Çərşənbə, 08/May/2024, 04:42
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Oktyabr 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » Oktyabr » 21 » Əlindən nə gəldi eylədi Parks, görəsən “Xəzər”ə neylədi Parks?
18:39
Əlindən nə gəldi eylədi Parks, görəsən “Xəzər”ə neylədi Parks?

         

            X tur "Xəzər Lənkəran”ın çətin və prinsipial "Bakı” səfəri var idi. Çətin ona görə deyirik ki, bütün səfər oyunları kimi bu oyunun da öz çətinliyi var idi. Prinsipiallıqsa, "Bakı” ilə çoxdan bəridir ki, davam edir. Buna əlavə olaraq, keçən mövsümü komandamızda keçirmiş və məşhurlaşdıqdan sonra qəfildən rəqib düşərgəyə keçən Kosta-Rikalı hücumçu Uinston Parks amili var idi. Düzü istedadlı və bacarığı yüksək səviyyədə olan bu futbolçu komandamız üçün bu dəfə çox qorxulu idi. Hələ "Xəzər Lənkəran”dakı performansı sərgiləyə bilməyən Kosta-Rikalı bu oyunda komandamıza qarşı digər oyunlardan daha yaxşı hazırlaşmışdı.

            Oyunun taktikasını və xüsusən də Parksa qarşı lazımınca qiymətləndirərək hazırlamış olan təcrübəli məşqçimiz Mirça Rednik oyun ərzində "Bakı” futbolçularına və xüsusən də Uinston Parksa demək olar heç bir imkan qoymamışdı. Müdafiəçilərimiz, kiçik xətaları çıxsaq rəqibə real imkanlar yaratmağa şans vermirdilər. "Xəzər Lənkəran” yenə komanda futbolu oynayaraq yaxşı təsir bağışlayır və əsasən nəzarəti əlində saxlayırdı. Hətta Eder Bonfimin cərimə zərbəsindən vurduğu gözəl qolla önə də keçmiş olduq. Bundan sonra "Bakı” komandasının oyunu daha da pozulmuş oldu.

            Çox təəssüf ki, Kamran Ağayevin kobud səhvi "Xəzər Lənkəran”a qol vurmaq üçün alışıb yanan Uinston Parksa şans verdi. Müdafiəçimizin geri ötürdüyü topu uzaqlaşdırmağa borclu olan Kamran Ağayev çox kobud sənvə yol verdi. Birincisi ona görə ki, qaydalara görə öz futbolçu yoldaşından ötürmə alan qapıçı topu ələ götürə bilməz deyə, onu vaxtında uzaqlaşdırmağa borcludur. İkincisi isə azı 5-6 metr uzaqda olan rəqib futbolçunu gözləyərək onu aldatmağın adını nə qoymaq olar? Özü də bu Uinston Parks kimi qol vurmaq üçün alışıb-yanan bir futbolçu ola. Epizoddan qabaq onunla uzun müddət bir yerdə oynamış Kamran Ağayev bilməli idi ki, ikili mübarizələrdə demək olar həmişə qalib çıxan Parksla belə zarafat etmək olmaz! Olmadı da.  5-6 metr uzaqlıqdan özünü topa çatdıran Kosta-Rikalı, Kamranın bu hərəkətini ona bağışlamadı. Rusiçin bərabərlik qolu olmasaydı bəlkə azarkeşlər də Kamranı bağışlamayacaqdı. Şükürlər olsun ki, Uinston Parksın sayəsində üç dəqiqə ərzində qapımıza iki dəfə yol taparaq hesabda da irəli keçməyi də bacaran rəqibi yeni hücumçumuz Dejan Rusiç daha bir qolla cəzalandıraraq, hesabda tarazlığı bərpa etdi. Uzaqdan vurulan bu qol da gözəlliyi ilə seçildi və komandamızı biabırçı məğlubiyyətdən xilas etdi.

            Bu oyunun daha yadda qalan başqa bir məqamı da baş hakim Fariz Yusifovun qərarları idi. Belə ki, referinin heç kimə güzəşt etmək fikrinin olmadığını hamı gördü. Azı ikisi qırmızıya çevrilən 9 sarı vərəqənin şahidi olduq. Əvvəl "Bakı” sonra da "Xəzər Lənkəran” azlıqda qalmış oldu. Hətta referi IV hakimin işə qarışmasıyla "Bakı” klubunun məşqçisi Novruz Əzimova da qırmızı vərəqə göstərərək ehtiyat skamyadan kənarlaçdıraraq onu tribunaya belə göndərdi. Oyunda sərt epizodlara imkan verməyən Fariz Yusifov hər epizoda görə sarı vərəqə cəzası tətbiq edirdi. Bəlkə onu haqlı saymaq da olar. Çünki heç bir tərəfə güzəşt etməyən Fariz Yusifov bu komandaların arasında gərginlik olduğunu bilirdi. Sərt oyuna imkan veriləcəyi təqdirdə futbolçular arasında xoşagəlməyən halların yarana biləcəyindən sanki ehtiyat edirdi. Təki hakimliyimiz qərəzli olmasın və bütün komandalara eyni münasibət göstərsin. Bununla komandamız iki xal itirərək bir xal qazandı desək daha düz olar.   

            Qaldı ki, Uinston Parksa o, yalnız vurduğu qollarla komandasını məğlubiyyətdən xilas edə bildi. Birdə onu sübut edə bildi ki, o, "Xəzər Lənkəran”a hələ lazım idi. Onu buraxmağımız bizim yoxsa onun səhvi idi? Sualı isə başqa bir mövzudur. Yəqin ki, "Xəzər Lənkəran” kimi komanda yaxın zamanlarda onu unutduracaq bir futbolçunu heyətinə cəlb edəcək. Elə Rusiçin də ayağının açılması heç də pis olmadı. Onun böyük potensialınln olduğu göz qabağında olsa da tələskənliyi və lazımi momentlərdə soyuqqanlı yox həyəcanlı olması hələ onun tam sözünü deməsinə imkan vermir. Bəzi kiçik məqamları çıxsaq, oyun planında inkişaf və liderliyimiz davam edirsə, nikbinliyə əsas var.    

Views: 460 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz