə bir çətin məqamda komandanın yenə iddialı olaraq yoluna davam etməsi haqqında qəbul etdiyiniz qərarlar minlərlə azarkeşimizə sanki həyat vermiş oldu. Məhz sizdən bu qərarları gözləyərək etdiyimiz müraciətin müsbət cavabına görə sizə təşəkkür etməyi özümüzə borc bilirik. Düzdür, klubun sahibi olaraq onu necə yaşatmaq tam sizin səlahiyyətinizdədir. Lakin, böyük azarkeş istəyini nəzərə alaraq maddi və mənəvi baxımdan verdiyiniz dəstək isə yalnız və yalnız alqışlanmalıdır.

 

Bu qərarın azarkeşlər üçün nə dərəcədə əhəmiyyətli olduğunu sizə göndərdiyimiz müraciətdə qismən də olsa ifadə edə bilmişdik. Bəli, "Xəzər Lənkəran” sayənizdə yenə adına layiq, iddialı klub olaraq yaşadı. Amma fikrimizcə, komandanın yaşaması haqqında verdiyiniz bu mühüm qərarın, sizin də çox gözəl bildiyiniz kimi davamının olması zərurəti var. Kənar müdaxilələr nəticəsində komandanın strategiyasına təsir edərək, klubun daxili işlərinə qarışmaq cəhdləri və bunun üçün də komandamızın bəzi üzvlərindən istifadə olunması çox ağrılıdır. Azərbaycan futbolu naminə yerli oyunçuların yetişdirilməsi əslində çox vacib amildir. Lakin, düşünürük ki, buna dünya təcrübəsində olduğu kimi əsas komandanı saxlamaqla və aşağı yaş qruplarına diqqəti daha da artırmaqla nail olunması daha düzgün olar. Bilmək istərdik ki, ölkəmizdə digər klublarda "Xəzər Lənkəran”da olduğu kimi kifayət qədər legionerlər çıxış edirsə, müəyyən qüvvələr tərəfindən bu model niyə məhz "Xəzər Lənkəran”a tətbiq olunmaq üçün nəzərdə tutulur? Əgər buna həqiqətən də ehtiyac varsa, niyə bu qanun şəklində qəbul olunub bütün komandalara tətbiq edilmir? Bəlkə də haqlı olaraq mətbuat tərəfindən də tənqidlərə məruz qalırıq. Belə ki, mətbuatın, "bir gündə iki dəfə dəyişən strategiya” kimi qələmə verdiyi bu tənqid heç də klubumuzun adına yaraşan hal deyil. Gələcəkdə də belə halların baş verməməsi üçün sizdən artıq dərəcədə xahişimiz odur ki, bütün buna səbəb olan halları şəxsən özünüz araşdırasınız və lazım gələn bütün tədbirləri həyata keçirəsiniz. Əgər lazım gələrsə, bu işdə peşəkar əcnəbi məsləhətçi mütəxəssislərdən də yararlanmaq olar. 

 

Bütün azarkeşlər böyük "Xəzər Lənkəran” yaranması yolunda atacağınız addımları səbirsizliklə gözləyir. "Xəzər Lənkəran”a son dəfə baş məşqçi kimi dəvət etdiyiniz Mirça Rednik çoxminli azarkeşlərimizin rəğbətini qazana bilib. O, buna yüksək peşəkarlığı, əzmkarlığı və çox gözəl insanlığı hesabına nail olub. Doğurdan da, "Xəzər Lənkəran”nın böyük klub olma yolunda məhz belə bir mütəxəssisə ehtiyacının olduğunu düşünürük. Monolit komanda olmaq yolunda maneəyə çevrilən bəzi futbolçular üçün də lazım gələrsə, ən sərt tədbirləri görməyinizi xahiş edirik. Komandada yaranmış son durumu qaydaya salmaq üçün dahi Mirzə Ələkbər Sabirdən bir misal da bizcə yerinə düşər.

 

Dalğalandıqca, bulandıqca zaman nehrə kimi,

 

Yağı  yağ üstə çıxır, ayranı, ayranlıq olur.

 

 

 

Böyük hörmətlə: "Bosman” fan klubu                            27.07.2011

Views: 444 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz